|
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.
Bu tədbirlərə uyğun olaraq paytaxt ərazisində yerləşən bəzi yerüstü və yeraltı piyada keçidlərindəki lift və eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi və keçidlərin daxilində cari təmir işləri aparılır.
Təmir işləri çərçivəsində Neapol küçəsində (Heydər Əliyev parkının yanında) və Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidlərindəki liftlərdə komplekt şkif, tros, mühərrikin diyircəkli yastığı, çağırış düyməsi, kabel və fotosellər yenisi ilə əvəz olunub.
Liftlərdə sınaq yürüşü uğurlu keçirildikdən sonra vətəndaşların istismarına buraxılıb.
Bununla yanaşı, Neftçilər prospekti 141 ünvanında ("Port Baku"nun yanı) və Sabunçu dairəsində yerləşən piyada keçidlərindəki eskalatorların sıradan çıxmış əsas detalları, yəni sürahi, dartı zənciri, yivli kəmər, buynuz kəməri və yastıqları, işçi əyləc, pillə diyircəklərində aşkar olunmuş qüsurlu pillə diyircəkləri və skabalar (bığ qapağı) yenisi ilə əvəz olunub. Pillələr, işçi və boş gediş yolları təmizlənib, şkif, şkifaltı rolik (sağ,sol) və sürahi istiqamətləndiricilər təmir edilib.
Sınaq yürüşü uğurla keçirildikdən sonra eskalatorlar sərnişinlərin istismarına verilib.
Qeyd edək ki, eskalator və liftlərin bəzi detalları Azərbaycan Respublikasında istehsal olunmadığına görə sifariş olunaraq xaricdən idxal olunur. Bu ilin sonuna qədər mərhələlərlə digər nasaz eskalator və liftlər də yeni detallarla təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...