"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Bülbülə qəsəbəsində Samir Əliyev küçəsinin təmir işləri aparılır. 

Uzunluğu 600, eni ortalama 6.5 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. 

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır. 

“İnvestisiya Proqramına”na əsasən, Suraxanı rayonu üzrə təmir işləri Əmircan qəsəbəsinin 650 metr uzunluğa malik Atamoğlan Rzayev və Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da aparılır. 

Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Agentlikdə yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir. 

Bu yaxınlarda Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılmışdır.

Bu işlərin davamı olaraq bir müddətdir ki, Agentlik tərəfindən müasir idarətmə və nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, yol infrastrukturu layihələrinin icra olunduğu ərazilərə Mobil Müşahidə Sistemləri - servisi (MMS-S) müəssisəsi tərəfindən hazırlanan Mobil Müşahidə Sistemləri quraşdırılır.  

Mobil qoşqu üzərində yığılan bu qurğuda hər şey yüksək dəqiqliklə hesablanıb. Belə ki, sistem mobil qoşquya yığıldığı üçün hər hansı bir avtomobilə qoşularaq istənilən yerə daşınması mümkündür. 

Yol layihələrinin icrasına nəzarət onlayn şəkildə monitorla və ya mobil telefonla xüsusi proqram vasitəsilə təmin olunur. Günəş panellərinin istehsal etdiyi enerji ilə 24 saat kəsintisiz500 metr ərazini əhatə edən video görüntünü izləmək mümkündür.   

İki sabit  bir hərəkətli kameralar vasitəsilə müxtəlif bucaqlardan və məsafədən uzun müddət qurğunun yaddaşında saxlamaqla canlı, həmçinin istənilən hava şəraitində müşahidə aparmaq mümkündür. 

Mobil Müşahidə Sistemi ölkəboyu icra olunan yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na əsasən keyfiyyətlə, sürətlə  təhlükəsizlik qaydalarına riayət edilməklə icrasına, tərtib olunmuş qrafiklə vaxtında icrasının yekunlaşdırılmasına Agentliyin rəhbərliyi tərəfindən mütamadi olaraq yerindəcə nəzarətdən əlavə, həm də istənilən vaxt və istənilən yerdən sistemlərin quraşdırıldığı tikinti ərazilərini onlayn qaydada müşahidə etməyə imkan yaradır. 

Hazırda bu cür Mobil Müşahidə Sistemləri Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-AğdamMuğanlı-İsmayıllı-Qəbələ və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında quraşdırılaraq tikinti prosesi tam nəzarət altında saxlanılır. 

Yaxın müddət ərzində bu cür sistemin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna, həmçinin digər böyük yol layihələrinin icrası həyata keçirilən ərazilərdə quraşdırılması nəzərdə tutulur. 

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan və uzunluğu 8 km olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunur. 

Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.      

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası və beton küvetlərin tikintisi işləri görülüb. 

Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərnə start verilib. Artıq yolun 5 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. 

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, həmçinin vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf etsin.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonuQobustan qəsəbəsi üzrə təmiri nəzərdə tutulmuş küçə və yollarda işlər tamamlanır.

"İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində ümumi uzunluğu 2.9 km olan 4 küçədə təmir işləri həyata keçirilirdi. Bunlardan Massiv 1a Mərkəzi küçə (900m), Massiv 3 (200m) və Massiv 7 küçə 1 (800m) üzrə təmir işləri bitib.

Uzunluğu 1 km olan Massiv 5-də isə  təmir işləri sonuncu mərhələdə icra olunur. 

Belə ki, küçəboyu zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyü döşənməsi işləri icra olunur ki, yaxın günlərdə bu işlər də tam bitəcək

Anoloji təmir işləri rayonun Qızıldaş qəsəbəsinin ümumi uzunluğu 5100 metr təşkil edən 2-ci Massiv 12,13 və 14-cü küçələrində də icra olunub. 

Təmiri aparılan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə LökbatanQızıldaşSahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.  

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Ölkə boyu müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər hazırda Qax rayonunu da əhatə edir. 

Belə ki, rayonda uzunluğu 12.5 km olan və Qax-Qaçqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan Aşağı Malax-Qaçqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metr təşkil edir.  

Aparılan işlər çərçivəsində layihənin Qaçqaçay hissəsində mövcud köhnə arx qazılaraq, yenisi çəkilib. Uzunluğu 830 metr olan yeni arxın ətrafına 640 p/m səki daşı düzülüb. 

Bundan başqa, Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşasına da start verilib. Hazırda körpünün kənar dayaqlarının tikintisi aparılır. 

Layihə çərçivəsində hazırda işlər 1500 metr uzunluğa malik Malax avtomobil yolunda aparılır. Ardıcıllığa uyğun olaraq bu hissədə artıq torpaq işləri və nəzərdə tutulan suötürücü boruların quraşdırılması yekunlaşıb. Hazırda yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarınınyol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. 

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir.

Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir. 

Artıq yolboyu 14 km-lik hissədə asfalt-beton örtüyünün döşənməsi və suni qurğuların inşası yekunlaşmaq üzrədir. 25.7 km-lik hissədə isə I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının və yol əsasının inşası, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilirək, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 37 dairəvi boru üzrə 85%9 düzbucaqlı su keçidi üzrə 95%, tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid üzrə 93%, ehtiyat keçidləri üzrə isə 80% tikinti işləri icra olunub.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə davam etdirilir. Artıq 2,19 və 39-cu km-də inşa olunan körpülərin tikintisi sona çatmaq üzrədir.  Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

Tikinti işləri “İnşaat Norma və Qaydaları” nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR…




"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 

Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.   

Aparılan yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılmasıəks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınmasıyol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Artıq yolun 1250 metrlik hissəsində sadalanan işlər yekunlaşıb. 

Digər hissələrdə isə layihə ardıcıllığına uyğun şəkildə yenidənqurma işləri davam edir. Belə ki, layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin1800 metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa olunması işləri də daxildir.

Bundan başqa, yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılmasıyeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub. 

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə bir müddətdir Agentlik tərəfindən müvafiq işlərə start verilib.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub. 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilir.

Küçənin uzunluğu 860 metr, ortalama eni 10 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və  müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb.

Bundan başqa layihəyə uyğun küçəyə 1200 p/metr səki daşının düzülməsi artıq yekunlaşıb. Hazırda küçə boyu köhnə səki daşlarının yenilənməsi istiqamətində işlər davam etdirilir

Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası və zəruri yerlərdə yenilərinin inşası12 yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub. 

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləripiyada zolaqları  xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3.5 km təşkil edən küçələr təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrini icra edir. Onlardan biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur. 

Uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.  

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi.  Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 4 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanmış layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılır. 

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşa edilir. Artıq yolun 3 km-lik hissəsində sadalanan işlər yekunlaşdırılaraq 2 qat, yolun 2 km-lik hissəsində isə 1 qat asfalt-beton örtüyü döşənib.  

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balhari çayı üzərində uzunluğu 10, eni 9 metr və yolun 5-ci km-də uzunluğu 20, eni 2.50 metr olmaqla 2 ədəd  suötürücü qurğu tikilib. 

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək. 

Sözsüz ki, avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan LənganƏhmədliTəklə-ViləşTəklə-MollahəsənliHəsənli-KöçəkliBala-Təklə-ŞərəfəQədirli-XallıcalıHüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 

Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Hazırda yenidənqurma işləri uzunluğu 9 km olan Hüseynhacılı-Öncəqala hissəsində aparılır. Bu hissədə artıq torpaq işləri və suötürücü boruların quraşdırılması yekunlaşıb. 

Belə ki, yolun 6 km-lik hissəsində yol geyiminin üst layı7.5 km-lik hissəsində isə yol geyiminin alt layı inşa edilib. Müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.  

Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti