Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iqtisadi maraqlarına uyğun olmaqla yanaşı, həm də dövlətlərarası münasibətlərin daha da sıxlaşması üçün çox böyük əhəmiyyətə malikdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Euroasianet.org” portalında dərc olunan məqaləyə cavab verib.