Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Moskva vilayətində “Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

Ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.

Gözlənilən proses başlayır - Əliyev “çox yaxınıq” dediPolitoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- NATO baş katibi Yens Stoltenberqin Azərbaycan və regionun digər ölkələrinə səfəri nə ilə əlaqəlidir? Alyans rəhbərini regiona gətirən amil ümumidir, ya hər ölkə üzrə fikir və məqsədlər ayrıdır?

- Bəziləri hesab edirlər ki, bu, nəzakət səfəridir. Çünki Stoltenberqin səlahiyyət müddəti bu ilə başa çatır. İndi səfəri bu baxımdan əlaqələndirənlər var. Amma mən belə hesab eləmirəm. NATO baş katibinin səfərinin kökündə ciddi məsələlər dayanır. Zənnimcə, NATO Cənubi Qafqazda öz təsirini gücləndirməyə və burada genişlənməyə, bu fonda da Rusiyanın təsir dairəsini zəiflətməyə çalışır. Qənaətimə görə, Stoltenberq bununla bağlı region dövlətlərinin fikirlərini öyrənmək üçün gəlib. Şübhəsiz ki, bununla bağlı Ermənistan və Gürcüstanla daha tez anlaşa bilərlər. Çünki hər iki ölkə NATO-ya can atır.

Azərbaycan müstəqil, heç kimdən asılı olmayan siyasətin tərəfdarıdır, yoluna da belə davam edir. Əlbəttə, NATO ilə də əməkdaşlığımız var. Azərbaycan NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulub. Ordumuz NATO standartlarına cavab verən səviyyədədir, bunu da qardaş Türkiyənin köməyi ilə etmişik. NATO-Azərbaycan əlaqələri ikitərəfli müstəvidə davam edir. Bu da həm Azərbaycan, həm də NATO üçün faydalıdır. Alyans da vəziyyətin bu cür davam etməsindən razıdır.

- Rusiya Prezident Vladimir Putin yenidən seçildi. Qarşıdakı hakimiyyəti dövründə Putinin xarici siyasətində hansısa dəyişiklik gözləniləndirmi?

- Bundan sonra Rusiyanın siyasətində hansı dəyişikliyin olacağını söyləmək çətindir. Amma mənə belə gəlir ki, hər şey öz axarında gedəcək, yəni indiki kimi. Ukraynaya hücum və müharibə davam edəcək. Rusiyanın bəzi ölkələrə təsirləri qalacaq, paralel olaraq, Suriya və bəzi Afrika ölkələrində güclənməyə çalışacaq. Eləcə də postsovet ölkələrinə təsirlərini artırmağa cəhd göstərəcəklər.

- Putin Rusiya-Ermənistan gərginliyinin pik həddə olduğu vaxtda seçildi. Kreml sahibi qarşıdakı dövrdə Ermənistanda öz maraqlarına uyğun hakimiyyətin formalaşması üçün hansı müdaxilə üsullarına baş vura və belə cəhdlər Azərbaycanla sülh prosesinə necə təsir göstərə bilər?

- Ermənistana açıq müdaxilənin olacağını gözləmirəm. Rusiyanın başı Ukraynaya o qədər qarışıb ki, digər məsələlərə az vaxt ayırır. Düşünürəm ki, Rusiyanın başı Ukraynada getdikcə daha çox qarışacaq. Buna görə də, Ermənistanla bağlı məsələləri yalnız quru bəyanatlarla diqqətdə saxlayır.

Rusiyanın əsas niyyəti Ermənistanla Azərbaycan arasında qarşıdurmanı gücləndirmək və iki ölkəni toqquşdurmağa çalışmaqdır. Amma Azərbaycanın belə bir fikri yoxdur. Qardaş Türkiyə də Azərbaycanla eyni mövqedədir. Türkiyə çalışır ki, Rusiya bölgədə aranı qarışdıra, sülh prosesini poza bilməsin. Zənnimcə, Rusiyanın bu niyyətləri baş tutmayacaq.

- Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu söylədi. Sizcə, sülhə nə qədər yaxınıq?

- Sülh müqaviləsinin skeleti hazırdır. Əvvəllər “qəbuledilməz” kimi görünən müddəalar və ya prinsiplər artıq razılaşdırılıb. Güman edirəm ki, sülh müqaviləsi paraflanma və təsdiqlənməyə də hazırdır. Hər iki buna səy göstərsə, yaxın müddətdə sazişi imzalamaq mümkün ola bilər.

- Sərhədin delimitasiya prosesinin başlamasından əvvəl Qazaxın 7 kəndindən 4-nün qaytarılacağı ilə bağlı məlumat dolaşır. Sizin bununla bağlı ehtimalınız necədir?

- Qazaxın 4 kəndi ilkin mərhələdə mütləq qaytarılmalıdır. Çünki bu kəndlər anklav deyil. Güman edirəm ki, 4 kəndin qaytarılmasında çətinlik olmayacaq. Naxçıvanın Kərki və Qazaxın 3 ankavı ilə bağlı məsələ isə delimitasiya-demarkasiya zamanı həllini tapa bilər. Gedişat ümidvericidir. Ara qarışdıran və tərəfləri qarşıdurmaya sövq edən olmasa, məsələlər yaxın gələcəkdə həllini tapa bilər. Zənnimcə, ara qarışdıran olmayacaq, Türkiyə də, digər NATO ölkələri də prosesə həssaslıqla yanaşırlar. Azərbaycana gələn Stoltenberq də sülh müqaviləsinin tezliklə imzanmasını istədiklərini dilə gətirdi. Proses məntiqinə uyğun şəkildə getməli və sülh sazişi bağlanmalıdır.

- Son günlərdə tez-tez Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı ən yüksək səviyyələrdə açıqlamalar verilir. Ankaranın yenidən fəal şəkildə bu məsələyə qayıtması nə ilə əlaqəlidir?

- Zəngəzurdan keçəcək dəmir və avtomobil yolları türk dünyasını birləşdirəcək. Türkiyə türk dünyasının aparıcı ölkəsi kimi bu məsələyə böyük diqqət yetirir. Hesab edirəm ki, Türkiyə fəallığını daha da artıracaq. Türkiyə Azərbaycanla birlikdə yekunda Zəngəzur dəhlizinin açılmasına nail olacaq.
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...Avropa Birliyi Ermənistanın quruma namizəd kimi qəbul edilməsini daim diqqətdə saxlayır. Son vaxtlar isə bu diqqət daha da konkretləşib.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın Avropa Birliyinə mümkün üzvlüyünə region ölkələrinin münasibəti haqqında danışarkən deyib.

Onun sözlərinə görə, region ölkələri İran və Rusiya Avropa və Ermənistan yaxınlığından narahatdır, lakin onların prosesə əngəl olmaq imkanları yoxdur:

“Bu məsələdən ən çox Rusiya narahat ola və prosesə mane olmağa çalışa bilər. Hazırda Rusiyanın Ukraynada kifayət qədər ciddi problemi var və yaxın müddətdə bu bataqlıqdan çıxacağına güman azdır. Ona görə İrəvana hər hansı təzyiq siyasi mesajlardan o tərəfə keçməyəcək. İranın isə belə məsələlərə müdaxilə etməsinə heç kim imkan veməz. Hesab edirəm ki, Ermənistan bu ilin sonuna qədər AB üzvlüyünə namizəd statusu ala bilər”.
Politiloqun fikrincə, Ermənistanda Ukrayna və Gürcüstan nümunəsi olmayacaq:

“Düşünmürəm ki, Rusiya Ermənistan üçün Ukrayna və Gürcüstan qədər təhlükə yarada bilər”.

O, Rusiyanın Paşinyanı hakimiyyətdən devirərək, proseslərə əngəl ola biləcəyi ilə bağlı yayılan şayiələrə də münasibət bildirib:

“Bu məlumatların yayılmasında Erməni Apastol Kilsəsi xüsusi rol oynayır. Onlar Qarabağ klanı və beşinci kolonun nümayəndələri ilə birləşərək, erməni ictimai rəyini Paşinyanın əleyhinə çevirməyə çalışırlar. Buna nail olmayacaqlar, çünki Qərb institutları Ermənistanda aktiv şəkildə işləyir və İrəvan Avropaya inteqrasiyasını davam etdirəcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.

Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!”

Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUALAzərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşü, ardınca İlham Əliyevin Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşü üç ölkənin strateji tərəfdaşlığının dərinləşməsinə töhfə verməklə yanaşı, Cənubi Qafqazda proseslərin yönünü idarə etmək baxımından da əhəmiyyətlidir, xüsusilə Fransanın Ermənistanı silahlandırması planları fonunda.
Paşinyanın Parisə, Lekornunun İrəvana səfəri, ardınca erməni baş nazirin Afinaya gedişi, Nikos Dendiasın Ermənistana gəlişindən sonra Fransadan silahların gətirilməsində Paris-Afina-Tbilisi-İrəvan marşrutu aktuallaşıb. Paris-İrəvan və Bakı-Ankara Tbilisini yanına çəkməklə həm də bu marşrut üzərində mübarizə aparır.
- Fransanın Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməsində silah marşrutun Tbilisi dayanacağını təmin etmək məqsədi də var, yaxud gürcülərdən bunu da istəyəcəklər;
- Azərbaycan və Türkiyə regional əməkdaşlığı inkişaf etdirməklə Gürcüstanı bu marşrutda yer almaqdan imtinasına nail olmasını istəyir;
Nazirlərin də, Əliyevlə Kobaxidzenin də görüşündə regional sabitlik xüsusilə vurğulandı və mümkündür ki, hər iki müzakirədə Gürcüstana bölgənin sabitliyinin pozulmasında iştirak etməməsi mesajları çatdırılıb.
Bu prosesdə Tbilisi dilemma qarşısında qalır: bir tərəfdə Aİ-yə inteqrasiya, digər tərəfdə isə iqtisadi, enerji və təhlükəsizlik məsələsində real tərəfdaşlarla münasibətlər;
Bir də reallıqlar var: bir tərəfdə 2008-ci il təcrübəsi və Avropanın Tbilisiyə verdiyi vədlər, bir tərəfdə isə bu müddətdə Gürcüstanın iqtisadi və təhlükəsizliyinə ciddi töhfə verən Bakı-Ankara ikilisi;
Ukrayna müharibəsindən sonra Qərblə “yol getməyən” Qaribaşvilinin dəyişdirilməsi Tbilisinin Aİ-yə inteqrasiyada çox istəkli olduğunu göstərsə də, Bakıda verilən mesajlar Kobaxidze hökumətinin coğrafi reallıqları nəzərə alacağı gözləntisini yaradır.

Asif Nərimanlı
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə martın 16-da mətbuata bəyanatla çıxış edərkən iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından və ortaq layihələrdən danışarkən ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etməsini xüsusi vurğuladı: “Bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu mövzuya qısa şəkildə toxundu: “Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”. Buna baxmayaraq, Gürcüstanın baş naziri “Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik edirəm” ifadəsini işlətmədi. Halbuki, Qazazxıstan prezidenti Kasım-Jomart Tokayev bir neçə gün əvvəl Azərbaycana səfəri zamanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə İlham Əliyevi təbrik etmişdi.
Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi halda, Gürcüstan bunu edə bilməyib. Deməli, hazırki şərtlər daxilində ərazi bütövlüyü məsələsində dəstək daha çox Gürcüstan hakimiyyətinə lazımdır. Tbilisini yaxın müddətdə ağır günlər gözləyə bilər. Məsələ burasındadır ki, Cənubi Osetiyanın separatçı liderləri bölgənin Rusiyanın tərkibinə daxil olması üçün Moskva ilə danışıqlar aparırlar. Bu məqsədlə Cənubi Osetiyada “referendum” keçirilməsi də planlaşdırılır.
Kremlin necə qərar verəcəyi bəlli deyil. Ukraynada işğalçı müharibə aparan Rusiya Gürcüstan istiqamətində hələ ki, ehtiyatlı mövqe nümayiş etdirir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər olmasa da, Kremllə Tbilisi arasında gərginlik yoxdur, qeyri-rəsmi təmasları var, idxal-ixrac əməliyyatları həyata keçirilir. Yəni Gürcüstan hakimiyyəti hələ ki, Kremli ciddi narahat etmir. Ancaq Gürcüstan Avropa İttifaqı və NATO üzvlüyünə daha çox yaxınlaşarsa, Kremlin siyasəti dəyişəcək. Hadisələrin bu istiqamətdə inkişafı halında Kremlin Cənubi Osetiyanın və Abxaziyanın Rusiyanın tərkibinə qatması qərarı istisna deyil. Belə olan halda Tbilisinin bir çox dövlətin, o cümlədən Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü tanıyan bəyanatına ehtiyacı yaranacaq.

Azər Fikrətoğlu

NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycan Respublikasına rəsmi səfəri martın 18-də başa çatıb.

 Azərbaycan Respublikasının və hərbi ittifaqın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Prezident İlham Əliyev Vladimir Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı iki ölkə arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏGürcüstandan sonra Cənubi Qafqazın daha bir ölkəsi Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd ola bilər. Baş nazir Nikol Paşinyan ötən il oktyabrın 17-də Avropa Parlamentində (AP) səsləndirdiyi “Aİ hansı həddə qədər arzu edirsə, Ermənistan o qədər bu quruma yaxınlaşmaq niyyətindədir” bəyanatının icrasına başlayıb. İlin əvvəlindən Avropa strukturları, Fransa, Almaniya ilə aparılan intensiv dialoq bəhrəsini verib, İrəvanla Aİ arasında gücləndirilmiş tərəfdaşlıq proqramı imzalanıb.

Martın 13-də AP 504 səs lehinə, 4 səs əleyhinə və 32 səs bitərəf nisbəti ilə Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərə dair xüsusi qətnamə qəbul edib. Qətnaməyə əsasən qanunverici orqan icra hakimiyyətinə – Avropa Komissiyasına Ermənistanın Aİ üzvlüyünə namizəd statusu verilməsini nəzərdən keçirməyi təklif edib.

Qətnamədə bir neçə məqam qeyd olunub:

Ermənistanın Aİ ilə münasibətləri gücləndirmək və prioritetləşdirmək istəyini qətiyyətlə vurğulaması faktını tanıyır və alqışlayır;

Hesab edir ki, Aİ müsbət reaksiya verməli və Ermənistanın demokratiyalar cəmiyyətində daha möhkəm yerləşməsinə kömək etməlidir;

Ermənistanın KTMT-yə üzvlüyünə yenidən baxdığı bir vaxtda Aİ ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin təcili zəruriliyini qəbul edir;

Aİ-ni Ermənistanın Avropa Sülh Fondu vasitəsilə dəstək istəyinə müsbət cavab verməyə və Ermənistan ordusuna dəstək verməyə çağırır;

Ermənistana əsas zəiflikləri müəyyən etməyə və məqsədyönlü həll yollarını hazırlamağa kömək edəcək hibrid təhdidlərin qiymətləndirilməsi üzrə tədqiqatların başlanmasına çağırır;

Ermənistana müdafiə xarakterli hərbi dəstək vermək üçün bir neçə üzv dövlətin atdığı addımları alqışlayır və üzv dövlətləri oxşar təşəbbüsləri nəzərdən keçirməyə çağırır.

Daha sonra sənəddə AP Ermənistanın KTMT-də iştirakını dayandırmaq qərarını alqışlayır və Rusiya FTX sərhədçilərinin İrəvandakı “Zvartnots” beynəlxalq hava limanından çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciətini dəstəkləyir.

Qətnamədə vurğulanır ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və öz demokratiyasını gücləndirən sabit islahatlar yoluna davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.

Aİ-nin xarici əlaqələr sözçüsü Peter Stano isə “İzvestiya” qəzetinə bildirib ki, Ermənistan Avropa İttifaqına üzvlük üçün ərizə verə bilər: “Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Onlar belə bir gələcəyi təmin etməkdə sərbəstdirlər. Aİ-yə üzvlük məsələsinə gəlincə, istənilən Avropa ölkəsi Aİ-yə üzvlük üçün müraciət edib-etməmək barədə özü qərar verməlidir”.

Aİ nümayəndəsi vurğulayıb ki, Avropa İttifaqına üzvlük üçün müraciət etdikdə, Aİ-yə üzv dövlətlər həmin müraciəti müzakirə edir. Daha sonra Aİ müqavilələri və müəyyən edilmiş standartlar əsasında müvafiq qərar qəbul edirlər.

Bu, artıq Avropa Komissiyasının mövqeyidir və beləliklə qurum Ermənistana üzvlüyə namizəd statusu verməyə hazır olduğunu nümayiş etdirib.

Bəs üzvlüyə namizəd statusu nə deməkdir?

Avropa İttifaqına üzvlük üçün müraciət sadə prosedurdur. İstənilən ölkə müraciət edə bilər – ölkənin birinci şəxsinin adından Avropa Şurasına məktub göndərilir. Bundan sonra isə çətinliklər başlayır. Ərizə Avropa Komissiyası tərəfindən araşdırılır. Onun rəyinin əsasında üzv ölkələr müraciət edən ölkəyə namizəd statusunun verilib-verilməməsi haqda ilkin qərar qəbul edir.

Sonra müraciət edən ölkə doldurmaq üçün ölkənin siyasi, iqtisadi və inzibati hazırlığını müəyyən edən anket alır. Avropa Komissiyası namizəd ölkənin cavabları əsasında daha bir rəy hazırlayır. Ölkə rəhbərliyinə cavablandırmaq üçün minlərlə sual göndərilir. Məsələn, Xorvatiya üçün anketdə 4560 sual yer almışdı. Müraciət edən ölkəyə anketi doldurmaq üçün üç ay vaxt verilir.

Daha sonra ən mürəkkəb və məsuliyyətli danışıqlar mərhələsi başlayır. Burada Avropaya uyğun olduğuna əmin olmaq üçün namizəd ölkənin qanunvericiliyi öyrənilir. Əgər bütün qanunlar bu tələbə cavab vermirsə, namizəd ölkəni uzun proses gözləyir: ölkə bütün qanunvericiliyini Avropa qanunvericiliyinə uyğunlaşdırmalı olur.

Bu mərhələdə 35 fəsildən ibarət böyük sənəd hazırlanır. Onların hamısı Aİ-ni təmin edəcək şəkildə həllini tapmalıdır. Amma bu da kifayət qədər şərti mərhələdir. Qəti qərara qədər Aİ istənilən vaxt və müxtəlif səbəblərlə yenidən bu fəsillərin müzakirəsinə qayıda bilər.

Ümumilikdə Avropa İttifaqına üzvlük üçün müraciətdən namizəd ölkə statusu alana qədər illər sərf olunur. Ölkənin namizəd statusu alana qədər qiymətləndirmə meyarları nədir?

“Kopenhagen” meyarları adlanan əsas üç meyarı qeyd etmək olar:

Ölkədə demokratiyanı, qanunun aliliyini, insan haqlarını və azlıqların müdafiəsini təmin edən möhkəm institutlar olmalıdır;

Ölkənin Avropa İttifaqı bazarında rəqabətə davamlı bazar iqtisadiyyatı olmalıdır;

Bu ölkədə siyasi, iqtisadi və maliyyə məsələlərində Avropa qanunları və qətnamələri tətbiq edilməlidir.

Avropa Parlamentində “Yeniləşən Avropa” Qrupu hesab edir ki, Ermənistan ardıcıl islahatlar yoluna davam etsə, demokratiyasını möhkəmləndirsə, Ermənistan-Aİ münasibətlərində inkişaf mərhələsinin əsasını qoya bilər:

“Ermənistanın viza rejiminin sadələşdirilməsi və readmissiyaya dair sazişlərin həyata keçirilməsində əldə etdiyi irəliləyişləri nəzərə alaraq, “Yeni Avropa” hesab edir ki, viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamağın vaxtı çatıb. Aİ Ermənistana dəstəyini, o cümlədən Avropa Sülh Fondu vasitəsilə, eləcə də Qarabağdan olan qaçqınlara humanitar və maliyyə yardımını artırmalıdır”.

Qrupun Fransadan olan üzvü Natali Loiseau hesab edir ki, həm Ermənistan, həm də Azərbaycan uzun müddətdir davam edən mübahisənin dialoq və danışıqlar yolu ilə davamlı və sülh yolu ilə həllinə sadiq qalmalıdırlar.

Xatırladaq ki, Ermənistan hazırda Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Bu təşkilat və Avropa İttifaqı bir-birini həm iqtisadi, həm də geosiyasi səbəblərdən istisna edir. Ona görə də Aİ üzvü olmağı hədəfləyən ölkə daha əvvəl onların arasında seçim etməlidir. Ermənistan isə hələlik bu seçimə hazır deyil. Dünən parlamentin vitse-spikeri Akop Arşakyan yerli mətbuata bildirib ki, İrəvan hazırda Aİİ-dən imtina etməyi müzakirə etmir:

“Gündəliyin müzakirəsi Nikol Paşinyanın müəyyən etdiyi təlimata uyğun aparılmalıdır. Əminəm ki, bu, geniş ictimai müzakirəyə çıxarılacaq və bizim gələcəkdə atılacaq addımlar barədə danışmaq imkanımız olacaq”.

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib ki, Avropa Parlamentinin qətnaməsi vacibdir, lakin Aİ üzvlüyünə namizəd olmaq yolu qanunvericilik deyil, icra orqanı ilə keçir:

“Nəzərə almalıyıq ki, Aİ də tək bir təşkilat deyil, 27-dən ibarət ölkələrin birləşdiyi daxili orqandır, orada qərarlar konsensusla qəbul edilir, ona görə də, bu anda bu məsələdə belə vahid impulsun olub-olmamasına cavab vermək mənim üçün çətin olacaq”. Xandanyan da vurğulayıb ki, Ermənistanın Aİİ strukturlarından çıxması müzakirə olunmur.

Ermənistan təkcə Aİİ ilə bağlı deyil, ümumiyyətlə Avropa Birliyinin geosiyasi rəqabətdə olduğu Rusiya ilə yollarını ayırmalıdır. Bura KTMT-dən tam imtina, hərbi bazaların çıxarılması, dövlət sərhədlərinin mühafizəsinin Rusiya FTX-dan alınması, habelə bu ölkədən hərbi, iqtisadi asılılığı maksimum azaltmaq daxildir. Müdafiə və təhlükəsizlik sahəsində Aİ ölkələri ilə ikitərəfli müqavilələrin imzalanması, Fransa, Hindistandan silah idxalı, Rusiya hərbi sənaye kompleksinin məhsullarından imtina bu istiqamətdə ilk addımlardır. Amma strateji qərarlar hələ verilməyib və regiondakı vəziyyət bu addımları atmağa imkan vermir. Görünür, Paşinyan hökumətində Rusiyanın Ukraynada strateji məğlubiyyətə düçar olacağına inanırlar. Buna görə atılan ilkin addımlar zamanı gələndə Kremldən sürətli qopmaya zəmin hazırlamaq məqsədi daşıyır. Təbii ki, Moskvada da Ermənistan hakimiyyətinin niyyətini dəqiq bilirlər və ona mane olmaq üçün hansısa planlar düşünülür. Bunu rəsmi şəxslər açıq ifadə ediblər. Məsələn, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan rəhbərliyinə Avrointeqrasiya yolu seçmiş Ukraynanın aqibətini xatırladıb. Beləliklə, Moskva Ermənistanla bağlı son sözünü deməyib, yaxın gələcəkdə bu istiqamətdə vəziyyəti aydınlaşdıracaq hadisələr ola bilər.

Paşinyan iqtidarı üçün Avropaya inteqrasiya yolunda ən mühüm nailiyyət Azərbaycanla sülh sazişinin imzalanması, təhlükəsizlik qarantiyalarının əldə olunmasıdır. Bu məsələdə ABŞ və Aİ İrəvana açıq dəstək verirlər. Birləşmiş Ştatlar Türkiyə və Britaniya kimi əsas tərəfdaşlarını da Azərbaycanla müzakirələrə istiqamətləndirib. Bir neçə gün əvvəl Prezident Ərdoğan, dünən isə Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin zəruri olduğunu bəyan ediblər. Əsas məsələ Bakı ilə dil tapmaq, Rusiyanın bölgədə manipuliyasiya imkanları azaltmaq və onun regiondan tədricən çıxarılmasına nail olmaqdır. Bu istiqamətdə də vəziyyət hələ ki, aydın deyil. Hazırda pərdə arxasında ciddi danışıqlar gedir. Azərbaycan öz maraqlarına uyğun formulaya dəstək ala bilsə, proseslər sürətlənəcək. Nəticədə Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində real addımlar atıla bilər.

Yalnız bundan sonra Paşinyan hökuməti yeni konstitusiya layihəsini, onunla birlikdə Ermənistanın Avrasiya iqtisadi Birliyində qalmasını və ya Avropa İttifaqına üzvlük məsələsinin referenduma çıxaracaq. Bu isə Ermənistanda artıq tamamilə yeni mərhələnin başlanması deməkdir…
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.

Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Xəbər lenti