|
Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, rayonun 1988-ci il təvəllüdlü Şıxsalahlı kənd sakini Paşayev Xəyal İmran oğlu sözügedən kənddə yolu keçərkən onu maşın vurub.
Ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.