|
Son vaxtlar “Waze” naviqator proqramının sürücülərə yanlış istiqamət təqdim etdiyi barədə məlumatlar yayılır.
Xezerxeber.az-ın məlumatına görə, bu tətbiqdən istifadə edən sürücülər iddia edirlər ki, son günlər proqram onları aldadır.
Qeyd edək ki, “Waze” naviqator proqramı sürücülərə nəqliyyat axınını real vaxt rejmində izləməyə imkan verir, sürət və ən əsası xüsusi texniki vasitələrin yerini bildirməkdə kömək edir.
Bəs niyə bu proqram sürücülərə yol hərəkətinin təşkilində edilən dəyişikliklər barədə məlumat vermir?
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Azər Əlili bildirib ki, proqram təminatını yaxşılaşdırmaq üçün sürücülər yenilikləri oraya əlavə etməlidirlər.
Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə “Waze”ə tam arxayın olaraq hərəkət etmək doğru deyil.
Yol hərəkəti qaydaları üzrə ekspertlər isə bildiriblər ki, sürücü belə proqramlardan istifadə edərkən yoldakı nişanlara da diqqət yetirməlidir.
Ətraflı süjetdə:
Ultraemal olunmuş qidalar insanları zamanla yavaş-yavaş öldürür.
Hazırda marketlərdə ərzaq yox, ölüm ticarəti edir.
“Medicina” xəbər verir ki, alimlər 10 milyon amerikalının qidalanmasını izləməklə apardıqları böyük araşdırmanın nəticəsində bu qərara gəliblər.
Hazırda rasionlarda ən çox istifadə olunan ultra emal olunmuş, termiki işlənmiş qidalar orqanizmdə 30 neqativ effekt yaradır və erkən ölüm səviyyəsini artırır.
Əsas təhlükə ürək-damar, beyin və maddələr mübadiləsi sistemlərini əhatə edir.
1990-cı illərdən sonra keçmiş SSRİ ölkələri qərb və ABŞ qidalanma tərzinə keçib.
Fastfud, kafe, restoran, market qidaları,müxtəlif qəlyanaltılar, yeməklə birgə qazlı içkilər, duzlu qidalar əslində görünən tərəfdir.
Ultraemal olunmuş qida qida sənayesində ciddi termiki prosesdən keçən qidadır: bunlara təmizlənmə, rafinə edilmə, xırdalanma, ekstraksiya, dadlandırma, E əlavələr, kimyəvi qatqılar, paketlənmə və s. aiddir.
Ultra qidalar bu gün marketə girdinizdə rəflərdə düzülən qidalar- ət məhsulları, pendirlər və hətta sağlam bildiyiniz süd məhsullarıdır.
Qutuya paketlənmiş, rəf ömrü 1-2 il olan bütün qidalarda qida əlavələri var. Hisə verilmiş toyuq filesi, konservlər E əlavələrlə doludur.
İşləyən qadınların vaxtı az getsin deyə, dondurulmuş yarımfabrikat qidalar belə, görünüşü evsayağı olsa da, ultra emal olunmuş hesab edilir.
Bura xəmir, balıq, ət, toyuq, kotlet, pelmeni, naqqets, tez hazırlanan bulyon, şorba, sıyıqlar, blinçik, pirojki, çudu və s. də aiddir.
Ağ undan hazırlanmış yüksək sort çörk də ultra qida hesab olunur.
Konfetlər, şokoladlar, marmeladlar, vaflilər də siyahıya daxildir.
Süd məhsulları rəflərində də ultra məhsullardır: yoqurtlar, südlər, kefir, qatıq, yağlar, pendirlər, yumşaq və ərinmiş pendirlər və s.
Qrip və soyuqdəymənin müalicəsində hər ölkənin öz yanaşması var. ABŞ və Rusiyada soyuqdəymə müalicəsi fərqlənir və bu fərqlər təəccüblüdür.
“Medicina” xəbər verir ki, virusoloq, professor Ança Baranova ABŞ-da uzun müddət işlədiyi üçün orda klassik respirator xəstəliklərin müalicəsinin reallıqlarını açıqlayıb.
“Rusiyada olduğu kimi amerikalılar da soyuqdəyməni özünü soyuğa verməklə əlaqələndirir: yelçəkən, ayaqların islanması, yağış, papaqsız gəzmək və s.
Onlar xəstəliyi cold adlandırır.
“Cold” sözü çoxşaxəlidir: soyuqdətmə, şaxta, soyuq, soyuq hava, üşümə və s.
Bu diaqnozun kökü əsrlərə və xalq müdrikliyinə gedib çıxır. Hələ qədimdən insanlar görürdü ki, bədənin soyuması virus və bakteriyalara qapı açır.
Rusların soyuqdəyməsi ilə amerikan coldu mental qohumlardır.
Amma müasir tibb əmindir ki, kəskin respirator xəstəliklərin də səbəbi infeksiyadır.
Əl-ayaq, başın soyuması, islanması isə səbəb yox, sadəcə tətikləyici faktordur.
Bu zaman immunitet zəifləyir, orqanizmin özündə yatmış formada olan “faydasız” flora oyanır, güclənir və yuxarı tənəffüs yollarını zəbt edib, xəstəliyə keçid alır.
Amerikada belə soyuqdəyməni pijama geyib, isti odeyal altında, limonlu çay və ayaqları buxara verməklə müalicə edirlər.
Bu halda həkimə getmirlər.
Həkimlər isə klassik soyuqdəyməni simptomlara görə müalicə edirlər. Xəstələr adətən artıq evdə müalicə effekt vermədikdə gəlir.
Xəstəni terapevt və ailə həkimi müayinə edir.
ABŞ-da reseptsiz satılan parasetamol məşhur dərmandır. Orda onun adı asetaminofendir. Sığorta hətta soyuqdəymə üçün həkimə gedişi də qarşılayır. Amma dərman təminatının bir qismi daxil deyil.
Bəzən olur ki, insanlar o qədər ağırlaşır ki, terapevt imtina edir və onu təcili yardım xəstəxanasına göndərirlər. Xəstə özü öz ayağı, maşını ilə getməlidir, çünki təcili yardım yalnız ağır xəstə və qəzalara gedir, taksi kimi istifadə etmək istəsən çox bahalı xidmətdir.
ABŞ-da evə həkim gəlmir. Amma pandemiyada telemedisina çox inkişaf edib, onlar onlayn görüşlər edə bilir.
Amerikada qripə görə həkim və təcili yardıma müraciət xəstənin cibinə ciddi zərər verə bilər, baxmayaraq ki, Rusiyada təcili yardım da, poliklinikalar da, ailə həkimi, sahə həkimləri xəstələrin arzusu ilə hərəkət edir”.
Yeni ilə başlasaq da, təəssüf ki, öncəki illərdə dünyada baş verən bir çox hadisə - münaqişə, müharibə, pandemiya hələ də davam edir.
“Qafqazinfo” əvvəlki illərdə başlayıb yeni ildə də davam edən hadisələri təqdim edir:
Ukrayna-Rusiya müharibəsi
2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsinin aktiv fazası 2022-ci il fevralın 24-dən başlayıb. Hadisələr uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donestsk və Luqansk Xalq Respublikalarını tanımasından sonra başlayıb.
Moskva vaxtı ilə saat 06:00-da Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyata başladığını elan edib. Daha paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərinə raket zərbələri endirilib. Həmin gün Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Hər iki tərəfdə on minlərlə canlı qüvvə itkisinin olduğu bildirilib.
İsrail-HƏMAS münaqişəsi
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə sərhədyanı qəsəbələrin sakinləri öldürülüb. Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 200-dən çox insan girov götürülüb.
İsrail tərəfi baş verənləri “Dəmir qılınclar” əməliyyatının davamı kimi qiymətləndirir.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərq üzrə aidiyyəti qurumunun son məlumatına görə, Qəzza zolağında gedən döyüşlər nəticəsində həlak olanların sayı 22 600 nəfərə çatıb. Bildirilib ki, hücumlar nəticəsində 57 910 nəfər isə xəsarət alıb.
Koronavirus infeksiyası
COVİD - 19 koronavirus pandemiyası ilk dəfə 2019-cu ilin dekabr ayının ortalarında Çinin Uhan şəhərində aşkar olunması ilə başlayıb. Dekabrın 31-də isə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib.
2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVİD - 19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqlənib.
Koronavirusa yoluxma halları hələ də davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın 2023-cü ildəki son hesabatına görə, Azərbaycanda son 20 gündə koronavirus infeksiyasına 116 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər sağalıb. Son həftədə isə COVID-19-dan 2 nəfər vəfat edib.
Hazırda dünyada infeksiyanın indiki və gələcək gedişatı barədə araşdırmalar aparılır. Böyük Britaniyada alimlər koronavirus infeksiyasının JN variantının iki yeni simptomunu aşkar ediblər. Milli Statistika İdarəsi bildirib ki, əvvəllər yoluxmuş şəxslərdən məlum olan simptomlara bu tip xəstəlik üçün atipik daha iki əlamət əlavə edilib. Belə ki, şöbədən verilən məlumata görə, xəstələrdə burun axması, halsızlıq, öskürək və baş ağrıları ilə yanaşı, yuxusuzluq və narahatlıq da müşahidə olunur.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi laçınlı ailənin fotosunu yayımlayıb.
Ölkə.az xəbər verir ki, foto ailənin 1989-ci ildə çəkdiyi foto və ailənin yenidən Laçına qayıdışını əks etdirən görüntülər yer alıb.
30 ildən sonra eyni məkanda çəkilən foto sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir. Bu barədə Müdafiə Nazirliyi videoçarx yayıb.
Təlim görüntülərində hərbi texnikaların üzərində "!" (nida) işarəsinin olması diqqət çəkib.
Bəziləri "!" işarəsinin "Qarabağ Azərbaycandır və nida" mesajı kimi qiymətləndirsə də, fərqli fikirlər söyləyənlər də olub.
Hərbi texnikanın üzərində əks olunan "nida"ya belə şərh də verilib: "Bu o deməkdir ki, regionumuzda əsas bizik və dediyimiz kimi də olacaq!".
"Bundan əvvəl hamının çox bəyəndiyi “universallığın kəmiyyət göstəricisi” (tərs "A") işarəsi var idi. İndiki işarə isə "faktorial"dır", - deyə bildirənlər də olub.
Həyat sığortası üzrə ekspertlər yeni araşdırmada yüksək dərəcədə ölüm statistikası olan ölkələrin reytinqini hazırlayıb
“Medicina” xəbər verir ki, tədqiqatın əhatə etdiyi xəstəliklər xərçəng, insult, infarkt, qaraciyər və böyrək xəstəlikləridir.
Komanda ölüm göstəricisini 10 ballıq şkala ilə qiymətləndiriblər.
İlk lider 5-liyə Venqriya, Slovakiya, Meksika, Polşa daxildir. Sonra Polşa, Çex, Litva, ABŞ və Yunanıstan gəlir.
Ən çox ölüm ürək-damar sistemi üzrədir. İkinci yerdə xərçəng xəstəliikləri gəlir.
“Simpsonlar” (“The Simpsons”) cizgi serialı bu il Kosovoda müharibə olacağını proqnozlaşdırır.
Bu barədə tanınmış amerikalı jurnalist Natali Morris xəbər verib.
“Kosovo. Siz “Simpsonlar”da 2023-cü ilin payızında Kosovo və Serbiya arasında müharibə olacağını proqnozlaşdıran memi görmüsünüz? Məşum görünür”, - deyə o bildirib.
Morris eyni serialda başqa bir maraqlı təsadüfü də açıqlayıb. Belə ki, Simpsonlar “Oppenheimer” filminin nümayiş olunduğu kinoteatra gəlirlər. Qeyd edək ki, hazırda kinoteatrlarda məhz bu səs-küylü film nümayiş olunur.
Morrisin sözlərinə görə, son hadisələr “Simpsonlar” filmindəki proqnozların özünü doğrultmaqda davam etdiyini göstərir. Belə ki, jurnalist “Titan” batiskafında baş verən son fəlakəti misal çəkib. Cizgi serialında batiskafın batmış gəmiyə baxmağa getdiyi və Homer Simpsonun oksigeninin tükənməyə başlaması ilə bağlı səhnə var idi.//oxu.az
“Meta” şirkətinin baş direktoru Mark Zukerberqin instaqram hesabında paylaşdığı fotoda uşaqlarının üzünü gizlətməsi insanlar tərəfindən narahatlıqla qarşılanıb.
Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, zukerberqin bu davranışı bir sıra konspiroloji nəzəriyyələrin ortaya atılmasına səbəb olub.
Mütəxəssislər uşaqların şəkillərinin heç vaxt paylaşılmaması lazım olduğunu bildiriblər. Bu da insanlar arasında sosial şəbəkələrin məxfiliyi ilə bağlı narahatlıq doğurub.
Qeyd edək ki, “Dark Web”in (qaranlıq şəbəkə) qaranlıq tərəfi qara bazar rolunda çıxış etməsidir. Burada hər nə desən, istənilən qaçaqmalı, oğurlanmış əşyanı və ya qanunsuz əldə edilmiş informasiyanı və s. alıb satmaq olar. Narkotiklər, silah, oğurlanmış kredit kart nömrələri, müxtəlif pornoqrafiya, çirkli pulların yuyulması, hətta qatil tutulması – hamısı “Dark Web”dədir.
Məhəmməd Allahyarlı (təcrübəçi)
“Yayda havanın temperaturu yüksək və rütubətin çox olması səbəbindən insan bədəni tez isinməyə məruz qalır. Nəticədə, insan orqanizmində maddələr mübadiləsi yavaşıyır. Bu hesaba da qəbul etdiyimiz qidalar çətinliklə həzm olunur. Artıq qəbul olunan qidalar isə həzm orqanlarına ziyan vurur. Ona görə də yay aylarında seçdiyimiz qidalara xüsusi fikir verməliyik”.
Bunu Bizim.Media-ya açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
O bildirib ki, isti havalarda yüngül, tez həzm olunan qidalara daha çox üstünlük verməliyik:
“Uzun müddətə hazırlanan və bir neçə dəfə isidilən qidalardan maksimum dərəcədə qaçmaq lazımdır.Yüksək təzyiqdən, ürək-damar xəstəliyindən, şəkərli diabetdən və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar yüksək temperaturlu havada daha diqqətli olmalıdırlar.
Çünki, hansısa qidanın həzmində yaranmış problem bu xəstəliklərdən əziyyət çəkən insanlar üçün ölüm riski belə yarada bilər. İsti havalarda insanlar orqanizmin tələbatını ödəmək üçün daha çox maye qəbul edirlər. Yaxşı olar ki, insanlar yayda ayran, su və bitki çayları daha çox üstünlük versinlər.
Unutmayaq ki, çay və kofe gündəlik lazım olan maye balansını təmin etmir.Yaxşı olar ki, çay və kofeni yalnız günün birinci yarısında içək. Çay və kofe həm də yuxu pozğunluğuna səbəb olur. Bunu da unutmaq lazım deyil.
Yaxşı olar ki, təbii nanə, kəklikotu çaylarından və limondan daha istifadə edək. Bu bitkilərin orqanizmə faydası çoxdur. Amma elə bitki çayları var ki, onların orqanizmə yan təsirləri də olur. Bunu da diqqətə almalıyıq”.
Məhsəti Hüseynova isti yay günlərində həddindən artıq yağlı yeməklərdən uzaq durmağı məsləhət görüb:
“Yağlı və qızardılmış yeməklər orqanizmə, xüsusən də qaraciyərə zərər verir. Bu qidalar tez həzm olunduğundan həmdə piylənməyə səbəb olur. Bundan başqa yayda xəmir yeməklərindən də uzaq durmalıyıq. Xəmir xörəkləri gec həzm olunduğu və enerjiyə çevrilmədiyi üçün ağırlıq yaradır, yorğunluğa və qəbizliyə səbəb olur. Yayda qəbul edilən “fast-food” yeməkləri aqressivliyə və yuxusuzluğa yol açır”.
Qida üzrə mütəxəssis yay aylarında açıq havada satılan bütün ərzaqlardan qaçmağı vacib sayır:
“Belə qidalar həm də zəhərlənmə riski yaradır. Bunun əvəzində qaynadılmış, manqalda az bişmiş, suda və buxarda bişmiş qidalara üstünlük verməliyik. Bu qidalar rahat həzm olunur və isti havada daha gumrah olmağımıza yardım edir.
İmmun sistemini gücləndirmək və vitamin balansını təmin etmək üçün mütləq mövsümi meyvə-tərəvəzlərdən istifadə etməliyik.
Amma isti havada çoxlu meyvə yemək də olmaz. Bu bağırsaqların mikroflorasını pozur. Buna tut, çiyələk, gilas və digər giləmeyvələri aid etmək olar. Bu giləmeyvələrin gün ərzində 150-200 qramı keçməmək şərti ilə qəbulu məqbuldur”.