|
Ukrayna polis rəisinin birinci müavini Vyaçeslav Abroskinin Türkiyə polisinin rəhbəri Cəlal Uzunkaya ilə görüşü zamanı qanuni oğrularla mübarizə üçün digər dövlətlərlə birgə kontakt qrupunun yaradılması barədə razılıq əldə edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Nazirlik kontakt qrupunun 4 ölkə - Ukrayna, Türkiyə, Azərbaycan və Gürcüstanla yaradılacağını bildirib.
Abroskinin Uzunkaya ilə görüşü zamanı iki ölkənin hüquq-mühafizə orqanları arasındakı əlaqələr, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri də müzakirə edilib.