Ukraynanın Xarkov vilayətinin İzümski Şəhər Məhkəməsi düz yolun ortasında quldurcasına basqın təşkil edən bir Ukrayna və dörd Azərbaycan vətəndaşı barəsində həbs qərarı çıxarıb.

 

Report xəbər verir ki, hadisə iyunun 9-da İzümski rayonunun Oskol kəndi yaxınlığında baş verib. Qarətçilər "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, "Şkoda" ilə süni qəza törədiblər. "Şkoda"nın sürücüsü maşından çıxanda isə bir neçə maskalı kişi hücum edərək onu döyüb. Sürücü huşunu itirdikdən sonra isə onlar maşından 55 min dollar götürüblər.

Maskalılar daha sonra öz maşınlarını meşəlik əraziyə apararaq yandırıblar.

Faktla bağlı "zorakılıqla müşahidə olunan quldurluq" maddəsi üzrə cinayət işi davam edir. İndi hadisəni törədən şəxsləri əmlakları müsadirə olunmaq şərti ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı
15 Aprel 2025 İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
15 Aprel 2025 Vardanyan susur, zərərçəkənlərin başına gətirilən müsibətləri dinləyir – BAKIDA TARİXİ MƏHKƏMƏ DAVAM EDİR
15 Aprel 2025 Axtarışda olan 12 nəfər tutuldu
15 Aprel 2025 Bakıda ticarət mərkəzi yandı
15 Aprel 2025 Aprelin ortasında Laçın... - Video

Xəbər lenti