|
CNN xəbər verir ki, oksigen təminatını “Perseverance”ın sağ hissəsində yerləşən, MOXIE adlı cihaz həyata keçirib.
İlk olaraq bir kosmonavtın 10 dəqiqə nəfəs alması üçün yetecək 5 qram oksigen istehsal olnub.
MOXIE mühəndisləri test və çalışmaları davam etdirərək oksigen əldə olunmasını artırmağı hədəfləyirlər.
Bu, Yerdən əhəmiyyətli dərəcədə oksigen daşımaq zərurətini aradan qaldıracaq.
Videonu fotoqraf Vahid Həsənov çəkərək öz “Facebook” hesabında paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Fondan bildirilib ki, həmin qazilər aşağıdakılardır:
1. Ələkbərov İlkin Elçin oğlu
2. Atakişiyev Yusif Fariz oğlu
3. Kazımov Kənan Çinar oğlu
4. Eyvazov Səbuhi Rahim oğlu
5. Seyfullayev Havil Səyədullah oğlu
6. Osmanov Zamir Şakir oğlu
7. Quliyev Şahmar Anar oğlu
8. Abdullayev Pərvin Dövlət oğlu
9. Əliyev Arzu Könül oğlu
10. Məmmədkərimov Nicat Əfsun oğlu
11. Musayev Bəhman Natiq oğlu
12. Hüseynov Ülvi Məsum oğlu
Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin! Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Sözügedən layihə sosial şəbəkələrdə paylaşılıb.
Füzuli şəhərindəki qəsəbə layihəsində işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurmadan sonrakı görünüşü öz əksini tapıb.
Layihənin hələlik təsdiqlənmədiyi bildirilir.
Layihənin fotolarını təqdim edirik:
Bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verlişində qonaq olan həkim Samir Əsgərov bildirib.
"Bu, təngnəfəslik, ürək döyünmələri, qəfil halsızlıq, tez yorulma kimi hallar, təzyiqin qalxması və düşməsi kimi şikayətlərlə özünü göstərir. Bundan qorunma məsələsinə gəldikdə isə deyə bilərəm ki, dəfələrlə deyildiyi kimi məsafəni saxlamaq lazımdır.
Ola bilər ki, biz 5 saat öncə analiz verək və nəticəsi neqativ çıxar. Ancaq kiminləsə kontaktda olduğumuz zaman yoluxa bilərik. Yoluxduğumuz zaman isə digərlərini də yoluxdura bilərik", - deyə həkim əlavə edib.
Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dermatoloq Şövqi Zeynalov bildirib.
"Kəmərləyici dəmrovların törədiciləri herpes viruslarıdır. Bunlar immunitet zəifləyəndə, stress, yorğunluq, yuxusuzluqdan və orqanimzin müqaviməti aşağı düşdükdən sonra daha çox özünü göstərir. Son zamanlar kəmərləyici dəmrovlar həddindən artıq çoxalıb", - deyə həkim əlavə edib.
Medicina.az xəbər verir ki, Oksford universitetinin alimləri bəzi əlamətlərə görə insanın koronavirus keçirdiyini bilməyin mümkün olduğunu açıqlayıb.
Belə ki, sonradan antitel analizi verib müsbət çıxan assipmtomatik xəstələr aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronadan olduğunu bilmədiklərini etiraf edib.
Siz də bu simptomlara əsasən koronavirus keçirib-keçirmədiyinizi təxmin edə bilərsiz.
- Qarında ağrı, sancı
Koronavirusun əsas simptomlarından biri. Daha çox virus mədə ilə həzm yollarına düşdükdə, öskürəksiz xəstələrdə olur. Eləcə də ağciyərlərin aşağı payı iltihablaşanda qarın, mədə hissədə ağrı olur.
- Bir neçə gün ishal
Səbəbsiz və kəsilməyən diareya, ishal gözlənilmədən insanı yaxalayır. Qidalanması normal olsa da xəstə koronadan şübhələnməsə də bir neçə gün bununla mübarizə aparır.
- Gözlərdə irin, qızarma, konyuktivit
Gözlər ayrıca, müstəqil olaraq koronavirusa yoluxub, iltihablaşa bilər.
Elə bilməyin ki, gözünüzə nəsə düşüb, ya çirk edib. Bu sadəcə koronavirus ola bilər və bununla da bitər.
- Ağız dadının dəyişməsi
Ağızda dadın tam itməsi birbaşa simptom olsa da, ağızda qəribə tam yaranması və yeməklərdən zövq almama da koronavirusun oyunu ola bilər. Buna da fikir vermirlər.
- Səbəbsiz yorğunluq, halsızlıq
Əgər bir neçə gün və ya bir həftə səbəbsiz yorğunluq, halsızlıq, bədəndə süstlük hiss edib, heç bir test vermədiz, qızdırma olmadan sonradan düzəlmisizsə, bu da gizli keçirilmiş koronavirusun əlaməti ola bilər
Sizdə bu sadalananlardan bir və ya bir neçə əlamət yaxın bir neçə ayda baş veribsə, koronavirus barədə düşünməyə və ürəyinizdən keçərsə, son nöqtəni qoymaq üçün bir antitel analizi verməyə dəyər. Ola bilər ki, analizin cavabı sizi heyrətləndirsin!
Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dermatoloq Şövqi Zeynalov deyib.
Rəngli maska taxmağın üz dərisi üçün məsləhət olmadığını bildirən həkim qeyd edib ki, təmiz pambıqdan hazırlanan maskalardan istifadə etmək daha təhlükəsizdir.
Həmçinin Ş.Zeynalov maska taxan xanımlara tonal kremdən istifadə etməməyi tövsiyə edib:
“Xanımların maska taxan zaman tonal kremlərdən istifadə etməsi məsləhət deyil. Çünki bu kremlər, xüsusilə də tünd tonal kremlər dəri məsafələrini qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır”.
Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan ordusunun qəhrəmanlı salnaməsi olan parkın qarşısında uzun növbə yaranıb. İnsanlar həm özləri, həm də azyaşlı uşaqları ilə birlikdə ordumuzun güc və qüdrəti ilə bir daha tanış olublar.
Bununla bağlı Baku TV süjet hazırlayıb: