"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.   Agentliyin 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrindən  biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur. 

Uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 5 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.  

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi.  Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 3 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanmış layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri, yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılıb. 

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layı inşa edilib, hazırda yolboyu 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi son mərhələdə icra olunur. 

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balharı çayı üzərində uzunluğu 10 metr, yolun 5-ci km-də isə  uzunluğu 20 metr olmaqla inşa edilən 2 ədəd  suötürücü qurğunun tikintisi də yekunlaşmaq üzrədir. 

Layihənin sonuncu mərhələsində km göstəricisiyol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək. 

Sözsüz ki, avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci km-dən ayrılan və 3.8 km uzunluğa malik torpaq örtüklü Aşağı Güzdək avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmədiyindən hərəkətdə problemlər yaradırdı. Problemlərin aradan qaldırılması, ərazidə yaşayan 11 min əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatdırılıb.

Avtomobil yolu 2 hərəkət zolaqlı və 10 metr enində olmaqla yenidən qurulub.  

Yolun böyük hissəsi torpaq, bir hissəsi isə deformasiyaya uğramış asfalt örtüyündən ibarət idi.  Yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib.

Yolboyu  “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən  iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

YOLUNUZ AÇIQ OLSUN...

"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir. 

Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu səbəbdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanlı və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır. 

Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə “Azəryolelmitətdiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23.5 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması həyata keçirilib, yolboyu müxtəlif ölçülü suötürücü boruların tikintisi tamamlanıb.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində torpaq yatağının və yol əsasının tikintisi işləri həyata keçirilir.

Artıq yol əsası hazır olan 16 km-lik hissədə yeni asfalt-beton örtüyünün alt layı döşənib, hazırda bu hissədə yol çiyinlərinin hamarlanması işləri aparılır.  
Layihə üzrə nəzədə tutulan Xan Arxı və Samur-Abşeron su kanalı üzərində tikilən körpülərin, Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də yekunlaşıb. 

Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. 

 

YOLUNUZ AÇIQ OLSUN...

 

 



"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən  Mehdi Abbasov küçəsinədək olan hissəsi əsaslı təmir edilir.

Təmir olunan bu hissənin uzunluğu 500eni ortalama 12 metr təşkil edir.  

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, hazırda frezlənmiş əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri davam edir.

Artıq küçənin 4500  kv.m sahəsinə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 1200 kv.m sahəsi asfaltlanıb, əraziyə 1600 p/m yeni səki daşları düzülüb

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Anoloji təmir işləri hazırda Nizami rayonunda Yenikənd və Məmmədəli Şərifli küçələrində də aparılır. 

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.

Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir. 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.  

Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Hazırda yenidənqurma işləri uzunluğu 9 km olan Hüseynhacılı-Öncəqala hissəsində aparılır. Bu hissədə artıq torpaq işləri və suötürücü boruların quraşdırılması yekunlaşıb. 
Belə ki, yolun 7.6 km-lik hissəsində yol geyiminin üst layı, 8.2 km-lik hissəsində isə yol geyiminin alt layı inşa edilib. Müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.  

Hazırda yol əsası hazır olan hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Artıq yolun 2.7 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. 

Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində ViləşTaxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur. 

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. 

Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Aşıq Alı küçəsinədək olan 284 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb. 

Ortalama eni 14 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 1123 kv.m sahədə bərpa olunub, küçəboyu 607 p/m yeni səki daşları düzülüb. 

Küçəboyu 4187 kv.m əraziyə  2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. 

Təmir işləri rayonun 261 metr uzunluğa malik Aşıq Alı və uzunluğu 275 metr olan Yəhya Bakuvi  küçələrində də aparılıb. 

Ortalama eni 15 metr olan Aşıq Alı küçəsinin təmiri zamanı 4339 kv.m,  eni 9 metr təşkil edən  Yəhya Bakuvi  küçəsində isə 2880 kv.m  əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. 

Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

 

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının Sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı təmir-tikinti işləri davam edir.

Bu çərçivədə cari ildə Şamaxı şəhərində 18 adda müxtəlif küçədə təmir işlərinə başlanılıb. Küçələrin ümumi  uzunluğu 13 km təşkil edir. Təmir işlərinin aparıldığı sahə 73587 kv.m-dir. 

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa olunur. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur. 

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xatırladaq ki, 2021-ci il ərzində Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 27 km olan 44 adda prospekt və küçədə agentlik tərəfindən təmir-tikinti işləri həyata keçirilib.

Təmir zamanı zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, 8 503 p/m yeni piyada səkiləri inşa edilib, 20 522 p/m səki daşı yenilənib.

Bundan başqa Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120 və 123-cü km-də Şamaxı şəhərinə giriş-çıxışda, həmçinin Bakı şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılıb.

Qeyd edək ki, hər iki yol qovşağı arasında uzunluğu 3.1 km olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə həyata keçirilib. 

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri  onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunun Kürdəxanı və Maştağa qəsəbələri ərazisində daxili küçələrdə əsaslı təmir işləri həyata keçirilir.

Bu çərçivədə Kürdəxanı qəsəbəsində 1700 metr uzunluğa malik Arif Abdullayev küçəsi, 45-46-cı dalanlar üzrə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, küçəyə 12 sm olmaqla yeni asfalt örtüyü döşənib. Hazırda ərazidə yol çiyinlərinin doldurulması işləri aparılır.

Maştağa qəsəbəsində uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə isə təmir işləri davam etdirilir. 

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. 

Qeyd edək  ki, cari il ərzində Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.

Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə start verilib. 

yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu  Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq metr təşkil edir. 

Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. 

Layihəyə uyğun olaraq uzunluğu 8 km olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb. 

Artıq bu hissədə texnoloji ardıcıllığa uyğun olaraq, suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq asfalt örtüyünün alt qatının salınması işləri yekunlaşıb.

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılmış və avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:
Yolun uzunluğu - 81.6 km;
Yolun texniki dərəcəsi - I
Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
Hərəkət zolağının eni - 3.5 m;
Torpaq yatağının eni - 21.5-29.5 m;
Hərəkəti hissəsinin eni - 14-21 m;
Yol çiyinlərinin eni -  3.75 m x 2.                        

YERİNƏ YETİRİLƏN  İŞ:
-    137 müxtəlif diametrli su ötürücü boru -  7 200 p/m;
-    30 yeraltı keçid - 1110 m;  
-    7 avtomobil körpüsü - 763 p/m;
-    7 avtomobil tuneli – 6358 m;
-    viaduk - 1980 m.

VİADUKLAR:
1-ci viaduk - 57 km-də, 175 m;
2-ci viaduk - 61.6 km-də, 245 m;
3-cü viaduk - 62.5 km-də, 270 m;
4-cü viaduk - 65.1 km-də, 150 m
5-ci viaduk - 69.67 km-də, 140 m;
6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
7-ci viaduk - 78.7 km-də,  295 m;                                               
8-ci viaduk - 79.3 km-də, 185 m;                                                      
9-cu viaduk - 79.7 km-də, ortalama 380 m (sol-410 m, sağ-350 m).

TUNELLƏR:                                                 
1-ci Tunel - 53.9 km-də, ortalama 3340 m (sol 3330 m, sağ-3350 m);                                                          
2-ci Tunel - 69.9 km-də, ortalama 315 m (sol 344 m, sağ-286 m);                                                      
3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ- 550.2 m);                                                                      
4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ-680.6 m);                                                           
5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ-510.2 m);                                                
6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431, sağ 507.8 m);                                                                   
7-ci Tunel - 80.6 km-də, ortalama 495.1 m (sol 430, sağ-482.3 m),

BÜTÜN YOLLAR QARABAĞA APARIR...            

 

 

Xəbər lenti