Qarpız əgər belədirsə, qəti yemək olmaz 

Yayda ən çox qəbul etdiyimiz qidalardan biri qarpızdır. Dadlı və faydalı olmasına baxmayaraq, qarpız həm də zəhərlənmələrə səbəb ola bilir. 

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, zəhərlənmə hallarının baş verməməsi üçün diqqət etməli olduğunuz məqamlar bunlardır: 

Həzm prosesinin düzgün işləməsi üçün qarpızı yeməkdən 2 saat sonra istehlak etmək məqsədəuyğundur. Çox qarpız yemək də zərərlidir, unutmayın ki, qarpızın tərkibində şəkədr çoxdur və bu, qan şəkərinizin balansının pozulmasına səbəb ola bilər. SEO Xidməti 

Əgər qarpızı kəsəndə pis qoxu gəlirsə, yaxud dadı fərqlidirsə, deməli bu artıq xarab olmuş qarpızdır.

Eyni zamanda, qarpız xarab olanda həddindən artıq yumşaq olur. Həmçinin, qarpızı kəsdikdən sonra soyuducuda 3 gündən çox saxlamamaq lazımdır. 

Hava çirkliliyi son 40 ildə nə qədər can alıb? – DƏHŞƏTLİ STATİSTİKA

Bu günə qədər aparılan ən əhatəli araşdırmalardan biri hava çirkliliyinin son 40 ildə dünya üzrə təxminən 135 milyon vaxtından əvvəl ölümə səbəb olduğunu üzə çıxarıb.

Medicina.az xəbər verir ki, yeni açıqlanan statistika problemin ciddiliyini və təcili həll edilməsinin vacibliyini vurğulayır.

1980 və 2020-ci illər arasındakı məlumatları araşdıran tədqiqatçılar hava çirkliliyinin qarşısı alına bilən və ya müalicə edilə bilən xəstəliklərə və ya insultlara səbəb olaraq on milyonlarla insanın həyatını qısaltdığını söyləyir.
Keçmişdə bir çox belə tədqiqat daha kiçik bir bölgəni və ya yaxın dövrü əhatə edib. Sinqapurun Nanyang Texnologiya Universiteti tərəfindən aparılan bu araşdırma isə bu günə qədər aparılan ən böyük tədqiqatlardan biridir.

Tədqiqatçılar El Nino kimi hava hadisələrinin və okean temperaturunun dəyişməsinin havanın çirklənməsinin təsirini daha da pisləşdirdiyini aşkar ediblər.

Bu hava hadisələri ağciyərlərə nüfuz edə və hətta qan dövranına daxil ola bilən, astma, infarkt və bronxit kimi xroniki xəstəliklərə səbəb olan PM2.5 incə hissəciklərinin konsentrasiyasının artmasına səbəb olur.

Hava şəraitinin dəyişməsi vaxtından əvvəl ölüm hallarının sayını 14 faiz artırıb.

Tədqiqata rəhbərlik edən Nanyang Asiya Ətraf Mühit Məktəbinin dosenti Stiv Yim bildirib ki, El Nino kimi müəyyən iqlim hadisələri baş verdikcə çirklənmə səviyyəsi yüksələ bilər, yəni PM 2.5 çirklənməsi səbəbindən daha çox insan vaxtından əvvəl öləcək.

Qeyd edilib ki, PM 2.5 çirklənməsinə əsasən nəqliyyat vasitələrinin tullantıları, sənaye prosesləri, meşə yanğınları və toz fırtınaları səbəb olur.

"PM 2.5 çirklənməsi ilə əlaqəli vaxtından əvvəl ölüm hadisəsi" ən çox Asiyada müşahidə edilir. Burada 98 milyon təhlükə altındadır. Ölümlərin əsas hissəsi Çin və Hindistanın payına düşür.

Pakistan, Banqladeş, İndoneziya və Yaponiyada da 2 milyondan 5 milyona qədər vaxtından əvvəl ölüm halı baş verib.

Tədqiqat PM 2.5 çirklənməsinə görə ölümlərin üçdə birinin insultdan, üçdə birinin ürək xəstəliklərindən, qalan hissəsinin isə ağciyərlə əlaqəli xəstəliklər və infeksiyalardan qaynaqlandığını təxmin edir.

Nanyangdakı tədqiqatçılar havadakı incə hissəciklərin səviyyəsini ölçmək üçün NASA-nın peyk məlumatlarından istifadə ediblər. Onlar Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun xəstəlik statistikasını, eləcə də ABŞ Milli Okean və Atmosfer Administrasiyasının hava məlumatlarını təhlil ediblər.

Bununla belə, müəlliflər qeyd ediblər ki, iqlim böhranının təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.

Araşdırmanın nəticələri "Environment International" akademik jurnalında dərc olunub.

Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ətraf mühitin və havanın çirklənməsinin birgə təsirlərinin hər il dünyada baş verən 6,7 milyon vaxtından əvvəl ölümlə əlaqəli olduğunu açıqlamışdı.

Günvurmadan belə qoruna bilərik - Diqqət!

Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma  ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən günvurmadan qorunmanın bəzi qaydalarını təqdim edir:

Gündəlik 2 litr sərin su için;

Günəşin ən qızmar olduğu saatları bayırda qalmamağa çalışın;

Nazik və açıq rəngli kətan parçadan tikilmiş paltarlara üstünlük verin;

Qidanızda çiyələyə daha çox üstünlük verin. Çünki bu meyvə bədəni sərinlədir, istilik səbəbilə artan qan təzyiqini normallaşdırır;

Xiyar, qarpız, nanədən mütəmadi istifadə edin. Tərkibində su çoxdur, qan təzyiqini tənzimləmə xüsusiyyəti var və sakitləşdirici təsirə malikdir.

Xərçəng xəstəliyinə tutulmaq istəmirsizsə, bunu ƏSLA ETMƏYİN

Tatuajı olan insanlarda limfoma inkişaf riski 21 faiz yüksəkdir.

Teleqraf.com xəbər verir ki, İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında limfa xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11.905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda limfoma inkişaf riski 21 faiz yüksəkdir.

Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu eyni zamanda bu kimyəvi maddələrin Tatuaj edərkən dərini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını bildiriblər.

Döymənin ölçüsü ilə xərçəng riski arasında heç bir əlaqə olmadığını qeyd edən tədqiqatçılar, ölçüsündən asılı olmayaraq döymənin bədəndə iltihabı tətiklədiyini və limfa xərçəngi riskini artırdığını vurğulayıblar.

Bölgələrimizdə istirahətin bir günü… – Qiymətlər

İl boyu işləyən, çalışan, müəyyən mənada haradasa fəaliyyət göstərən şəxslər yayda dincəlmək üçün bölgələrə üz tutur.

Axar.az regionlarda olan istirahət mərkəzlərinin cari qiymətlərini araşdırıb.

Şamaxıda fəaliyyət göstərən “Şamaxı Palas Şaradil” ailəvi istirahət mərkəzində bir gecə qalmaq üçün balkonlu otaq 200, balkonsuz 160 manatdır. Çox nəfərlik otaqlar isə 600-800 manat civarındadır. 1 nəfərlik yemək menyuları 30-35 manatdır. İstirahət edən şəxslər otel ərazisində hovuz, türk hamamı və saunadan istifadə edə bilərlər. Qeyd edək ki, həftəsonu qiymətlər fərqlidir.

Masallıda meşə ərazisində olan “Gülüstan” istirahət mərkəzində səhər yeməyi daxil olmaqla 2 nəfərlik koteclər 70, 4-5 nəfərlik koteclər isə 120 manatdır. 1 nəfərlik yemək menyuları 25-40 manat civarı müəyyənləşdirilib.
Nabranda fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində menyular hələ müəyyənləşməsə də, otel qiymətləri məlumdur. Belə ki, 2 nəfərlik 80, 3 nəfərlik 90, 4 nəfərlik otaqlar isə 125 manatdır. 4 nəfərlik koteclər də var ki, 140 manatadır. İstirahət edən şəxslər hovuz və əyləncələrdən istifadə edə bilərlər.

Şəkidə “Narın Qala” istirahət mərkəzi meşə gəzintisini sevən şəxslər üçün əlverişli məkandır. Səhər yeməyi daxil olmaqla 2 nəfərlik 80, 4 nəfərlik 130, 6 nəfərlik koteclər isə 150 manatdır.

Naftalanda yerləşən “Çinar” istirahət mərkəzinə 2 nəfər 1 həftəlik, 3 dəfə yemək daxil olmaqla 1540 manata paket əldə etmək mümkündür. Paket əldə edən şəxslərə otel ərazisində fəaliyyət göstərən hovuz, sauna, fitness zal, fizioterapiya və “Naftalan vannası” təklif olunur.

Ömrü azaldan qidalar - Dadlı, amma zərərlidir

Bəzi qidalar çox dadlı olsalar da, eyni zamanda çox zərərli də ola bilirlər.

Hidrogenləşdirilmiş yağlar ən zərərli qida hesab olunur. Restoranlarda qızartma yağlarının dəyişdirilmədən uzun müddət istifadə edilməsi də onların daha çox zərərli olmasına səbəb olur.

Süni dadlandırıcılarda zərərli qidalar sırasındadır. Ən zərərli maddələr asesulfam kalium, monosodium glutamat, sukraloza, aspartam və natrium benzonatdır. Onların yerinə kokos şəkəri, ağcaqayın siropu və bal kimi təbii dadlandırıcılardan istifadə etmək olar.

Qablaşdırılmış qidalarda çox zərərli hesab olunur. Əksəriyyətinin saxlama müddətini uzatmaq üçün onlara zərərli maddələr əlavə olunur. Çipslərdə olan monosodium glutamat hətta siqaretin təsirini də yarada bilər.

Toyuq ətidə zərərli qidalardan arasındadır. Bazardan aldığımız toyuq ətlərinin tez xarab olmasının qarşısını almaq üçün istehsal prosesində zərərli sintetik maddələrdən istifadə edilir.

Əksər brendlərin məhsullarında məhsula toyuq ətindən əlavə sinirlər, damarlar, dəri, qığırdaq və sümüklər də qatılır və beləliklə, həddindən artıq kalorili qida yaranır.

Dondurulmuş məhsullar da zərərli qidalar siyahısına daxildir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusilə dondurulmuş balıq və dəniz məhsullarında olan tert-butilhidrokinonun zərərli olduğu bildirilib.(Metbuat.az)

Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO

Son vaxtlarda rəqsi viral olan azyaşlı azərbaycanlı qızın videosu xarici ölkələrdə də paylaşılıb.

 Qərbi Afrika ölkəsi Qanada feysbuk səhifələrindən birində paylaşılan video 2 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayıb.

Sosial şəbəkələrin Qana seqmentində izləyicilərin böyük əksəriyyəti videoya "möhtəşəm", "çox istedadlı qızdır", "çox gözəl rəqs edir", "rəqsdə yaxşı gələcəyi var" və s. şərhlər yazıblar.

Qeyd edək ki, Nuray adlı azyaşlı qızın rəqs etdiyi kadrlar Azərbaycanda birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri arasında qızcığazın rəqsini gözəl hesab edənlərlə yanaşı, yaşına uyğun olmadığını və kişilər kimi rəqs etdiyini yazanlar da olub.

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA 

Azərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğulan uşaq sayı azalaraq 11,5-dən 9,7-yə düşüb.

Məlumdur ki, təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu proses gedir. Doğulan uşaqlar azalır, yaşlıların sayı çoxalır. Maraqlıdır, bu proses dünyanı hansı istiqamətə aparır? Doğulan körpə sayının azalması həqiqətən narahatedici faktordur, yoxsa buna təbii proses kimi yanaşmalıyıq?

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Ölkə əhalisi əsrin sonuna qədər azalacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdaliyeva də təsdiqləyib ki, son illər bir çox ölkələrdə doğuş nisbəti və ya bir qadının dünyaya gətirdiyi orta uşaq sayı aşağı düşür:

Mütəxəssislərin fikrincə, doğum nisbətində azalma tendensiyası davam edərsə, demək olar ki, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər:

“Bu dəyişiklik müasir dövrdə qadınların təhsilə və iş həyatına üz tutması, habelə ailə planlaması ilə bağlı məlumatların daha əlçatan olması ilə də səciyyələndirilir. Bununla yanaşı, dünyanı bürüyən müxtəlif yoluxucu xəstəliklər nəticəsində ölüm hallarının artması, boşanma sayında müşahidə olunan çoxalmalar, nikahların isə əvvəlki illərlə müqayisədə azalması təbii artımın qarşısını alan başlıca faktorlardandır”.

Ölkəmizdə ən yüksək doğum göstəricisi

Qurum rəsmisi qeyd edib ki, ölkəmizdə ən yüksək doğum göstəricisi 1990-cı ildə qeydə alınıb:

“Belə ki, həmin ildə diri doğulan körpələrin sayı 182 989 nəfər olub. 2022-ci ilə dair statistik göstəricilərə baxdıqda, 2021-ci illə müqayisədə müəyyən artım müşahidə edilir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə isə 122 846 nəfər körpə doğulub”.

Dünyada proses necə gedir?

ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ölkələrin dörddə üçündə 2050-ci ilə qədər əhalinin sayı azalacaq. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının üzvləri “The Lancet”də dərc olunmuş müstəqil şərhlərində doğulan uşaq sayının azalmasının müsbət və mənfi cəhətlərini araşdırıblar. Mütəxəssislər deyirlər ki, doğulan uşaq sayının azalması əhalinin artması, ətraf mühit, ərzaq təhlükəsizliyi, sağlamlıq, iqlim dəyişikliyi və biomüxtəliflik baxımından fayda gətirə bilər, lakin səhiyyə, pensiya, sosial təminat, işçi qüvvəsi və geosiyasətə mənfi təsir göstərəcNə üçün insanlar uşaq dünyaya gətirməkdən çəkinirlər?ək.

Dünyanı silkələyən bu vəziyyətin səbəblərinə gəldikdə isə iqtisadi vəziyyət, xəstəliklər, uşaq yetişdirmənin tələb etdiyi xərclər, doğuş planlamasının əlçatan olması və qadınların maariflənməsi göstərilir.

Bu vəziyyətdən narahat olmayan, əhalinin sayının azalmasını ətraf mühit üçün müsbət hal kimi qiymətləndirənlər də az deyil. Çünki düşünürlər ki, dünya əhalisi azaldıqda, əhali karbon emissiyalarını azaldacaq və meşə sahələri daha az məhv olacaq. Lakin təbii olaraq, əhalinin strukturunun dəyişməsi və yaşlıların sayının artmasının mənfi təsirləri daha çoxdur. Tədqiqatlar əhalinin strukturu ilə bağlı təəccüblü proqnozları ortaya qoyur.

401 milyon uşaq, 866 milyon yaşlı

Beş yaşa qədər dünya əhalisi 2017-ci ildəki 681 milyondan 2100-cü ildə 401 milyona, 80 yaşdan yuxarı dünya əhalisi 2017-ci ildəki 141 milyondan 2100-cü ildə 866 milyona yüksələcək. Tədqiqatçılar 2100-cü ilə qədər ölkələrin 97 faizində ümumi doğuş nisbətinin aşağı düşəcəyini proqnozlaşdırırlar. Məsələn, 2021-ci ildə bir qadına düşən doğuş nisbəti 2,23 olduğu halda, 2050-ci ildə bu rəqəmin 1,68-ə, 2100-cü ildə isə 1,57-yə düşəcəyi deyilir.

“Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər”

Azərbaycandakı əhalinin doğum səviyyəsi ilə bağlı açıqlanan statistika da onu göstərir ki, Avropa ölkələrindəki təklik, yalnızlıq hissi bizə də sirayət edir.

Psixoloq Nizami Orucov da təsdiqləyib ki, son vaxtlar ailə dəyərlərini yeniləri əvəzləyir:

“İnsan sosial varlıqdır, onun təkliyə çəkilməyinin sonu əksər vaxtlarda yaxşı nəticələnmir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. Bu, hedonizm fəlsəfəsidir. Hedonizm insanın öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır”.

Psixoloq bildirib ki, bu gün gənclərin ailə qurmamasının və övlad sahibi olmamasının da kökündə hedonist düşüncə dayanır:

“Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən qorxmasıdır. Bizə gələn məktublardan bu görünür ki, əməlli-başlı ailə qurmağa qorxurlar. Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud da “evlənsəm bədbəxt olaram” qorxusu onları bu qərardan uzaqlaşdırır. Müasir həyatın informasiya bolluğu bizim həddindən artıq tərəddüd keçirməyimizə səbəb olur”.

Yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər?

Mütəxəssislər 21-ci əsrdə dünyanın sarsıdıcı sosial dəyişikliklərlə rastlaşacağını vurğulayıblar. Maraqlıdır, yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər? Professorlar aşağıdakı suallar qarşısında narahatdırlar: Yaşlı əhalinin çoxluq təşkil etdiyi ölkələrdə vergini kim ödəyəcək? Yaşlılara qayğı və sağlamlıq xidmətləri necə maliyyələşdiriləcək? Onların baxımını kim həyata keçirəcək? Bu baş versə, insanlar təqaüd ala biləcəklərmi? Bu sualların dəqiq cavabını zaman verəcək.

"Üç növ xəstəlikdən ölümə görə Azərbaycan dünyada liderdir. Onlardan biri ürək-damar xəstəliyi, ikincisi xərçəng, üçünçüsü isə şəkərdir. Onların hər üçünün kökündə çox ciddi sosial iqtisadi faktor dayanır".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən sosial problemlərin həlli zəruridir:

"Çünkü sosial problemlər insanların psixoloji durumuna birbaşa təsiredir, vəziyyətini dəyişir, nəticədə ürək-damar xəstəlikləri çoxalır. Bu gündən sonra Azərbaycan xalqının uzunömürlülər siyahısında qalmaqada davam edəcəyi sual altındadır. İndi uzunömürlülər yaşlı nəslin nümayəndələridir, onların orqanizmləri Bakı şəhərində fəaliyyət göstərən iri marketlər şəbəkəsində satılan ərzaq məhsullarının konservatları ilə zəhərlənməyib. Həmin insanlar təbii qidalarla böyüyüb və yaşlaşlblar. Bu gün isə Azərbaycanda yaşı 100 yaxın insanları tapmaq demək olar ki, mümkün deyil".

Asif Bayramov hesab edir ki, bu gün satılan ərzaqlarla qidalanma davam etsə, ərzaq təhlükəsizliyi təmin olunmasa, Bakı şəhərində yaşıllığın sayı artmasa bu mühitdə insanarın uzun ömür sürməsi imkansızdır:

"İnsanlar daha tez qocalacaq və xəstələnəcək".

Səfəvilərdən bu günə kimi: Çayxanaların maraqlı tarixi - VİDEO

Azərbaycanda qədimdən indiyədək kişilərin yığıncaq yeri sayılan çayxananın tarixi Səfəvilər dövrünə qədər gedib çıxır.

Səfəvilər dövlətində mövcud olan qəhvəxanaları müasir çayxanaların sələfi saymaq olar. İlk qəhvəxanalar şəhərlərarası yolların kəsişməsində, daha sonralar şəhər daxilində yaranıb. Karvan yollarının kənarında su quyuları, namazgahlar və dincəlmək üçün kiçik yerlər təşkil olunurdu. Qəhvəxana da eyni məqsədə xidmət edirdi.

Şəhərdaxili ilk qəhvəxanalar məscidlərin yaxınlığındakı qiraətxanalar sayılırdı. Müsəlmanlar məhz burada oturaraq namaz vaxtını gözləyirdilər. Zaman keçdikcə onların sayı artaraq məhəllələrdə yaranır, daha sonralar isə iri şəhərlərdə həmyerlilərin görüşdüyü qəhvəxanalar meydana gəlir. Bura müsəlman kişilərin məsciddən kənar toplaşdığı məkan idi. Bazar əsrlər boyu insanların görüş yeri sayılsa da, orada oturub saatlarla söhbətləşmək olmurdu.

Qəhvəxananın çayxanaya çevrilməsi beynəlxalq aləmdə və ölkə daxilində gedən siyasi-iqtisadi proseslərlə bağlı idi. Böyük coğrafi kəşflərlə başlayan müstəmləkəçilik siyasətinin XIX əsrdə güclənməsi, ingilislərin çay və qənd ticarəti insanların qidalanma zövqünü dəyişdirdi. Yaşıl çaya nisbətən ucuz satılan qara çay qəhvəni əvəz etdi. Çaya tələbat artdıqca əhali arasında “qəhvəxana” ifadəsi ilə yanaşı, “çayxana” sözü də işlənməyə başladı.
Zaman keçdikcə çayxanalar siyasi mahiyyət kəsb etdi. Səyyahlara görə, Səfəvilər dövründə ölkəyə gələn xarici qonaqlar, diplomatlar da çayxanaya dəvət olunurdular. Xalq üsyanlarının təşkilatlanmasında mühüm rol oynayan çayxanalar siyasi mərkəz kimi qiymətləndirilirdi. Bu kimi halların qarşısını almaqdan ötrü ayrı-ayrı dövlətlərdə xəfiyyə orqanları işə salınırdı. Bəzən çayxana sahibləri özləri, bəzən isə müştərilər arasına göndərilən şəxslər burada xəfiyyə xidmətini yerinə yetirirdilər.

Ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti