Astara rayonunda yola düzgün qoyulmamış nişanın fotosunu sürücülərdən biri sosial şəbəkədə paylaşıb.Yol-xeber.az xəbər verir ki, Astara rayonu Heydər Əliyev prospektində nizamlanmayan piyada keçidini bildirən nişan piyada zolağından bir neçə metr əvvəldə quraşdırılıb. Qoyulmuş 5.16.1 nişanı yolun sol tərəfində quraşdırılmalı idi. Çünki nizamlanmayan piyada keçidini işarələmək üçün iki nişan var. 5.16.1 nişanı yolun sol tərəfində, 5.16.2 nişanı isə yolun sağ tərəfində piyada zolağının düz qarşısında quraşdırılmalıdır.