“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur.

Bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib ki, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Bu proses gecə ərzində respublikanın demək olar, əksər rayonlarında müşahidə olunacaq.

Umayra Tağıyeva qeyd edib ki, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir.

“Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək”, - Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib.

Onun sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq: “Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək”.

Şuşada keçiriləcək “Xarı bülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olunub. 

İlk dəfə keçirilən “Xarıbülbül” beynəlxalq incəsənət festivalında 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində əldə olunan zəfərimizdən ruhlanaraq unikal əsərlər ərsəyə gətirib.

Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan Xarı bülbül maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarıc verən əsərlər təqdim ediblər.

Bununla yanaşı rəssamlar kətan üzərində yağlı boya ilə “Yaddaşın rəsmləri” mövzusunda əsərlər ərsəyə gətiriblər.

Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirməkdir.

Əsərlər “Xarı bülbül” musiqi festivalı zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.        

Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə bir incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.

Son günlər dünyada ən çox müzakirələrə səbəb olan mövzu koronavirus peyvəndlərinin patentlərinin ləğv edilib-edilməməsi ilə bağlıdır.

“Peyvəndləri istehsal edən şirkətlərin hamısı peyvəndin formulu və texnologiyası üçün patent alıb.

Lakin bu vəziyyətin xüsusilə yoxsul ölkələr üçün dezavantaj yaratması tənqid edilir. Uzun müddətdir koronavirus peyvədnlərinin qeyri-ədalətli bölünməsinə görə patent almağın mənasız olması ilə bağlı fikirlər səsləndirilir.

"Həyatları xilas etmək yerinə mənfəət güdürlər"

Ümumdünya Səhiyyə Təşkilatının ticarətlə əlaqəli əqli mülkiyyət razılaşmasına əsasən, böyük dərman şirkətlərinin olduğu ABŞ, İngiltərə, İsveçrə, Yaponiya, Avstraliya, Kanada və Avropa Birliyi ölkələri bu tələbə qarşı çıxırdı.

Yüzlərlə qeyri-kökumət təşkilatları və ekspertlər və ABŞ konqresinin demokratları dərman şirkətlərini insanların həyatını xilas etmək yerinə mənfəət güdməkdə ittiham edirdi.

“Bayden insanlığı seçdi”

Sözügedən təzyiqlərdən sonra ABŞ prezidenti Co Bayden peyvəndlərin patent hüququnun ləğv edilməsi fikrini dəstəkləyib. ABŞ Ticarət Təmsilçisi Katerina Tayın yayımladığı açıqlamada Vaşinqton hakimiyyətinin pandemiyanı bitirmək üçün patentlərin ləğvi məsələsinə dəstək verdiyi qeyd olunub.
CNN sözügedən açıqlamanı “Bayden insanlığı seçdi” manşeti ilə elan edib.

ÜST-dən “yaşıl işıq”

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus da müzakirələrə yaşıl işıq yandırıb. O, açıqlamasında müzakirələri dəstəkləyərək bunu “COVID-19-la mübarizədə böyük an” kimi qiymətləndirib.

Putin: “Təhlükəsizliyi qarantiyaya almalıyıq” 

Rusiya prezidenti Vladimir Putin də patentlərin ləğvi məsələsində müsbət mövqe sərgiləyib.
“Rusiya əlbəttə ki, bu yanaşmanı dəstəkləyir. Dəfələrlə dediyim kimi, maksimum mənfəətə fokuslanmaq yerinə, insanların təhlükəsizliyini qarantiyaya almalıyıq”. – Putin bildirib.

AB-dən OK

Avropa Birliyi (AB) də patentlərin ləğvi məsələsində ABŞ-la eyni mövqe sərgiləyib.

Merkel şübhə duyur

Almaniya kansleri Angela Merkel isə təliflərin istehsalatda ciddi qarışıqlıqlar yarada biləcəyini deyib. O, müzakirələrin kifayət qədər beynəlxalq dəstək görüb-görməməsi məsələsində şübhə duyduğunu deyərək qarşı çıxıb.

Fransadan “qlobal ictimaiyyət məhsulu” çıxışı

Fransa prezidenti Emmanuel Makron da peyvəndlərin qlobal ictimaiyyət məhsulu olması gərəkdiyini deyib.

Ərdoğan da razıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da G-20 zirvəsindəki lşxışı zamanı peyvəndlərin bütün insanlara çatdırılması üçün çağırış etmişdi.

Patent haqlarını müdafiə edənlər nə deyir?

Patent haqlarını müdafiə edənlər əqli mülkiyyət hüququnun araşdırma və innovasiyanı təşviq etdiyini müdafiə edir. Qeyd olunur ki, patent haqlarının ləğvi peyvəndlərin ani artırıma səbəb olmayacaq və gələcək pandemiyalarda mübarizəni çətinləşdirəcək.

Peyvənd istehsalçısı “BioNTech” şirkətinin qurucu ortağı Özlem Türeci patentlərin ləğvinin xaosa səbəb olacağını söyləyib.

Patentin ləğvi pandemiyanı bitirəcəkmi?

Müzakirələr hələ də davam edir. Əgər koronavirus peyvəndlərinin patentləri ləğv edilərsə, istehsal arta bilər. Bu da qısa müddət ərzində dünyanın COVID-19 pandemiyasından xilas olması və normal həyata qayıtmasına imkan yarada bilər.

Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb.
Ən çox yoluxma 30-39 yaş arası (21 %) şəxslərdə qeydə alınıb.

0-9 yaş arası olanlarda yoluxma 3 %, 10-19 yaş arasında 6 %, 20-29 yaş arasında 16 %, 30-39 yaş arasında 21 %, 40-49 yaş arasında 15 %, 50-59 yaş arasında 18 %, 60-69 yaş arasında 15 %, 70-79 yaş arasında 4 %, 80 yaş üzəri olanlarda isə 2 % təşkil edir.

Yoluxanların 49 %- i kişi, 51 %-i isə qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər 322 761 nəfər COVID-19-a yoluxub və onlardan 296 875 nəfəri sağalıb. Ümumilikdə isə 4 597 nəfər dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 21 289 nəfər təşkil edir.

Ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

Bu məqsədlə baku.ws Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə sorğu göndərib.

Sorğu zamanı hazırda vətəndaşlara bir çox şəhər və rayonlar üzrə müxtəlif məvacibli işlərin təklif edilməsi üzə çıxıb.

Vətəndaşlar e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında minlərlə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 250 manatdan 15 000 manatadək dəyişir.

Məlumat üçün bildirək ki, istənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işə götürənlərə yönləndirilir və daha sonra işə götürən tərəfindən həmin şəxsin meyarlara uyğun olub-olmamasına dair cavab verilir.

İş axtaranlar Məşğulluq Alt Sisteminə daxil olmaq qaydalarını aşağıdakı video vasitəsilə öyrənə bilərlər.

Məşğulluq Alt Sistemində may ayı üçün vətəndaşlara təqdim olunan vakansiyalardan yenilərini sizlərə təqdim edirik

Bu gün ürək-damar xəstəlikləri olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir
Trend bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

O bildirib ki, Çin alimləri, mövcud ürək-damar xəstəliyinin (ÜDX-nin) ağır COVID-19 inkişaf riskini 3,5 dəfə artırdığını göstəriblər:

"Əvvəlcədən ÜDX mövcud olan xəstələr arasında ölüm nisbəti, COVID-19-a yoluxan ümumi populyasiyadan 5 dəfə çoxdur. Xroniki ÜİX olan xəstələrin COVID-19-a yoluxması mövcud aterosklerotik piləyin cırılmasının yüksək riski səbəbindən miyokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu, yoluxmuş xəstələrin ölüm riskini artırır. Öncədən ürəyin tac damarlarında invaziv və ya cərrahi əməliyyat olunmuş COVID-19 xəstələrində stent və şuntların trombozu riski artır. Bu səbəbdən ÜDX olan xəstələr yüksək risk qrupu hesab edilməlidir".

Baş kordioloq deyib ki, daha çox ağır xəstəlik və ölüm riski 60 yaşdan yuxarı, kişilər, piylənmə, arterial hipertenziya, diabet, ürək-damar xəstəliyi, xroniki ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, xərçəng və ya immunosupressiv vəziyyəti olan insanlar üçün müəyyən edilir. Siqaret çəkmənin ağır COVID-19 riskini artırmadığı diqqət çəkir: "Virus infeksiyasının simptomları ilə yanaşı xroniki ÜDX-ləri də kəskinləşir. Bu, hipertenziv xəstələrdə qan təzyiqinin artması, xroniki ürək çatışmazlığı olan xəstələrdə təngnəfəsliyinin artması, səyrici aritmiya tutmaların residivləşməsi və xroniki gərginlik stenokardiya ağrı həddinin azalması ilə özünü göstərir.

Virus infeksiyalarında qan təzyiqi niyə yüksəlir? Bu, yüksək bədən hərarətin və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir. Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı kofein tərkibli dərmanlar (Panadol, Coldrex), fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları, antihistamin perparatlar, alkoqol spirtli içkilər, isti vanna qəbulu qadağandır. Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddir. Ancaq təyin olunmuş dərman peparatlarla arterial təzyiqinə nəzarəti bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün ürək peşəkar cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər".

Y.Nağıyev qeyd edib ki, COVID-19-un ürəyə mənfi təsiri var: "COVID-19 kəskin miyokard zədələnməsinə və digər yeni ürək fəsadlarına səbəb ola bilər. SARS-CoV-2-yə yoluxan xəstələrdə kəskin koronar sindromun inkişafı damarlar divarının iltihabı, tromboz və qan dövranının pozulması ilə əlaqədardır. Kəskin miokard zədələnmələrin 20-40%-i özünü sinə ağrısı, nəfəs darlığı, aritmiya kimi göstərir. COVID-19-da kəskin miokard infarktından (Mİ-dan) ölüm nisbəti 40%-dir. ÜDX simptomlarının xəstənin xəstəxanaya yerləşdirilməsi zamanı istənilən vaxt meydana gəldiyini qeyd etmək vacibdir, lakin, bir qayda olaraq, onların riski qızdırma və ya virus infeksiyanın digər simptomlarının başlanğıcından sonra 15-ci gündən etibarən artır. Ürək-damar ağırlaşmalarının inkişafı adətən xəstənin tənəffüs vəziyyəti sabitləşdikdən və respirator statusunun yaxşılaşdıqdan sonra inkişaf edir. Qeyd etmək lazımdır ki, COVID-19 miokardda bir neçə ay qala bilər, buna görə COVID-19 keçirmiş xəstələrdə gələcəkdə ürək-damar ağırlaşmalarının artmasını gözləmək olar".

Polis fiziki qüsurlu insana belə kömək etdi - VİDEO

Polis əməkdaşının daha bir təqdirəlayiq hərəkəti sosial şəbəkədə paylaşılıb. Yol-xeber.az xəbər verir ki, fiziki qüsurlu insan əlil arabası ilə paytaxtın Səməd Vurğun küçəsində hərəkət edərkən polis əməkdaşlarından biri onun arabasını sürərək yolu keçməsinə kömək edib. Polisin bu hərəkətini sürücülərdən biri telefonla qeydə alıb. Sözügedən görüntünü təqdim edirik:

 

"Koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir".

Bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev COVID-19-un ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə təsiri barədə danışarkən deyib. O bildirib ki, COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir:

"Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir".

ABŞ-ın 100 ən varlı sakini Baydenin prezident olduğu ilk 100 gün ərzində sərvətlərini toplam 195 milyard dollar artırıblar.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata əsasən, hazırda onların əlində 2,9 trilyon dollar cəmlənib. Halbuki, ölkə vətəndaşlarının yarısının ümummi sərvəti 2,5 trilyon dollara bərabərdir.

Qeyd olunur ki, son aylar ərzində milyarderlərin daha da varlanmalırının səbəbi birja indekslərinin 10%-dək artması səbəb olub.

Vəziyyət çox pisləşə bilər, odur ki... - KORONAVİRUS XƏBƏRDARLIĞI


Koronavirusa yoluxma və ölüm hallarında nəzərəçarpan və pandemiyanın sürətini azaltmağa yetəcək azalma müşahidə edilməzsə, peyvəndləmədə 3-cü dozaya ehtiyac olacaq.
Bu barədə Ankara Universiteti Yoluxucu Xəstəliklər kafedrasının başqanı, professor İsmayıl Balık bildirib. İ.Balık “BioNTech”in qurucu ortağı doktor Uğur Şahinin “Peyvəndin yalnız 9 ay, ən geci 12 ay sonra vurulacaq 3-cü dozası qorumanın gücləndirilməsini təmin edəcək”  açıqlamasını dəyərləndirən İ.Balık “burada xatırlatma dozası” ifadəsini işlətsək daha doğru olar. Zatən Uğur Şahin də “9 ay, ya 1 il, ya da 2 il sonra “xatırlatma dozası”nın vurula bləcəyini söyləyib. Biz bunun Faza-3 çalışmaları sırasında belə ola biləcəyini demişdik. Faza-3 çalışmalarının təqib edilməsi 2 ilə qədər davam edəcək. Bu 2 ilin sonunda “xatırlatma dozası”nın 2-ci mərhələdə vurulan dozadan neçə müddən sonra vurula biləcəyi də dəqiqləşəcək”, deyib.  İ.Balık inaktif (qeyri-fəal, ləng, hərəkətsiz) peyvəndlərdə 3-cü dozanın vurulmasına ehtiyac ola biləcəyini xatırladıb: “Bu cür peyvəndlərdə  xatırlatma dozasının daha erkən vurulması gərəkə bilir. Məsələn, peyvəndin 2-ci dozasından 6 ay sonra bir xatırlatma dozası da lazım gələcək. Çünki pandemiya davam etdiyi müddətdə bizim də xatırlatma dozasını vurdurmağa davam etməyimiz gərəkdir. Əgər istifadə edilən peyvəndlər mutant viruslara qarşı təsirsiz və ya az təsirli olacaqsa, biz xatırlatma dozalarını icra etməli olacağıq. Peyvəndlər də mutant viruslara təsir edə biləcək formada istehsal edilməli olacaq”.

Professor bəzi peyvəndlərin zəif orqanizmə malik insanlarda az təsirli olduğunu və ya ümumiyyətlə təsirsiz qaldığını vurğulayaraq deyib ki, xərçəng xəstəliyi səbəbiylə kimyaterapiyası alanlar, bəyrək çatışmazlığı olanlar, həmçinin dializ xəstələrdə  2-ci doza peyvənd təsirsiz qalarsa, belə insanlara 3-cü dozanın vurulmasında fayda var. 

Xəbər lenti