Azərbaycanda uşaqlara ən çox verilən adlar açıqlanıb. 

"Yol-xeber.az" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, kişi cinsindən olan körpələrə ən çox Əli, Yusif, Hüseyn, Uğur və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Mələk və Məryəm kimi adların verilib.

Uşaqlara ən çox verilən adların siyahını təqdim edirik:  

Rusiyada saxlanılan şəxsin polis maşınından qaçması ilə bağlı görüntülər sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə kadrları “Life Shot” “Telegram” kanalı paylaşıb.

Videoda orta yaşlı birinin işıqforda dayanan polis maşınından ehmalca düşdüyü və əllərini yanına salaraq heç nə olmamış kimi uzaqlaşdığı görünür.

Bir müddət sonra polislər şübhəlinin qaçdığını anlayırlar.

Kadrların sonunda hüquq mühafizəçilərinin həmin şəxsi tutub maşına saldığı görünür.

Görüntülərin Mordoviyanın Saransk şəhərində çəkildiyi vurğulanıb.

Son günlər "Bravo" supermarketlər şəbəkəsi adından bir sıra vətəndaşlara uduş kampaniyası mətninin yer aldığı keçid linki göndərilir.

"Yol-xeber.az"ın xəbərinə görə, sözügedən mətndə vətəndaşlar anketi dolduraraq uduş kampaniyasında iştirak etməyə və müəyyən məbləğdə uduş əldə etməyə çağırılır. 

"Bravo" supermarketlər şəbəkəsi isə sosial media hesabından açıqlama yayaraq kampaniyanın şirkətlə hər hansı bir əlaqəsinin olmadığını deyib: "Hal-hazırda naməlum şəxslər tərəfindən "Whatsapp" tətbiqi ilə "Bravo" adından müəyyən mətnlər paylaşılır. "Bravo" marketlər adından bildirmək istəyirik ki, bu paylaşımın bizim marketlər şəbəkəsinə heç bir aidiyyatı yoxdur. Bu mətndə qeyd edilən keçidə daxil olmamağı qətiyyətlə tövsiyə edirik".

Texnobloger Fərid Pərdəşünas isə bildirib ki, qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın:

"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur. Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin likləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin".

Bakıda hərəkətdə olmayan avtomobil qəfil alışıb.

Yol-xeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Babək prospektində baş verib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın "QAZ-3110" markalı minik avtomobilinin yük yerindən başlayıb. Dərhal yaxınlıqda olanlar yanğına müdaxilə ediblər.

Ətrafdan insanlar su gətirib avtomobil söndürməyə çalışsalar da, mümkün olmayıb. Əraziyə gələn yanğınsöndürənlər yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobilinin salonu və yük yeri yanıb.

Bənzər hadisələr Biləsuvar və Ağdaş rayonlarında da olub. Biləsuvarda "Qaz" markalı yük maşınının kabini yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Ağdaşda isə "Mersedes" markal minik avtomobilinin yanar hissələri yanıb.

Bəs avtomobillər hansı səbəbdən yana bilər?

Ustalar deyirlər ki, yanğına səbəb avtomobillərin yanacaq sistemindən baş verən nasazlıq olur.

Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə də rast gəlinir.

Usta Sahil Ağabəyli sürücülərə yay aylarında bəzi diqqət ediləsi vacib tövsiyələr verib.

Usta onu da bildirib ki, sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşmalıdırar.

 
 

ABŞ-da koronavirusa bağlı yeni araşdırma aparılıb.

"Yol-xeber.az" "Daily Mail"ə istinadla xəbər verir ki,  Lusiana Sinus və Burun Ekspertləri Mərkəzi dadbilmə ilə koronavirusa arasındakı əlaqəni müəyyənləşdirmək üçün 2 min nəfər arasında eksperiment aparıb.
Araşdırma zamanı acı tamı sevməyənlər, acı dadlara meyilli insanlar və  acıya normal meyilli insanların olduğu 3 qrup koronavirus testindən keçirilib.

Araşdırma nəticəsində acı dada həssas olan insanların virus səbəbiylə xəstəxanalıq olma ehtimalının az olduğu ifadə edilib.
Araşdırmanın detalları "Jama Network Open" jurnalında yayımlanıb.

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

"Tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.

44 günlük Vətən Müharibəsinin qəhrəman əsgəri Rəşad Qəhrəmanov müharibə dövrü xatirələrindən danışıb. 

Müharibədə Rəşadın komandiri elə onun atası Çingiz Qəhrəmanov olub. 

"Mən çox xoşbəxt adamam ki, Vətən uğrunda gedən müharibədə atam ilə çiyin-çiyinə döyüşmüşəm" - deyə, Rəşad bildirib. 

Daha ətraflı Baku TV-nin süjetində:

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur.

Bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib ki, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Bu proses gecə ərzində respublikanın demək olar, əksər rayonlarında müşahidə olunacaq.

Umayra Tağıyeva qeyd edib ki, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir.

“Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək”, - Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib.

Onun sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq: “Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək”.

Şuşada keçiriləcək “Xarı bülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olunub. 

İlk dəfə keçirilən “Xarıbülbül” beynəlxalq incəsənət festivalında 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində əldə olunan zəfərimizdən ruhlanaraq unikal əsərlər ərsəyə gətirib.

Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan Xarı bülbül maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarıc verən əsərlər təqdim ediblər.

Bununla yanaşı rəssamlar kətan üzərində yağlı boya ilə “Yaddaşın rəsmləri” mövzusunda əsərlər ərsəyə gətiriblər.

Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirməkdir.

Əsərlər “Xarı bülbül” musiqi festivalı zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.        

Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə bir incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.

Son günlər dünyada ən çox müzakirələrə səbəb olan mövzu koronavirus peyvəndlərinin patentlərinin ləğv edilib-edilməməsi ilə bağlıdır.

“Peyvəndləri istehsal edən şirkətlərin hamısı peyvəndin formulu və texnologiyası üçün patent alıb.

Lakin bu vəziyyətin xüsusilə yoxsul ölkələr üçün dezavantaj yaratması tənqid edilir. Uzun müddətdir koronavirus peyvədnlərinin qeyri-ədalətli bölünməsinə görə patent almağın mənasız olması ilə bağlı fikirlər səsləndirilir.

"Həyatları xilas etmək yerinə mənfəət güdürlər"

Ümumdünya Səhiyyə Təşkilatının ticarətlə əlaqəli əqli mülkiyyət razılaşmasına əsasən, böyük dərman şirkətlərinin olduğu ABŞ, İngiltərə, İsveçrə, Yaponiya, Avstraliya, Kanada və Avropa Birliyi ölkələri bu tələbə qarşı çıxırdı.

Yüzlərlə qeyri-kökumət təşkilatları və ekspertlər və ABŞ konqresinin demokratları dərman şirkətlərini insanların həyatını xilas etmək yerinə mənfəət güdməkdə ittiham edirdi.

“Bayden insanlığı seçdi”

Sözügedən təzyiqlərdən sonra ABŞ prezidenti Co Bayden peyvəndlərin patent hüququnun ləğv edilməsi fikrini dəstəkləyib. ABŞ Ticarət Təmsilçisi Katerina Tayın yayımladığı açıqlamada Vaşinqton hakimiyyətinin pandemiyanı bitirmək üçün patentlərin ləğvi məsələsinə dəstək verdiyi qeyd olunub.
CNN sözügedən açıqlamanı “Bayden insanlığı seçdi” manşeti ilə elan edib.

ÜST-dən “yaşıl işıq”

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus da müzakirələrə yaşıl işıq yandırıb. O, açıqlamasında müzakirələri dəstəkləyərək bunu “COVID-19-la mübarizədə böyük an” kimi qiymətləndirib.

Putin: “Təhlükəsizliyi qarantiyaya almalıyıq” 

Rusiya prezidenti Vladimir Putin də patentlərin ləğvi məsələsində müsbət mövqe sərgiləyib.
“Rusiya əlbəttə ki, bu yanaşmanı dəstəkləyir. Dəfələrlə dediyim kimi, maksimum mənfəətə fokuslanmaq yerinə, insanların təhlükəsizliyini qarantiyaya almalıyıq”. – Putin bildirib.

AB-dən OK

Avropa Birliyi (AB) də patentlərin ləğvi məsələsində ABŞ-la eyni mövqe sərgiləyib.

Merkel şübhə duyur

Almaniya kansleri Angela Merkel isə təliflərin istehsalatda ciddi qarışıqlıqlar yarada biləcəyini deyib. O, müzakirələrin kifayət qədər beynəlxalq dəstək görüb-görməməsi məsələsində şübhə duyduğunu deyərək qarşı çıxıb.

Fransadan “qlobal ictimaiyyət məhsulu” çıxışı

Fransa prezidenti Emmanuel Makron da peyvəndlərin qlobal ictimaiyyət məhsulu olması gərəkdiyini deyib.

Ərdoğan da razıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da G-20 zirvəsindəki lşxışı zamanı peyvəndlərin bütün insanlara çatdırılması üçün çağırış etmişdi.

Patent haqlarını müdafiə edənlər nə deyir?

Patent haqlarını müdafiə edənlər əqli mülkiyyət hüququnun araşdırma və innovasiyanı təşviq etdiyini müdafiə edir. Qeyd olunur ki, patent haqlarının ləğvi peyvəndlərin ani artırıma səbəb olmayacaq və gələcək pandemiyalarda mübarizəni çətinləşdirəcək.

Peyvənd istehsalçısı “BioNTech” şirkətinin qurucu ortağı Özlem Türeci patentlərin ləğvinin xaosa səbəb olacağını söyləyib.

Patentin ləğvi pandemiyanı bitirəcəkmi?

Müzakirələr hələ də davam edir. Əgər koronavirus peyvəndlərinin patentləri ləğv edilərsə, istehsal arta bilər. Bu da qısa müddət ərzində dünyanın COVID-19 pandemiyasından xilas olması və normal həyata qayıtmasına imkan yarada bilər.

Xəbər lenti