|
Daxili İşlər Nazirliyinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə azyaşlı uşaqların həyat və sağlamlığının yol qəza hadisələrindən qorunması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə hər il ənənəvi olaraq dərs ili başlanan zaman "Diqqət uşaqlar" adı altında təhlükəsizlik aylığının keçirilməsi ilə bağlı tədbir yekunlaşıb. Artıq Nərimanov rayon 34 saylı məktəbin "Sürücülər" adlı komandası aylıq çərçivəsində bütün nominasiyalar üzrə qalib olub. Onların bilik və bacarıqları kütləvi informasiya vasitələri ilə yayımlanıb. Hal hazırda həmin azyaşlı uşaqların yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə təbliğat etmək istəyi oxucuların nəzərinə çatdırılır. Azyaşlı uşaqlar yol hərəkəti iştirakçılarına müraciət edib. Həmin müraciəti təqdim edirik: