![]() |
|
Tovuz döyüşlərini, döyüş yoldaşlarının danışıqları əsasında general-mayor Polad Həşimovun və digər zabitlərimizin, əsgərlərimizin necə şəhid olmalarını hazırda üzərində işlədiyim kitabda ən xırda detalına kimi qələmə almışam. Hadisə erməni əsgərlərinin Ordumuzun iki postu arasında yerləşən, əvvəllər istifadə olunan posta sızma cəhdi ilə, yəni Azərbaycanın suveren ərazisinə girməsi ilə başladı. Bəs Ermənistan və arxasındakıların məqsədi nə idi?
Bu sözləri Axar.az-a Tovuz döyüşlərinin tarixi əhəmiyyəti və çıxarılmalı dərslər haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Ağar qeyd edib ki, sözügedən ərazi çox böyük strateji əhəmiyyətə sahibdir:
“Məqsəd həmin strateji postları tutmaqla Azərbaycanın Kür-Araz ovalığından keçən dörd əsas can damarını ələ keçirmək idi. Bunlar Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP qaz kəməri, Azərbaycanla Türkiyəni və Avropanı bir-birinə bağlayan beynəlxalq quru yolu və dəmir yolu xəttidir”.
Ağar Tovuz döyüşlərində qarşıdakı təhdidlərin üzə çıxdığını, nəticədə xalq və dövlətin birgə iradə nümayişi ilə həmin riskləri və 30 illik işğalı aradan qaldırdığını vurğulayıb:
“O zaman Ermənistan “yeni bir mərhələyə” başlamaq istəyirdi. Tovuz döyüşləri “Yeni torpaqlar üçün yeni müharibə” şüarının tərkib hissəsi idi. Ortada Azərbaycanın namusuna toxunma, yəni ölkənin suveren torpaqlarına təcavüz var idi. General-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, gizir və əsgərlərimizin Tovuzda şəhid olması Azərbaycan xalqını qəzəbləndirdi, ayağa qaldırdı. Yaşanan hadisə, qarşıdakı təhdid və erməni siyasət və strategiyasının reallaşdırılma mərhələsinə keçməsi, can damarlarına qarşı təhlükə riskləri dövlətin prosesə yanaşmasını, paradiqmaları dəyişdirdi. Azərbaycan dövləti beynəlxalq hüquqa uyğun şəkildə öz tədbirlərini görməyə başladı. Yəni artıq müharibə qapıda idi və Azərbaycanın atdığı bütün addımlarda yanında Türkiyə vardı. Bu gün adına “mənəvi və siyasi dəstək” dediyimiz sözügedən mərhələ Qarabağ müharibəsində qələbəni təmin etdi. Tovuzda qarşıya çıxan təhdid, onun gerçəkliyi və buna bağlı şəkildə xalqın və dövlətin birgə iradə nümayişi qəti addıma çevrildi. Son nəticədə isə Azərbaycan İkinci Qarabağ müharibəsində qəhrəman oğul və qızlarının canı-qanı hesabına haqqı olan Şanlı Qələbəni təmin etdi".
İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana gəlib.
Bunu İsrailin Bakıdakı səfiri Corc Dik deyib.
Səfərin məqsədi İranla ümumi sərhədi olan Azərbaycandakı həmkarlarını Tehranın “zərərli fəaliyyətləri” barədə xəbərdar etməkdir.
“Mignews” yazır ki, bunu israilli nazir bildirib. Qeyd edib ki, o, azərbaycanlılara “İranın əlində olan nüvə silahının qlobal təhlükəsini” təqdim edəcək, o cümlədən “İranın sərhədlərində və İsrail daxilində, eləcə də bütün Yaxın Şərqdə həyata keçirdiyi təhlükəli hərəkətlər haqqında” təfərrüatları bölüşəcək”.
Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Yol-xeber.az sərəncamın mətnini təqdim edir:
1. Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 900 000 (doqquz yüz min) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olublar.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
İyulun 12-də Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
“Xəbərdarlılara baxmayaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə olunması ilk növbədə ciddi qanun pozuntusu olmaqla, təşkilatın dünyada üzərinə götürdüyü missiyaya vurduğu inmazsızlıq və etimadsızlıq zərbəsidir. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin humanitar və qida tələblərini təmin etmək üçün BXQK-ya hərtərəfli şərait yaratsa da, onlar öz səlahiyyətlərini aşaraq ermənilərlə əlbir olub qaçaqmaçılıqla məşğul olmağa başlyıblar. Azərbayan tərəfinin onlara xəbərdarlıq etməsinə baxmayaarq, onlar qanunazidd əmələrini davam etdiriblər. Nəticədə Azərbaycan məcburiyyət qarşısında qalaraq BQXK-nın da Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən keçidinə qadağa qoyub və Bakı belə bir addımı atmaqda tamamilə haqlıdır. Azərbaycan tərəfinin bu addımı beynəlxalq hüququn tələblərinə tamamilə uyğundur”.
Bunu açıqlamasında deputat Kamran Bayramov deyib.
Onun sözlərinə görə, məhz Azərbaycanın bu qətiyyətli addımından sonra BQXK qanunsuz əməldə əli olduğunu etiraf edərək, bu işlə məşğul olan şəxsləri işlərindən kənarlaşdırmalı olub.
O əlavə edib ki, digər tərəfdən Azərbaycan məsələ ilə bağlı mövqeyi qətidir: “Kimliyindən, hansı təşkilat olmasından asılı olmayaraq ərazisində qanunsuz hərəkətlərə imkan verməyəcək. Əgər burada söhbət ərazisində irredentist ideyalara xidmət edənlərdən gedirsə, buna qətiyyən imkan verilməcək. BQXK-nın bu addımı bölgədə sülhə deyil, işğalçılıq siyasətinin və gərginliyin davam etməsinə xidmət edir.
Hesab edirəm ki, belə xoşgəlməz halların qarşısını almaq və bir daha təkrarlanmamsı məqsədi ilə Qarabağ bölgəsində olan erməni əhalisinin Ermənistan tərəfindən deyil, birbaşa Azərbaycan tərəfindən təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Bu həm reinteqrasiya prosesinin sürətləndirib, etimadın mühitinin yaranmasına, həm də sülhün tez bir zamanda əldə olunmasına öz töhfəsini verər”.
Nikol Paşinyan hökumətin iclaslarında Azərbaycana qarşı cəsarətli mətnlər səsləndirsə də, hökumət nümayəndələri onun tapşırığı ilə qapalı görüşlərdə reallıqlardan danışırlar: Müqavimət təkcə faydasız deyil, həm də təsirsizdir. Azərbaycan istədiyini alacaq, Ermənistan isə müqavimət göstərərsə, itkiləri olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, iki gün öncə hökumət nümayəndələri ekspertlərlə qapalı görüş keçirib və açıq, səmimi söhbət olub, lakin ictimaiyyətləşdirilməsi qadağan edilib.
İclasda iştirak edənlərdən biri nəşrə detalları açıqlayıb.
“Vitse-spiker, Ermənistan-Türkiyə münasibətləri üzrə nümayəndə Ruben Rubinyan Ankara ilə danışıqlardan bəhs edib, bildirib ki, Türkiyə Ermənistana Azərbaycanla münasibətləri tənzimləmək üçün bir ay vaxt verib, söhbət normallaşmadan gedir. Türkiyə ilə də münasibətlərin normallaşması bundan asılıdır. Ermənistan bu müddətdə Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirə bilməsə, o zaman Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi unudula, arxivə göndərilə bilər. Türkiyədən gələn ultimatumun bir mənası var: Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün sizə bir ay vaxt veririk, bunu etməsəniz, Ankara ilə danışmaq şansınız olmayacaq, biz hərəkətə keçəcəyik. Türkiyə hökuməti açıq şəkildə bildirdi ki, Ermənistan hökumətinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini ayırmaq, Ankaranı sivil və konstruktiv, Bakını isə təcavüzkar və barışmaz göstərmək kimi pritimiv cəhdləri mənasızdır. Türkiyənin Azərbaycanla quru əlaqəsinə ehtiyacı var, Zəngəzur dəhlizinin əsl sahibi Ankaradır. Türkiyə açıq şəkildə bildirdi ki, istədiklərini almayana qədər Ermənistanla münasibətlər nizamlanmayacaq, sərhəd açılmayacaq”, - nəşr görüşdə iştirak edən mənbəsinə istinadən müzakirələrin detallarını yazıb.
Nəşr qeyd edir ki, görüşdə Ermənistan üçün iki seçimdən bəhs olunub: “Müqavimət göstərməli, döyüşməli, təslim olmalı və ya danışıqlar aparmalı, itki vermədən təslim olmalı. Reallıq bundan ibarətdir. Qarabağdakı ermənilər üçün də eyni seçimdən bəhs olunur. Ya Bakının şərtləri ilə razılaşıb Azərbaycanın dövlət strukturlarına və ictimai institutlarına inteqrasiya edirlər, ya da imtina edərək, Qarabağı tərk etmək məcburiyyətində qalırlar. Görüşdə iştirak edən “artsaxın xarici işlər naziri” (separatçıların nümayəndəsi - red.) Sergey Qazaryan bildirib ki, onların üçüncü variantı da var: Qarabağda 10 mindən çox silahlı döyüşməyə hazırdır. Lakin hökumət nümayəndələri ona izah ediblər ki, Azərbaycana qarşı müharibə ümidsizdir”.
Azərbaycan Xankəndi və ətraf bölgə üzərində hərbi-siyasi nəzarətini gücləndirir. Laçın yolu üzərində qurulmuş nəzarət-buraxılış məntəqəsi erməni separatçı-terrorçuların hərəkət imkanlarını maksimum səviyyədə məhdudlaşdırıb. Hazırda rəsmi Bakı Qarabağ iqtisadi rayonundakı erməni azlığına Azərbaycan qanunları ilə yaşamağı öyrənməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular, eləcə də, rus sülhməramlılar bu prosesə bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışırlar. Ancaq rəsmi Bakının prinsipial mövqeyi və dəqiq hesablanmış addımları əngəl cəhdlərini boşa çıxarır. Və indi rus sülhməramlıların özləri də rəsmi Bakının qətiyyəti sayəsində Azərbaycan qanunlarına riayət etmək məcburiyyətində qalıblar.
Beləliklə, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyası qaçılmaz prosesdir. Rəsmi Bakı artıq erməni separatçı-terrorçulara "xidmət" göstərən sonuncu beynəlxalq mexanizmi də bloklamaq üzrədir. Laçın yolu üzərində olan nəzarət-buraxılış məntəqəsinin uğurlu fəaliyyəti Beynəlxalq Qırmızı Xaç (BQX) cəmiyyətinin fəaliyyətində də ciddi qanun pozuntularını ortaya çıxarıb.
Məlum olub ki, BQX Azərbaycanın Qarabağ bölgəsində heç də humanitar fəaliyyət göstərmirmiş. Bu beynəlxalq qurum humanitar fəaliyyət adı altında qaçaqmalçılıqla məşğul olurmuş, yəni, daha dəqiq desək, cinayət törədirmiş. Azərbaycan gömrükçülərinin videofaktlarla sübuta yetirdiyi qaçaqmalçılıq ittihamlarına BQX uzun müddət cavab verə bilmədi.
Daha sonra verdiyi açıqlamada BQX ittihamları təkzib etməyə çalışsa da, əslində, humanitar fəaliyyət prinsiplərini kobud şəkildə pozduğunu, qaçaqmalçılıqla məşğul olduğunu etiraf etmiş oldu: "Təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq, BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib".
Göründüyü kimi, BQX da artıq beynəlxalq biabırçılıq qarşısında qalıb və küncə sıxışdırılıb. Bu qurumun gələcək fəaliyyətində rəsmi Bakının diqtə etdiyi şərtlər daxilində ciddi dəyişikliklər etməli olacağı qətiyyən şübhə doğurmur. Çünki Azərbaycan ərazisində qaçaqmalçılıq və digər qanunsuz fəaliyyət növləri qadağandır. Laçın yolu üzərindəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyətindən narahat olanların - Ermənistan, Rusiya və erməni separatçı-terrorçuların etirazlarının əsas səbəbi də məhz onların cinayətlərinin qarşısının alınması ilə bağlıdır.
Ancaq artıq geriyə yol yoxdur. Azərbaycan ərazisində heç kim cinayət fəaliyyəti göstərmək hüququna malik deyil. Qarabağ regionundakı erməni azlığı da nəhayət ki, Azərbaycan qanunları ilə yaşamağı öyrənməlidir. Əks halda, Azərbaycan sərhədçiləri daxilində onların yaşaması mümkün olmayacaq. Bu reallıqla razılaşmayanlar isə vaxt itirmədən Azərbaycan ərazisini tərk etməlidirlər. Yoxsa, əvvəl-axır qanun qarşısında cavab vermək, həbsxana həyatı yaşamaq məcburiyyətində qala bilərlər.
Maraqlıdır ki, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan artıq bəzi reallıqları anlamağa başlayıb. Belə ki, terrorçubaşı Araik Arutyunyanın ailəsini öz ailəsini artıq Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxartdığı bildirilir. Erməni separatçı-terrorçuların bir çoxunun eynilə Araik Arutyunyan kimi davrandıqları barədə məlumatlar mövcuddur.
Halbuki bu terrorçular sadə ermənilərin bölgəni tərk etmələrinin qarşısını almaq üçün silahlı təhdidə belə, əl atırlar. Yəni, erməni separatçı-terrorçular sadə əhalini öz cinayətkar fəaliyyətlərinin girovuna çevirməyə çalışırlar. Bu baxımdan, erməni terrorçulara qarşı daha sərt addımların atıla biləcəyi istisna deyil.
Erməni separatçı-terrorçular Xankəndi və ətraf bölgədə Azərbaycanın suveren hüquqlarının ən yaxın vaxtlarda bərpa ediləcəyinə artıq qətiyyən şübhə etmirlər. Hətta bilirlər ki, bu prosesə müqavimət göstərməkdə davam edərlərsə, Azərbaycan ordusu rus sülhməramlılara belə, əhəmiyyət vermədən bölgəyə hər an girə bilər. Və həmin zamanın o qədər də uzaqda olmadığını da hiss edirlər.
Erməni siyasi şərhçi Samvel Ohanesyan deyib ki, Rusiya güclünün tərəfini tutur. İndi isə güclü Ermənistan deyil, Azərbaycandır: “Ermənistanı nə gözləyir? Yaxın vaxtlarda “Qarabağ müdafiə ordusu” (separatçı-terrorçu tör-töküntülər) buraxılacaq. Azərbaycan Ordusu Qarabağa daxil olacaq və öz nizamını quracaq. Qarabağın erməni əhalisinin inteqrasiyası başlanacaq. Ola bilər ki, birgə patrul nəzarəti barədə qərar veriləcək (Rusiya sülhməramlıları və Azərbaycanın güc strukturları), ancaq bu bizim üçün çox yüngül "anesteziya" olacaq”.
Belə anlaşılır ki, erməni siyasi dairələri artıq proseslərin sonrakı inkişaf istiqamətlərini görməkdə çətinlik çəkmirlər. Ancaq bəzi məlumatlara görə, Rusiya hələlik güclü Azərbaycanın yanında yer almağa o qədər də tələsmir. Əksinə, Kreml erməni separatçı-terrorçuların üzərindən Azərbaycana təzyiq göstərmək, Rusiyanın Cənubi Qafqazda qalmasını uzatmaq üçün son müqavimət imkanlarını işə salmağa çalışır. Və erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın açıqlamasını Rusiyanın yeni məkrli "Qarabağ planı"nın ifşa olunması kimi də dəyərləndirmək olar.
Məsələ ondadır ki, Araik Arutyunyan onun separatçı dəstəsinin rəisi Bakı ilə danışıqlara hazır olduğunu bildirib. Ancaq nə qədər qəribə də olsa, o, dialoq üçün Rusiyanın vasitəçiliyini əsas şərt kimi irəli sürüb. Onun fikrincə, ABŞ və Qərbin vasitəçiliyi Qarabağ ermənilərini Azərbaycanla inteqrasiyaya sürükləyir. Ancaq Rusiya vasitəçi olarsa, bundan yayınmaq şansı da yarana bilər.
Təbii ki, bu "ideya"nın Araik Arutyunyana Kremldən ötürüldüyü qətiyyən şübhə doğurmur. Çünki buna qədər rəsmi İrəvan və erməni separatçı-terrorçular dialoq üçün beynəlxalq müzakirə mexanizmləri tələb edirdilər. İndisə, birdən-birə Rusiyanın vasitəçiliyinin daha faydalı olduğu qənaətinə gəliblər. Və bütün bunların arxasında qurulan oyunu müəyyən etmək isə qətiyyən çətin deyil.
Məsələ ondadır ki, rəsmi Bakı Qarabağ ermənilərinin inteqrasiya məsələsini Azərbaycanın daxili işi hesab edir. ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinin "Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanırıq" açıqlamasından sonra "beynəlxalq mexanizmlər" planının baş tutmayacağına əmin oldular. İndi bu planı gələcək üçün qorumaq ümidilə Rusiyanın vasitəçiliyindən istifadə etməyə çalışırlar. Hər halda, Rusiya da xarici ölkədir və Kremlin vasitəçiliyi gələcəkdə "beynəlxalq mexanizmlər" mövzusunu yenidən gündəmə qaytarmaq şansını qoruya bilər.
Eyni zamanda, Kreml bu planı erməni separatçı-terrorçulara diqtə etməklə, "Qarabağ problemi"nin ömrünü uzatmaq məqsədi güdür. Ancaq Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüsü ABŞ və Qərbə uduzan Kreml bu məsələdə təkbaşına orbitr roluna iddia edir. Əgər, nail olarsa, Rusiya dialoqun uzun illər uzanmasına çalışacağı qətiyyən şübhə doğurmur. Bu müddət ərzində həm rus sülhməramlılar Azərbaycan ərazisində qalacaq. Həm də Kreml rəsmi Bakıya və Ermənistana təkbaşına təzyiq mexanizmi qazanmış olacaq.
Ancaq rəsmi Bakının Kremlə belə bir imkan verəcəyi qətiyyən inandırıcı görünmür. Çünki rəsmi Bakı Azərbaycanın daxili məsələlərini Rusiya ilə müzakirə etməz. Yəni, Kremlə vasitəçi statusunda Azərbaycanın daxili işlərinə qarışmaq imkanı verilmə ehtimalı qətiyyən real deyil. Bu baxımdan, Araik Arutyunyan vasitəsilə gündəmə gətirilmiş və artıq deşifrə olunmuş Kremlin yeni "Qarabağ planı" elə əvvəlcədən iflasa məhkumdur.
Azərbaycanlılara nifrəti ilə tanınan hərbi müşahidəçi Aleksandr Artamonov yenə də öz ənənəsinə sadiq qalıb. O, mediamızda Rusiya əleyhinə məqalələr yazıldığını söyləyərək ölkəsində yaşayan 2 milyon həmvətənimiz ilə Azərbaycanı hədələmək fikrinə düşüb.
Əvvəla, Artamonov bilməlidir ki, yerli media tənqid olunmalı məsələlərdə haqlı mövqe nümayiş etdirir. O düşünür ki, Rusiya istədiyini edəcək, Azərbaycan isə bunlara səssiz qalacaq. Özü də bunu ölkəsinin tanınmış eksperti dilə gətirir.
Üstəlik, Azərbaycanla təhdid dilə ilə danışmağın qarşı tərəfə ziyanlı olduğunu dəfələrlə göstərmişik. Özünü işinin peşəkarı hesab edən Artamonov xəbərlərimizi oxuyanda bu yöndə də maariflənsə, yaxşı olar.
O, birmənalı şəkildə bilməlidir ki, Azərbaycan ərazisində olan sülhməramlılar Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidirlər.
Atamonov barmağını elə silkələyir ki, sanki Rusiyanın ona qarşı neytral olan xeyli müttəfiqi var.
Rusiyadakı azərbaycanlıların bizneslə məşğul olduğunu, yaxşı yaşadığını deyir. Bu adam hələ bilmir ki, biznesmen ölkə iqtisadiyyatına xeyir verir. Yəni dolayısı ilə Rusiya da öz payını götürür. Artamonov savadsızlığını göstərmiş olur.
Dağıstan azərbaycanlıları Rusiyanın yerli əhalisidir və bu amili nəzərə almadan Azərbaycan əleyhinə bəyanatlar vermək Artamonovun öz ölkəsi üçün təhlükəlidir. Hörmətli ekspert bu yaxınlarda Rusiya prezidenti Putinin Qafqaz xalqlarının qayğısına qalmasına diqqət yetirsə, Kremlin bu mövzuda necə narahat olduğunu görər. Ən azından özünü mütəxəssis hesab edən şəxs ölkə başçısının səfərlərini hansı məqsədlə etdiyindən xəbərdar olmalıdır. Artamonov ekspert kimi görünməyən tərəflərini bilməlidir. Yoxsa düşünür ki, yalnız Azərbaycan əleyhinə danışmaqla özünü sanballı mütəxəssis kimi görünür?
Üstəlik, Artamonov əvvəlcə rus təbliğatçılarının Azərbaycan haqqında yazdıqlarını oxusun, yalnız bundan sonra mediamızdan şikayətlənsin. Azərbaycan həmişə qonşuluq münasibətlərinə yüksək diqqət yetirib. Təəssüf ki, ilk daş atan qarşı tərəf olub. Azərbaycan reaksiya verəndə isə dişlərini elə qıcayırlar ki, sanki onların hərəkətlərinə susqun münasibət göstərilməlidir.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirib.
"Yol-xeber.az" xəbər verir ki, dövlət başçısı müşavirədə Gədəbəyin Söyüdülü kəndində baş verən hadisələrdən də danışıb.
Prezidentin həmin məsələ ilə bağlı çıxışının videosunu təqdim edirik: