Ermənistanın “toy prezidenti” Armen Sərkisyanın Böyük Britaniya, Fransa və ABŞ-a səfəri ilə bağlı Ermənistan mətbuatı hay-küylü müzakirə açıb.

Ardını oxu...

Prezident İlham Əliyev Brüsselə səfəri zamanı ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Trampla görüşüb.

Ardını oxu...

Azərbaycan və Ermənistan münaqişə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı yekun qərara gələ bilməyiblər.

Ardını oxu...

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəninin görüşü olub.

Ardını oxu...

Bu gün Gəncədə baş verən iğtişaşlar zamanı şəhid olan Səməd Abbasov tanınmış din xadimi Tahir Abbasovun qardaşıdır.

Ardını oxu...

Prezident İlham Əliyev ötən 6 ay ərzində ölkəmizdə və dünyada baş verən mühüm siyasi və iqtisadi hadisələrə qiymət verərək ümumiləşdirmələr apadı və bundan sonra qarşıda duran məsələlərin həlli yolları ilə bağlı əsas istiqamətləri göstərdi.

Ardını oxu...

15:50

İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1164-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Ardını oxu...

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının yekunlarına həsr olunan iclasında toxunduğu məsələlərdən biri də şəhər nəqliyyatı idi.

Ardını oxu...

Əslində, Prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyini bir daha sülhə dəvət etdi.

Ardını oxu...

 

“O məmur işdən çıxarılacaq”

“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır”. 

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib. İ. Əliyev bildirib ki, son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir: “Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər.

Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.

 

 

Xəbər lenti