|
Şabranda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində baş verib.
Yol kənarındakı bazara həmkəndlis ilə pomidor satmağa gələn Şabran rayon Söhbətli kənd sakini, 2006-cı il təvəllüdlü Eyyub Məhəmməd oğlu Musayevi "Ford" markalı yük avtomobili vurub. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ baldırın qəlpəli sınığı diaqnozu qoyulub.
Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır.