|
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
COP29-un 4-cü günü iqlim fəallarının aksiyası ilə yadda qalıb.
Fəallar "İtki və zərər fondunu doldur!", "Hərbi xərcləri azaldın", "Planetimizi müdafiəyə ehtiyacı var" və başqa şüarlar yazılmış pankartlar açıblar.
İqlim fəalları "Detallı İqlim Fakturası" yazılmış uzun pankart açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıb.
COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb.
2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış "Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.
Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, TDT-yə üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər.
Tərəflər dayanıqlı və davamlı gələcək naminə aktiv əməkdaşlığın davam etdirilməsi niyyətlərini ifadə ediblər.
Ətraf mühit və dayanıqlı inkişaf sahəsində COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli istiqamətində TDT tərəfindən birgə fəaliyyət haqqında "Nazirlər Bəyannaməsi”nin Bakıda imzalanması COP29-a ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədəki liderliyini daha da möhkəmləndirir.
COP29 çərçivəsində keçirilən görüşdə TDT-yə üzv dövlətlərin-Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ekologiya və təbii sərvətlər nazirləri, həmçinin TDT-nin Baş katibi iştirak edib.//Report
Azərbaycan son 21 ildə sürətlə inkişaf edən dövlət kimi nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi ən etibarlı məkandır. Ölkəmiz həm də beynəlxalq aləmdə sabitlik məkanı imici qazanıb. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimiz də tədricən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Bu gün Bakı dünyanın mərkəzinə çevrilib. Xatırladım ki, dünyanın təqribən 200 ölkəsinin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı ölkəmizə olan inam və etimadın bariz nümunəsidir, həmçinin dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasətə hörmət və dəstəyin parlaq sübutudur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Bu konvensiyaya qoşulan ölkələr ildə bir dəfə dünyada iqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfli fəaliyyəti müzakirə etməkdən ötrü bir araya gəlirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsidir. Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizin sürətli inkişafı, qarşıda duran perspektivlər barədə məlumat verdi və COP29-u boykot etmək istəyənlərə də ciddi mesajlar göndərdi.
Komitə sədri deyib ki, Azərbaycanın postsovet məkanında ilk dəfə olaraq COP29-a ev sahibliyi etməsi xarici siyasətimizin növbəti qələbəsidir. Bu tədbir, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu, gücünü getdikcə artırır. Təəssüf ki, ölkəmizə qarşı qərəzli mövqedə olan, uğurlarımızı həzm edə bilməyən Qərbin qara piar ustaları bu dəfə də məkrli niyyətlərini ortaya qoyaraq COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə başlayıblar. Tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi bədxahların çirkin niyyətlərini ürəklərində qoydu. Onlar eşidəndə ki, Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı və onların arasında 80 prezident, vitse-prezident və baş nazir var, yəqin ki, xiffətdən bağırları çatlayacaq. Bəli, bu gün dünya Bakıda toplaşıb.
Dövlətimizin başçısının çıxışındakı bəzi məqamları diqqətə çatdıran hüquq müdafiəçisi bildirdi: “Prezident İlham Əliyev dedi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”.
Tanınmış hüquqşünas COP29-un artıq başladığını və yüksək səviyyədə davam etdiyini diqqətə çatdıraraq deyib ki, təəssüf ki, ağa qara deməyə adət etmiş muzdlu siyasətçilər, ələ baxım QHT-lər və sifarişli media hələ də qaralama kampaniyasını davam etdirirlər: “Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı. Müxtəlif ölkələrə məxsus bəzi media orqanlarında, demək olar ki, hər gün iqlim sammitinin əleyhinə yalan və böhtanla dolu məqalələr dərc edilir, əsassız fikirlər səsləndirilir. Belə araqarışdıranlar hələ də qəbul etmək istəmirlər ki, iqlim sammiti baş tutub və yüksək səviyyədə davam edir”.
Ç.Qənizadə Fransanın bu nüfuzlu tədbirə qatılmamasının əsas səbəbinin ermənipərəst mövqedə olması ilə əlaqələndirib və bildirib ki, yaxın illərdə İqlim dəyişikliklərinə qarşı Paris Sazişi qəbul edilən zaman ölkənin dövlət rəsmləri bu sənədi “tarixi dönüş nöqtəsi” adlandırmışdılar. Bəs indi nə baş verdi? “Tarixi dönüş nöqtəsi” nə tez yaddan çıxdı? Belə əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi haqda qərar verilən gündən indiyə kimi bu konfransın boykot edilməsinə çağıranlar, əslində, özlərinin iç üzlərini ortaya qoyurlar. Hətta konfransda iştirak edən qabaqcadan təlimatlandırılmış bəzi media nümayəndələri də çirkin mövqelərini gizlədə bilmirlər. Ancaq onlar aldıqları tutarlı cavablardan sonra pat vəziyyətinə düşürlər.
“Hələ konfrans yeni başlayıb. Qarşıda xeyli görüşlər, müzakirələr, gəzintilər var. Tədbir iştirakçıları Azərbaycanda, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, tikinti-abadlıq işləri ilə yaxından tanış olduqca ölkəmizin sürətlə inkişaf etdiyinə bir daha əmin olacaqlar. Onlara aydın olacaq ki, “İqlim boykotçuları” özləri özlərini boykot edirlər”, – deyə Ç.Qənizadə bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və rəsmi şəxslər qarşılayıblar.