|
Atomobildə müəyyən dəyişiklik edən sürücülər son zamanlar yol polisləri tərəfindən cərimələnirlər. Bu barədə bir neçə sürücü redaksiyamıza şikayət ünvanlayıb.
Sürücülərdən biri idarə etdiyi əvvəlki model "Toyota Land Cruiser" avtomobilindəki hissələri ən son model, yəni restayling olunmuş fara, kapot və bamperlərlə əvəz edib. Bu dəyişikliyə görə yol polisi tərəfindən saxlanılan sürücüyə bildirilib ki, edilən dəyişikliklər qeydiyyat şəhadətnaməsinə yazılmalıdır.
Bu cür dəyişikliklər qeydiyyat şəhadətnaməsinə yazılmalıdırmı?
Qanun bununla bağlı nə deyir?
Avtosfer.az xəbər verir ki, eyni marka və modeldən olan avtomobilin restayling olunmuş fara, bufer, kapot detallarını əvvəlki modelə quraşdırılması heç bir hüquq pozuntusu yaratmır. Həmin hissələr eyni ölçüdə olduğu üçün rahat şəkildə əvvəlki modelə quraşdırmaq olur. Bu hissələrin hər hansı bir reyster nömrəsi olmadığı üçün, edilən dəyişiklik qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır. Bunun tələb olunması özü bir hüquq pozuntusudur. Qeydiyyat şəhadətnaməsinə o zaman qeydlər aparılır ki, Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində olan məlumatlar (avtomobilin rəngi, mühərrikin, banın, şassinin nömrələri, mühərrikin yanacaq növü, mühərrikin həcmi, avtomobilin tipi, kütləsi) dəyişdirilsin.
Avtomobilə edilən hər dəyişikliyin qeydiyyat şəhadətnaməsinə yazılması yolverilməzdir.
Odur ki, qeyd etdiyimiz dəyişikliyi edən sürücülər avtomobili təkrar qeydiyyata qoymadan rahat şəkildə idarə edə bilərlər.
Təbriz Yusuov
Özünə qəsd əslində öncədən düşünülərək atılan addımdır. Dünyaca məşhur psixoloqlar belə, bilinməyən səbəblərdən həyatlarına qəsd ediblər. Mütəxəssislərin bildirdiyinə görə, intihar edən şəxslərin 90 faizi depressiv vəziyyətdə olub.
Azərbaycanlı psixoloq Dəyanət Rzayev, Türkiyəli psixoloqlar Tulay Gülən, Hasan Cevdet və məşhur rus psixoloqu Mixayıl Kondratyev depressiyadan xilas ola bilməyiblər.
Son dövrlər məktəblilər, yeniyetmə və gənclər arasında özünə qəsd hallarına daha çox rast gəlinir. Psixoloqlar bildirirlər ki, intiharın əsas səbəbləri özünəqapanma, artıq informasiyaya sahiblənmək, gün boyu ünsiyyətdən qaçmaq, bir sözlə, özünü cəmiyyətdən təcrid etməkdir.
Təhsil ekspertlərinin fikrincə, təəssüf ki, məktəblərimizdə psixoloq xidməti intihar barədə düşünən şagirdlərin problemini həll edə biləcək səviyyədə deyil.
Son rəsmi statistikaya görə, respublika üzrə 104 244 psixoloji pozuntusu olan xəstə qeydiyyata alınıb.
İntihar hadisələrinin, təxminən 5-10 faizi psixiatriya xəstəxanasında baş verir. Psixi xəstələr yaşamaqdan yorulduqlarını düşünərək intiharı rahatlıq, arzulara qovuşmaq kimi qəbul edirlər. Mənəvi dəstəyə ehtiyac duyan, özünü zəif hiss edən insanların həyat sevgisi zamanla azalır.
Ətraflı süjeti təqdim edirik:
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Onun sözlərinə görə, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə bu maketlərin üzərində çalışıb. Təxminən 30-a yaxın maketi hazırlamaq əziyyət tələb etsə də, bu işi görmək Rəşid Məhərrəmov üçün qürurverici olub.
Bu maketlərin hazırlanmasında müxtəlif dözümlü materiallardan istifadə olunub. Rəşid Məhərrəmov maketləri hazırlamazdan öncə ermənilərə xas olan obrazlar haqqında geniş məlumatlar əldə edib və maketləri də bu obrazlara uyğunlaşdırıb.
Rəşid Məhərrəmov sosial şəbəkələrdə erməni hərbçilərin maketlərinin hazırlanmasına etiraz edən bəzi istifadəçilərə də cavab verib. O bildirib ki, dünyanın əksər ölkələrində bu cür parklarda muzeylər salınır.
Bu muzeylərdə məğlub ölkənin hərbçilərini vizual olaraq əks etdirən maketlər hazırlanır və bu maketlər heç də reallıqda əks olunan insanların obrazı ilə eyniləşmir. Buna görə də, maketlərin bəzilərində əks olunan obraz reallıqdakı erməni hərbçinin obrazı ilə üst-üstə düşməyə bilər. Qeyd edək ki, Rəşid Məhərrəmov budan öncə də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini hazırlamışdı.
“Henley & Partners” beynəlxalq konsaltinq şirkəti aprelin 13-də bu ilin II rübü üçün dünya pasport reytinqini dərc edib.
Azərbaycan reytinqdə 74-cü yerdə qərarlaşıb.
Belə ki, Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız səfər edə bilərlər.
Hesabatda qeyd olunur ki, bir sıra ölkələrdə keçirilən kütləvi peyvəndləmə aksiyaları vətəndaşların ölkələr arasında hərəkətinin yenidən adi hal alacağına ümidlər yaradıb.
Yuxu dərmanı qəbul edildiyi halda qəfil hava çatmazlığı səbəbindən oynamaq aşağıdakı hallarda baş verə bilər:
1. Həddindən artıq arıqlama zamanı.
Sərt dieta saxlayaraq qısa müddət ərzində arıqlamaq orqanizmdə oksigen aclığına səbəb ola bilir ki, bu da gecələr qəfil yuxudan ayılmalara səbəb ola bilir.
2. Alkohol qəbulu.
Yatmamışdan əvvəl spirtli içki qəbulu yuxu pozğunluqlarına səbəb ola bilir. Spirtli içki qəbul edən insanda yuxu zamanı boğulma olduqda qəfil ölüm baş verə bilər.
3. Yuxu dərmanları.
Yuxu dərmanları belə adamlarda boğularaq oyanmaların sayını və sürətini artırır. Mütəxssislər dərman qəbul edənlərin mütləq həkimə getmələrini tələb edirlər.
4. Üzü üstə yatma.
Adətən gecə boğulmaları üzü üstə yatan adamlarda neydana çıxır. Belə ki, bu pozada yatan adamlarda burun və boğaz tutulması vaş verir və beyinə oksigen çatmır.
"Lent.az" bildirir ki, üzəri qiymətli daşlarla bəzədilən qadın ayaqqabısının qiyməti hər kəsin təəccübünə səbəb olub.
İstanbulda fəaliyyət göstərən firmaya aid olan qadın ayaqqabısının hazırlanması bir aya başa gəlib və 37 ölçüdədir. Ayaqqabını adı açıqlanmayan türk iş adamı 13 min dollara alıb.
Məlumata görə, ayaqqabı gələn il İtaliyada və Rusiyada təşkil olunacaq sərgidə “Made in Türkiyə” etiketi ilə nümayiş olunacaq.
Mətbuat.az xəbər verir ki, Vətən müharibəsinin memarlarından olan şəhidlərimizdən birinin sosial şəbəkələrdə bu günlərdə tapılan kiçik bir şəhid məktubu görənləri olduqca kövrəldib. Naməlum şəhid məktubunda belə qeyd edilir: "Nərgiz övladlarımızı qoru və onlara yaxşı bax! Səni çox sevirəm".
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilənlərin sayı 2881 nəfərdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Report” xəbərinə görə, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.
Qeyd edək ki, ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan, eləcə də Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildiriblər. Son günlərdə bu məsələ yenidən Ermənistan mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar ortaya çıxıb.
Oxu.az xəbər verir ki, ABŞ, Böyük Britaniya və İsveçrədən olan beynəlxalq elm adamları qrupu bununla bağlı sübutlar irəli sürüblər.
Bildirilir ki, “Günəş şüaları ilə virusun təsirsizləşdirmə nəzəriyyəsi”nə görə “ultrabənövşəyi B” şüası virusun RNT-sinə təsir göstərir və ona zərər verir. Ancaq təcrübələr göstərir ki, virusun təsirsizləşməsi nəzəriyyədə proqnozlaşdırdığından çox daha sürətli baş verir və cəmi 10-20 dəqiqə çəkir. Buna görə tədqiqatın müəllifləri işığın SARS-CoV-2 üzərində təsirinə vasitəçilik edən əlavə bir mexanizm olduğu qənaətinə gəliblər.
Araşdırma müəllifləri bu mexanizmin nə olduğunu dəqiq bilməsələr də, virusa “ultrabənövşəyi B” şüasından əlavə “ultrabənövşəyi A”nın da mənfi təsir etdiyini düşünürlər.