Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışına münasibət bildirib.

 H.Hacıyev deyib: "Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir. Gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistandır. İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz".

XİN-in mətbuat xidmətinin rəhbəri bildirib ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə "Dağlıq Qarabağ xalqı" deyə müraciət etməsi tamamilə əsassız və absurddur. "ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistanın baş nazirinə həmin sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik. Bu kimi təxribat xarakterli və ziddiyyətli açıqlamalarla çıxış edərək, vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət birbaşa Ermənistanın baş nazirinin üzərinə düşür", - H.Hacıyev vurğulayıb.

Ermənistanda hər şey Nikol Paşinyanın istəyinə əsasən bir-birinə diktə edən qurumlara görə formalaşır.

Ardını oxu...

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək.

Ardını oxu...

İran İslam İnqilabı Keşikçiləri Korpusu ötən həftə Bəsrədə yerləşən ABŞ Konsulluğuna edilən hücumun arxasında dayanan qüvvələrin kimliyini bildiyini və ən qısa zamanda hadisənin detallarını ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

Ardını oxu...

ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrda görüşü baş tutmayacaq.

Ardını oxu...

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlının Axar.az-a müsahibəsini təqdim edirik:

Ardını oxu...

Hazırda Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı hər hansı bir razılıq yoxdur.

Ardını oxu...

Ərazi mübahisəsi həll edilməyənə qədər Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq.

Ardını oxu...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.

Ardını oxu...

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hökumətin xarici investisiyaların cəlb edilməsi qabiliyyətinə malik olması ilə bağlı lovğalıq edirdi.

Ardını oxu...

Xəbər lenti