|
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.
39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində 2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Yolun 20 km hissəsində yol əsasının tikintisi yekunlaşıb.
Artıq yolun asfaltlanmasına start verilib. Yolun 3 km hissəsində asfalt örtüyünün alt qatı, 1 km-lik hissəsində isə asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılıb.
Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır. Layihə üzrə 30 suötürücü boru inşa edilib.
Bununla yanaşı layihə çərçivəsində Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3 aşırımlı yeni dəmir-beton körpünün inşası yekunlaşmaq üzrədir.
Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, dayanacaqların quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Yolun əsaslı şəkildə yenidən qurulması ilə 8 yaşayış məntəqəsinin 12 mindən artıq əhalisinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaranacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN..
"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyaslı tikinti və bərpa işləri aparılır.
Bu istiqamətdə Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin yenidən qurulması davam etdirilir. Əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə inşa edilir.
Yenidənqurma işləri zamanı yolboyu genişləndirmə işləri aparılıb, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa olunub. Hazırda yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması layihəsinə əsasən, Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.
Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri davam edir. Artıq Daşağıl və Küngüt çayları üzərində körpülərin təmiri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.
Layihə çərçivəsində 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir işləri də davam edir. Qeyd edək ki, Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəli, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəlidir.
Layihə üzrə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolunun tikintisi yekunlaşıb. 3.2 km-lik Şəki şəhərinə giriş yolunun 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması isə davam edir.
Yenidənqurma işlərinin sonunda zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr, dayanacaqlar quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
."Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan böyük miqyaslı tikinti və bərpa işləri davam edir.
Bu çərçivədə hazırda Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri mindən çox əhalinin yaşadığı 9 kəndi birləşdirir. Torpaq əsaslı yol sözsüz ki, kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu.
Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilir.
Hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür.
Artıq yolun 11 km-lik hissəsində sadalanan işlər yekunlaşıb.
Tikinti işləri çərçivəsində suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası da nəzərdə tutulub.
Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq yol əsasının tikintisi, ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.
Sonda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1530 metr uzunluğa malik Cəlil Məmmədquluzadə və 780 metrlik Mirəsədulla Mirqasımov küçələrinin təmiri davam edir.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.
Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Təmir işləri zamanı bu hissədə 1252 p/m səki daşı qoyulub, yolayrıcılarına 414 kv.m olmaqla tamet daşları düzülüb. Hazırda küçədə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi işləri aparılır. Ardıcıllığa uyğun olaraq daha sonra səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa ediləcək.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4000 kv.m səki bərpa olunub, 2066 p /metr yeni səki daşı düzülüb. Ümumilikdə 9174 kv.m sahədə təmir aparılıb, 8301 kv.m əraziyə asfalt-beton örtüyü döşənib.
Təmir olunan Mirəsədulla Mirqasımov küçəsində hazırda küçəboyu zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir.
Qeyd edək ki, anoloji təmir işləri rayonun 350 metr uzunluğa malik Nəsib bəy Yusifbəyli küçəsində də aparılır.
Agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələri artıq təmir edilib.
2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub...
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.
Magistral yol layihəsinin tikintisi 5 hissə üzrə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri sona çatdırılıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq bu hissə üzrə 12 km əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolatı keçid və 55 suötürücü borunun inşası davam edir, layihə üzrə nəzərdə tutulan 2 körpünün inşası yekunlaşmaq üzrədir. Bundan başqa torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur, yol əsası hazır olan 6 km-lik hissədə artıq 2 qat olmaqla asfaltanma işləri yekunlaşmaq üzrədir. Yolun bu hissəsində ehtiyyat futlyarlarının quraşdırılması işləri də aparılır.
18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, yol əsası, 7 körpü və 4 yolaltı keçidin inşası davam edir. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması və 3 körpünün tikintisi artıq yerinə yetirilib.
Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda yol örtüyünün aşınma layı tikilir, çiyinlərdə səthi qaplama işləri aparılır, mühafizə zolağında çəpərlənmə işləri davam edir.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də aparılır.
Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borunun inşası nəzərdə tutulur.
2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN....
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 13 km-dən çox təşkil edən küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Bu çərçivədə təmir işləri rayonun Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900metr), Şahin Səmədov (1250 metr) küçələri və Boru keçidi küçəsi döngələrində (1650 m) aparılıb.
Sözügedən küçələr torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində hər küçədə köhnə örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağı və yol əsası inşa edilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən küçələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının quraşdırılması işləri aparılıb.
Qeyd edək ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri görülüb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.
Yolun uzunluğu 6.8 km, eni 32 metr təşkil edir. Zığ qəsəbəsi üzrə 2, Hövsan istiqaməti üzrə 3 olmaqla 5 hərəkət zolağından ibarət olacaq yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol çiyinlərinin eni 3 metrdir.
Layihəyə uyğun olaraq yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə 300 m uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin inşası işləri aparılıb.
Hazırda yolboyu son mərhələdə olmaqla asfaltlanma işləri aparılır. Ümumilikdə yola 4 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Layihə çərçivəsində yolayrıcı zolaqlarda və zəruri yerlərdə səki daşları düzülüb.
Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə, yolun 1.8, 2.2 və 4.4-ci km-lik hissələrində yerüstü piyada keçidlərinin inşası davam edir, işıq dirəkləri və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri icra olunur.
Son mərhələdə siqnal dirəkləri, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə 4.4 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri qəsəbənin 1 May küçəsinin Yeni Yaşayış məhəlləsi üzrə aparılır.
Uzunluğu 1056, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
Daha sonra isə küçənin 5650 kv.m sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Hazırda küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılır.
Cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.6 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən rayonda 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentlik tərəfindən avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə intensiv hərəkətin olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşası istiqamətində icra olunan bu tədbirlər çərçivəsində daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9-cu kilometrliyində inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə təqdim olunub.
Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri polis polkovniki Fuad Mayılov iştirak ediblər.
Qeyd edək ki, sözügedən ərazidə piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 2021-ci ilin əvvəlindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerüstü piyada keçidinin layihələndirilməsi, 2021-ci ilin mart ayından isə keçidinin tikinti işlərinə başlanmışdır.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi, yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir ədəd nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülmüşdür.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40.5 metr, aşırım hissəsinin uzunluğu 34.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
Bildirək ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.
Ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.
Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində:
- Uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissədə növbəti mərhələ üzrə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 4.5 km-lik hissəsində asfaltlanma işləri yerinə yetirilib.
- 2.5 km-lik Təklə-Abazallı hissəsində torpaq işləri yekunlaşıb, hazırda yol əsasının alt layının tikintisi aparılır.
- 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 km-lik hissəsində isə torpaq işləri və suötürücü boruların inşası yerinə yetirilib.
Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri yekunlaşıb.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...