Məşhur xanım idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcova növbəti dəfə hakim qarşısına çıxarılıb.

 

Musavat.com xəbər verir ki, onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinə davam etdirilib.

Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, bu işdə adı keçən Aqşin adlı şəxs məhkəməyə çağırılsa da gəlmir. Hakim bildirib ki, onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da polis onu tapa bilmir. Aqşin təqsirləndirilən Nicatın dostudur və onun da cinayətdə iştirak etməsi ilə bağlı şübhələr var.

Hakim zərərçəkmiş Fəridə Əzizovaya sual verərək dəymiş zərərin ödənilib-ödənmədiyini soruşub. Fəridə Əzizova deyib ki, ona dəymiş zərərin 53 min manatı ödənilib. O, 14500 manat zərəri tələb etdiyini söyləyib. Məhkəmə dəymiş zərərin ödənilməsi və şahidin məhkəməyə gətirilməsinin təmin edilməsi üçün sentyabrın 12-nə təxirə salınıb.

İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib. Oradan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib. Daha sonra Ərzurum şəhərinə gedən zaman polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycana deportasiya edilib.

Məhkəmədə Nicat İsrafilov özünü tam təqsirli bilib. Nərgiz Fərəcova isə özünü qismən təqsirli bildiyini söyləyib. Nicat İsrafilov ifadəsində oğurluğu tək etdiyini, Nərgizin bu işdən xəbərsiz olduğunu deyib.

Xatırladaq ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb. Bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib.

Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb. Məlum olub ki, Nərgiz Fərəcova idmançı Fəridə Əzizovanın rəfiqəsinin bacısıdır.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015-ci ildə Avropa Oyunlarında gümüş medal qazanıb.

18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı
15 Aprel 2025 İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
15 Aprel 2025 Vardanyan susur, zərərçəkənlərin başına gətirilən müsibətləri dinləyir – BAKIDA TARİXİ MƏHKƏMƏ DAVAM EDİR
15 Aprel 2025 Axtarışda olan 12 nəfər tutuldu
15 Aprel 2025 Bakıda ticarət mərkəzi yandı
15 Aprel 2025 Aprelin ortasında Laçın... - Video

Xəbər lenti