Ötən gün Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ qeydə alınıb. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb.

Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmək olar? Yaxın zamanda zəlzələ gözlənilirmi? Ümumilikdə yaxın zamanlarda Azərbaycanda güclü zəlzələnin olma ehtimalı var?

Bu sualları AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev Referans.az-a açıqlamasında cavablandırıb.

"Ümumiyyətlə, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Bu il nəinki Azərbaycanda, elə dünyada da tektonik və seysmik aktivlik yüksək səviyyəyə qalxacaq. Digər müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycanda belə seysmik aktivlik 2023-cü ildən etibarən davam edəcək. Zəlzələnin zamanını, gücünü, yerini və dərinliyini dəqiqliklə demək mümkün deyil. Demək olmaz ki, hansısa bir tarixdə mütləq şəkildə güclü zəlzələ olacaq. Bunu demək mümkün deyil. Amma biz seysmoloq, müəyyən yanaşmalara, metodlara yiyələnmiş mütəxəssis kimi ehtimal olunan seysmik qiymətləndirilməni rəhbər tutaraq qeyd edə bilərəm ki, 2024-cü ildə hiss olunan zəlzələlər Azərbaycanda olacaq".

Mütəxəssis bildirib ki, baş verəcək hiss olunan zəlzələlər müxtəlif maqnitudalı olacaq. Bu zəlzələlər ən azı 4, 5, 5.5 maqnitudalı zəlzələlərin hiss olunacağı gözlənilir.

"Zəlzələlər baş verməsi baxımından bir neçə kateqoriyalara bölünür: hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katostrofik. Hiss olunmayan zəlzələlər hər gün baş verir, bunu sadəcə cihazlar hiss edə bilir. Azərbaycanda daha çox hiss olunan zəlzələlər baş verir. Lakin güclü, dağıdıcı və katostrofik zəlzələlərin baş verəcəyini demək çətindir. Ötən ilin fevral ayında Türkiyədə baş verən zəlzələ dağıdıcı zəlzələ idi. Lakin Azərbaycanda dağıdıcı zəlzələ olması ehtimalı çox azdır. Çünki piltələrin hərəkət aktivliyi digər bölgələrlə müqayisədə zəifdir. Dgər bölgələr dedikdə Sakit okean, Filippin, İndoneziya, Türkiyə, İtaliya və s. kimi ölkələri nəzərdə tuturam. Azərbaycanda piltələrin hərəkət sürəti bu ölkələrə nisbətdə zəifdir".

29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var
26 Aprel 2025 Təyyarədə dava düşdü - Bakıya məcburi eniş etdi - VİDEO
26 Aprel 2025 Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
25 Aprel 2025 Əvəz Zeynallının azadlıqda - İlk fotosu
25 Aprel 2025 “28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi
25 Aprel 2025 Bələdiyyə sədri özünü niyə sakin kimi təqdim edib? - Video
25 Aprel 2025 DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Onlara inanmayın!
25 Aprel 2025 Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edilib
24 Aprel 2025 Hökumə Əliyevanı təhqir edən qadın HƏBS EDİLDİ
24 Aprel 2025 DYP avtomobili azyaşlılara etibar edən valideynlərə müraciət etdi
24 Aprel 2025 Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir
24 Aprel 2025 “Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir - Video
24 Aprel 2025 MN: Toplanışa cəlb edilmiş heyətlə nəzəri və praktiki məşğələlər keçirilib

Xəbər lenti