Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  “Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.

Piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.

Piyada körpüsünün qabariti Q-(7,20÷13,18) m-dir.

İşlər keyfiyyətli tikinti və dizayn materiallardan istifadə olunaraq icra edilir.

Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsaslında aparılır. 

Körpünün layihələndirməsində yerli mühəndislərlə bərabər Almaniyanın "Werner Sobek AG" şirkəti, memarlıq həlləri isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti tərəfindən işlənilmişdir.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.

YOLUNUZ AÇIQ OLSUN...

Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,   Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 4 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-dən ayrılan Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri davam edir. 
 
Uzunluğu 11.5  kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.  
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb. Texnoloji ardıcıllığa uyğun hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri də icra olunub.
 
Layihə üzrə “Xan arxı” kanalı üzərində körpünün cari təmiri də nəzərdə tutulub. 
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
 
 YOLUNUZ AÇIQ OLSUN... 

Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrası uğurla davam etdirilir.   
 
Uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.  Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir.
 
Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülür, yol əsasının tikintisi aparılır. Sözügedən hissənin 8 km ərazisində isə artıq yeni asfalt örtüyün döşənməsi işləri yekunlaşıb. 
 
Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə yararsız örtüyün sökülməsi işləri aparılıb. Hazırda yol əsasının tikintisi işləri son mərhələdə olmaqla davam edir. Bu hissə üzrə də asfaltlanma işlərinə start verilib. 
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü borular, boru başlıqları və istinad divarları inşa olunub. 
 
Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülərin təmiri yekunlaşıb. 
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 
 
YOLUNUZ AÇIQ OLSUN...

Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmiri son mərhələdə olmaqla davam etdirilir.

Əsasən torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında gediş-gəliş çətinləşir, istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində maneələr yaşanırdı. Bütün bunlar nəzərə alınaraq layihə çərçivəsində ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilib, bura 4 metr hərəkət hissə və 2 metr çiyin hissələr daxildir

Artıq layihə üzrə yol yatağının yararsız qruntunun çıxarılması, əks-dolğu və zəruri qruntun tökülərək kipləşdirilməsi işləri, lazım olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması yekunlaşıb.

Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan yol çınqıl örtüklü olmaqla 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir. 

Düriyyə‒Şümrüd avtomobil yolunun yenidən qurulmasında məqsəd 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

YOLUNUZ AÇIQ OLSUN...

Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) aparılır. 

Təmir çərçivəsində uzunluğu 910 metr təşkil edən küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin bərpası işləri yerinə yetirilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Qeyd edək ki, küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla koordinasiyalı şəkildə aparılır. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

YOLUNUZ AÇIQ OLSUN...

Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlik tərəfindən bu çərçivədə avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yerüstü piyada keçidlərinin inşası davam etdirilir.

Bu istiqamətdə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.   

Layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid  metal konstruksiyalıdır. 

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub. 

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Əhmədbəyli-Füzuli-Şuşa yolunun beynəlxalq normalara uyğun tikintisi davam etdirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 81.7 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən beynəlxalq magistral normalarına uyğun sürətlə və uğurla davam etdirilir. 

I texniki dərəcəyə malik yolun ilk 48 km-i - 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunur. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir:
Yolun uzunluğu - 81.74 km;
Yolun texniki dərəcəsi - I
Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
Hərəkət zolağının eni - 3.5 m;
Torpaq yatağının eni - 21.5-29.5 m;
Hərəkət hissəsinin eni - 14-21 m;
Yol çiyinlərinin eni – 1.5-2 m;
Ayrıcı zolağın eni – 2 m.                        

Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır:
-    194 müxtəlif diametrli suötürücü boru – 9 700 p/m;
-    38 yeraltı keçid - 1520 m;  
-    11 avtomobil körpüsü - 1557 p/m;
-    7 avtomobil tuneli – 6349.7 m sol tərəf, 6341 m sağ tərəf;
-    9 viaduk - 1965 m.

Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri tamamlanıb. 1-nin tikintisi isə davam edir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:
1-ci viaduk  - 57 km-də, 185 m;
2-ci viaduk  - 61.6 km-də, 250 m;
3-cü viaduk  - 62.5 km-də, 295 m;
4-cü viaduk - 65.1 km-də, 146 m; 
5-ci viaduk  - 69.67 km-də, 118 m;
6-cı viaduk  - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
7-ci viaduk  - 78.7 km-də, 295 m;                                               
8-ci viaduk  - 79.3 km-də, 158 m;                                                      
9-cu viaduk - 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12.7 km təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Qeyd edək ki, tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:                                                 
1-ci  Tunel - 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);                                                          
2-ci  Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);                                                      
3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);                                                                      
4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);                                                           
5-ci  Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);                                                
6-cı  Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);                                                                   
7-ci  Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m),

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində hazırda müəyyən hissələr üzrə qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası işləri davam etdirilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu müxtəlif mühəndisi qurğuların (daş və dəmir-beton divar, geodivar və küvetlər) tikintisi də aparılır

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Yerüstü və yeraltı piyada keçidlərində cari təmir işləri aparılır VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.

Bu tədbirlərə uyğun olaraq paytaxt ərazisində yerləşən bəzi yerüstü və yeraltı piyada keçidlərindəki  lift və eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi və keçidlərin daxilində cari təmir işləri aparılır.

Təmir işləri çərçivəsində Neapol küçəsində (Heydər Əliyev parkının yanında) və Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidlərindəki liftlərdə komplekt şkif, tros, mühərrikin diyircəkli yastığı, çağırış düyməsi, kabel və fotosellər yenisi ilə əvəz olunub.

Liftlərdə sınaq yürüşü uğurlu keçirildikdən sonra vətəndaşların istismarına buraxılıb.

Bununla yanaşı, Neftçilər prospekti 141 ünvanında ("Port Baku"nun yanı) və Sabunçu dairəsində yerləşən piyada keçidlərindəki eskalatorların sıradan çıxmış əsas detalları, yəni  sürahi, dartı zənciri, yivli kəmər, buynuz kəməri və yastıqları, işçi əyləc, pillə diyircəklərində aşkar olunmuş qüsurlu pillə diyircəkləri  və skabalar (bığ qapağı) yenisi ilə əvəz olunub. Pillələr, işçi və boş gediş yolları təmizlənib, şkif, şkifaltı rolik (sağ,sol) və sürahi istiqamətləndiricilər təmir edilib.

Sınaq yürüşü uğurla keçirildikdən sonra eskalatorlar sərnişinlərin istismarına verilib.

Qeyd edək ki, eskalator və liftlərin bəzi detalları Azərbaycan Respublikasında istehsal olunmadığına görə sifariş olunaraq xaricdən idxal olunur. Bu ilin sonuna qədər mərhələlərlə digər nasaz eskalator və liftlər də yeni detallarla təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 

YOLUNUZ AÇIQ OLSUN...

Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyuğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparılıb.

Təmir işləri küçənin Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində icra olunub.Sözügedən hissənin uzunluğu 660, eni 13.33 metrdir.  

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib, küçə boyu mövcud piyada səkilərinin bərpası işləri aparılıb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunub. 

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.  

YOLUNUZ AÇIQ OLSUN...
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO

Yeni yerüstü piyada keçidinin inşasına start verilib

Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü  km-də yeni piyada keçidinin inşasına start verilib.

Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. 

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Xəbər lenti