Bakıda narkotik vasitə istifadəsində və satışında ittiham edilən gənclərin məhkəməsi keçirilib.

 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən 1990-cı il təvəllüdlü Azəri Mirsaleh Etibar oğlu və 1992-ci il təvəllüdlü Həmzəliyev Tehran Həmzəli oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror hər iki şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin hər iki şəxsin narkomaniyadan məcburi müalicəyə göndərilməsini istəyib.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər barəsində yüngül cəza təyin edilməsini istəyiblər. Təqsirləndirilən şəxslər də vəkilləri ilə razı olduqlarını deyiblər.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən Mirsaleh Azəri və Tehran Həmzəliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barəsində narkomaniyadan məcburi müalicə qərarı çıxarılıb.

İttihamda yazılır ki, polis əməkdaşları əməliyyat məlumatı əsasında Mirsaleh Azərinin maşınına baxış keçiriblər. Maşının oturacağının altında bükümdə narkotik vasitə aşkar edilərək götürülüb.

Elan edilmiş ittihamla Mirsaleh Azəri özünü qismən təqsirli bilib. O deyib ki, narkotik vasitənin satışı ilə məşğul olmur. Müttəhim maşından tapılan narkotiki tanımadığı şəxsdən aldığını bildirib. Taksi fəaliyyəti ilə məşğul olduğunu deyən Mirsaleh maşınına minən müştərinin həmin narkotiki ona verdiyini deyib: “Pulu yox idi. Əvəzində narkotik verdi”.

İnternat evində böyüdüyünü deyən Mirsaleh özünə maşın aldığını və taksi sürdüyünü deyib: “Dost-tanış kömək eləyib. Bir az da özüm işləyib yığmışdım. 1800 manata “Opel” almışdım. Köhnə maşın idi, düzəldib sürdüm”.

Narkotik vasitədən istifadə etdiyini etiraf edən Mirsaleh sualları cavablandırıb. O, sonuncu dəfə narkotik vasitəni Kürdəxanıda iştirak etdiyi toy məclislərindən birində qəbul etdiyini söyləyib: “Kəndlərdə olur, toyda meyxana deyəndə gətirənlər olur. Orda uşaqlardan alıb çəkmişəm. Kimdən aldığımı bilmirəm”.

Digər təqsirləndirilən Tehran Həmzəliyev özünü təqsirli bilmədiyini deyib. O deyib ki, Mirsalehlə dost olub, onun maşınına minəndə polis əməkdaşları hər ikisini saxlayıb.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;) və 234.2. (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə ittiham irəli sürülüb.

18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı
15 Aprel 2025 İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
15 Aprel 2025 Vardanyan susur, zərərçəkənlərin başına gətirilən müsibətləri dinləyir – BAKIDA TARİXİ MƏHKƏMƏ DAVAM EDİR
15 Aprel 2025 Axtarışda olan 12 nəfər tutuldu
15 Aprel 2025 Bakıda ticarət mərkəzi yandı
15 Aprel 2025 Aprelin ortasında Laçın... - Video

Xəbər lenti