Prezidentlər biznes forumda

 

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

Prezidentlər biznes forumda çıxış ediblər.

 

 

 

Prezident əlillərlə bağlı qanunu imzaladı

 

Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. 

 

Qeyd edək ki, qanun 40 maddədən, səkkiz fəsildən ibarətdir.

 

 

 

İlham Əliyevə verilən ordenin anlamı nədir?

 

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev  İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilib.Bəs bu ordenlərin anlamı nədir?

“Qafqazinfo” xəbər verir ki, “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatı hesab olunur. İtaliyanın “Xidmətlərinə görə” ordeni əhəmiyyətinə görə ikincidir.

Ümumilikdə, ordenin 6 dərəcəsi var: “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce decorato di gran cordone), “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce), Böyük zabit (grande ufficiale), Komandor (commendatore), Zabit (ufficiale), Kavaler (cavaliere).

 

Ordenin rəhbəri İtaliya prezidentidir. O, Ordenin Kansleri və daha 16 nəfərin daxil olduğu Ordenin Şurasına rəhbərlik edir.

Böyük Xaç Kavaleri Ordeni 1951-ci ildə təsis olunub. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir.

İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə dövlət və hökumət başçıları, dünya səviyyəli ictimai-siyasi xadimlər təltif olunublar. Onların arasında Çexiyanın birinci prezidenti Vatslav Havel, Almaniyanın keçmiş Kansleri Helmut Kol, Böyük Britaniya Kraliçası ll Yelizaveta, Fransanın sabiq prezidentləri Jiskar Desten, Fransua Mitteran və Jak Şirak, Belçikanın sabiq Kralı ll Albert, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül və digər görkəmli şəxslər var.

 


 

Ermənistan işğal altındakı əraziləri boşaltmağa başlamayınca, müharibə bitmiş sayılmayacaq;

Ardını oxu...

Mürvət Həsənli: “O, həmişəki kimi, böhtançı xislətindən əl götürə bilmir...”

Ardını oxu...

Cənub Qaz Dəhlizi energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar aça bilər.

Ardını oxu...

Xəzəryanı dövlətləri prezidentlərinin sammitindən öncə XİN başçıları Şurasının iclası keçiriləcək.

Ardını oxu...

Axar.az Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan hökumətlərarası Komissiyanın həmsədri Maksim Oreşkinin APA-ya eksklüziv müsahibəsini təqdim edir:

Ardını oxu...

Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq.

Ardını oxu...


Biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir.

Ardını oxu...

Xəbər lenti