44 günlük Vətən müharibəsindəki zəfər tariximizi özündə əks etdirən Hərbi Qənimətlər Parkı vətəndaşların istifadəsinə açıldığı gündən bəri hər gün olduğu kimi, bu gün də çoxsaylı ziyarətçi axınına məruz qalıb.
Azərbaycan ordusunun qəhrəmanlı salnaməsi olan parkın qarşısında uzun növbə yaranıb. İnsanlar həm özləri, həm də azyaşlı uşaqları ilə birlikdə ordumuzun güc və qüdrəti ilə bir daha tanış olublar.