Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.

Yeni yerüstü piyada keçidi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də tikilir. 

Orta dayaqsız metal konstruksiyalı olan keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.
 
Layihə üzrə artıq keçidin platformasının quraşdırılması işləri aparılıb.  
 
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
 
Layihə çərçivəsində keçiddə beynəlxalq standartlara uyğun piyada pandusları, yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.
 
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
 
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
 
YOLUNUZ AÇIQ OLSUN...

Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO
s

Yol-xeber.az" xəbər verir ki,  Rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində aparılan təmir işləri davam etdirilir. 

Bu çərçivədə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. 

Sözügedən hissə üzrə prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb. Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam edir. 

Xatırladaq ki, əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və ya onların birbaşa iştirakı ilə aparılır.

Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla ayrılmış velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

Ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hissədə məhdudlaşma tətbiq edilib.

Sürücülər təmir müddətində alternativ olaraq sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

YOLUNUZ AÇIQ OLSUN...

8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində aparılan təmir işləri davam etdirilir.

Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və ya onların birbaşa iştirakı ilə aparılır.

Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla ayrılmış velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Aparılan işlər çərçivəsində prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb. Hazırda sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması işləri icra olunur, yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.

Qeyd olunan işlər prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır.

Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

Xatırladaq ki, işlərin aparıldığı hissədə ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından məhdudlaşma tətbiq edilib.

Alternativ olaraq sürücülər təmir müddətində sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

YOLUNUZ AÇIQ OLSUN...

8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO
Əhməd Rəcəbli küçəsində təmir işləri davam etdirilir - VİDEO - Avtosfer.az

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlərin icrası davam edir. 

Bu çərçivədə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) təmir işləri icra olunur.

Təmir zamanı küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin və yol ayrıcının bərpası işləri yerinə yetirilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Qeyd edək ki, küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla koordinasiyalı şəkildə aparılır. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək

Xatırladaq ki, bundan öncə sözügedən küçənin Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək olan hissəsində anoloji təmir işləri icra olunub. 

YOLUNUZ AÇIQ OLSUN...

Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  23 may saat 08:00-dan 29 may saat 22:00-dək 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər təmir müddətində sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  “Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.

Piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.

Piyada körpüsünün qabariti Q-(7,20÷13,18) m-dir.

İşlər keyfiyyətli tikinti və dizayn materiallardan istifadə olunaraq icra edilir.

Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsaslında aparılır. 

Körpünün layihələndirməsində yerli mühəndislərlə bərabər Almaniyanın "Werner Sobek AG" şirkəti, memarlıq həlləri isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti tərəfindən işlənilmişdir.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.

YOLUNUZ AÇIQ OLSUN...

Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Paytaxtda unikal piyada körpüsü inşa edilir  VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,   Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 4 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-dən ayrılan Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri davam edir. 
 
Uzunluğu 11.5  kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.  
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb. Texnoloji ardıcıllığa uyğun hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri də icra olunub.
 
Layihə üzrə “Xan arxı” kanalı üzərində körpünün cari təmiri də nəzərdə tutulub. 
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
 
 YOLUNUZ AÇIQ OLSUN... 

Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrası uğurla davam etdirilir.   
 
Uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.  Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir.
 
Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülür, yol əsasının tikintisi aparılır. Sözügedən hissənin 8 km ərazisində isə artıq yeni asfalt örtüyün döşənməsi işləri yekunlaşıb. 
 
Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə yararsız örtüyün sökülməsi işləri aparılıb. Hazırda yol əsasının tikintisi işləri son mərhələdə olmaqla davam edir. Bu hissə üzrə də asfaltlanma işlərinə start verilib. 
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü borular, boru başlıqları və istinad divarları inşa olunub. 
 
Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülərin təmiri yekunlaşıb. 
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 
 
YOLUNUZ AÇIQ OLSUN...

Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər yolunun tikintisi davam edir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmiri son mərhələdə olmaqla davam etdirilir.

Əsasən torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında gediş-gəliş çətinləşir, istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində maneələr yaşanırdı. Bütün bunlar nəzərə alınaraq layihə çərçivəsində ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilib, bura 4 metr hərəkət hissə və 2 metr çiyin hissələr daxildir

Artıq layihə üzrə yol yatağının yararsız qruntunun çıxarılması, əks-dolğu və zəruri qruntun tökülərək kipləşdirilməsi işləri, lazım olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması yekunlaşıb.

Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan yol çınqıl örtüklü olmaqla 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir. 

Düriyyə‒Şümrüd avtomobil yolunun yenidən qurulmasında məqsəd 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

YOLUNUZ AÇIQ OLSUN...

Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) aparılır. 

Təmir çərçivəsində uzunluğu 910 metr təşkil edən küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin bərpası işləri yerinə yetirilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Qeyd edək ki, küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla koordinasiyalı şəkildə aparılır. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Xəbər lenti