![]() |
|
Artıq Brüssel görüşü keçmişdə qalıb. Üstəlik, tərəflərin nümayəndə heyətləri Belçika torpağına ayaq basan kimi Azərbaycan Prezidenti İlham Əliyevin özünəinamı, Ermənistanın baş naziri Nikol Paşinyanın gərgin vəziyyəti hamının diqqətini çəkdi.
Tərəflər üç saata yaxın danışıqlar masası arxasında əyləşiblər və bundan sonra Avropa İttifaqı Şurasının prezidenti bəyanatla çıxış edib.
“Bir daha səmimi, dürüst və mənalı fikir mübadiləsi apardıq”.
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bununla bağlı ətraflı bəhs edilib:
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.
Seymur Qaraşov
Baş İdarənin bundan əvvəlki rəisi, polkovnik Sahib Əliyev vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilmişdi.
Daxili işlər orqanlarında yeni təyinat olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Abdullayev Ağaxan Əhliman oğlu Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ağaxan Abdullayev bundan əvvəl Goranboy RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsində çalışıb (apa).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Erməni toplumunda əsl panik durum yaşanır. Son vaxtlar baş verənlər erməni toplumunu ciddi şəkildə məyus edib. Brüssel görüşündən, xüsusilə də, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin açıqlamasından sonra ermənilər isterik əhval-ruhiyyədə hay-küyə başlayıblar. Və hazırda Ermənistanda olan xarici ölkə səfirliklərinin, eləcə də beynəlxalq qurumların ofislərinin qarşısında müxtəlif “şüarlar” bağırırlar.
Əsas “şüarlar” ondan ibarətdir ki, hər şey əvvəlki vəziyyətinə qaytarılmalıdır. Belə anlaşılır ki, erməni toplumu “bütün dünyanın onların ətrafında dolandığına” hələ inanır. Ona görə də, belə absurd “şüarlar”la tələblər irəli sürməyi mümkün hesab edirlər. Və erməni toplumu hay-küylə yenidən keçmişə dönə biləcəyinə ümidini itirməyib.
Halbuki, erməni toplumunun hay-küylə öz istədiyinə nail olduğu dövrlər artıq çox arxada qalıb. Daha erməni himayədarları da belə hay-küylərə, absurd “şüarlara” əhəmiyyət verməyə həvəsli deyillər. Bundan sonra keçmişə qayıtmaq, başıpozuqluq dövrünün davam etdirilməsinə imkan vermək qətiyyən mümkün deyil. Yəni, erməni toplumuna heç kim sərbəst cimayət törətmək vərdişlərini davam etdirmək şansı tanımaz.
Ona görə də, erməni toplumu “keçmişin xəyalları”nı bir kənara buraxıb, müasir dövrün yeni şərtlərinə uyğunlaşmaq məcburiyyətindədir. Əks halda, əgər, erməni toplumu könüllü şəkildə qanunlara riayət etməzsə, bunu etməyə sadəcə, məcbur ediləcək. Daha erməni terrorizmi, separatizm, özbaşınalıq və quldurluq dövrü qapanıb.
Bütün bunları nəzərə aldıqda, erməni radikal-revanşist qüvvələrin Ermənistan və Azərbaycanın Qarabağ regionunda başlatdığı “xaosa cəhd” planları baş tutmayacaq. Rəsmi Bakı erməni terrorçulara Laçın yoludan silah-sursat daşımaq, qaçaqmalçılıqla məşğul olmaq imkanı verməyəcək. Və Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatı da təsdiqləyir ki, Rusiyanın verdiyi dəstək də erməni terrorçulara keçmişə dönüş üçün yetərli deyil.
Təbii ki, erməni radikal-revanşist qüvvələrin arxasında məhz Rusiyanın planlarının dayandığı qətiyyən şübhə doğurmur. Məhz Kremlin ssenarisi əsasında erməni terrorçular Azərbaycanın Qarabağ regionunda aksiyalar keçirtməyə başlayıblar. Rusiya bu hay-küy sayəsində öz sülhməramlı qüvvələrinin Qarabağ regionunda daha uzun müddət qalmasına təminat almağa çalışır.
Rusiya siyasi dairələrindən sızan məlumatlara görə, Kremldə rəsmi Bakının rus sülhməramlıları 2025-ci ildə mütləq çıxartmaq niyyətində olması barədə qəti qənaətlər yaranıb. Hətta iddia olunur ki, Kreml rəsmi Bakının rus sülhməramlıları vaxtından əvvəl belə, Azərbaycan ərazisindən çıxarılmasını tələb edə biləcəyindən ciddi şəkildə narahatdır. Və ona görə də, Qarabağ regionunda erməni terrorçuları hərəkətə gətirərək, xaosla yüklənmiş situasiya yaradılmasına cəhd göstərilir.
Maraqlıdır ki, Ermənistandakı bəzi antirus mənbələr Rusiya sülhməramlıların və Araik Arutyunyanın rəhbərlik etdiyi terrorçuların Qarabağ regionunda yaşayan erməni azlığını girov kimi saxladığını iddia edirlər. Onların fikrincə, bölgədəki erməni azlığı Araik Arutyunyanın terrorçuları tərəfindən aksiyalara çıxmağa məcbur edilir. Buna qarşı çıxanlar isə erməni terrorçular tərəfindən təhdid olunur.
Digər tərəfdən, erməni terrorçuların rus sülhməramlılarla ortaq şəkildə daha “radikal planlar”ın reallaşdırılmasına hazırlaşdıqları barədə məlumatlar da mövcuddur. Həmin məlumatlara görə, Kreml rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması ilə qətiyyən barışmaq istəmir.
Çünki ABŞ və Qərbin də dolayısı ilə dəstəklədiyi bu addım sayəsində rəsmi Bakı erməni terrorçuların silah-sursat daşımasının qarşısını almaqla yanaşı, rus sülhməramlıların da üçtərəfli anlaşmaları kobud şəkildə pozan davranışlarını məhdudlaşdırıb. Və indi rus sülhməramlılar da Azərbaycan ordusunun nəzarəti altına düşməyə başlayıb.
Onu da qeyd edək ki, erməni terrorçular Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin açıqlamasından sonra ümumiyyətlə, isterik vəziyyətə düşüblər. Onlar artıq anlayırlar ki, hər şey sona çatmaq üzrədir, erməni terrorçuların “sərbəst quldurluq” dövrü həmişəlik qapadılır. Çünki Şarl Mişel rəsmi Bakının Qarabağdakı erməni azlığına humanitar yüklərin Bərdə-Ağdam-Xankəndi marşrutu ilə daşınmasını dəstəklədiyinə eyham vurmuşdu. Və bu, Qərbin də razılığı ilə real inteqrasiya prosesinin başlandığını göstərir.
Bu baxımdan, Kremlin “təxribat emissarı” Ruben Vardanyanın quldur dəstəsinin Ağdam-Xankəndi yolunu beton plitələrlə qapatmağa çalışması qətiyyən təəccüb doğurmadı. Əksinə, erməni terrorçuların hay-küyünün və reinteqrasiya prosesinə müqavimət cəhdlərinin arxasında məhz Rusiyanın dayandığını növbəti dəfə təsdiqlədi. Və yəqin ki, yaxın vaxtlarda Kremlə regional sülh prosesinin əngəlləməsinə yönəlik davranışlarından dolayı ciddi xəbərdarlıq mesajı veriləcək.
Nəhayət, Kremlin cəsarətləndirdiyi Araik Arutyunyan davranışları da rəsmi Bakını antiterror əməliyyatları barədə qərarın verilməsinə sövq edə bilər. Belə ki, erməni terrorçuların rəhbəri Araik Arutyunyan Xankəndidə oturaq aksiyalara qatıldığını bildirib. Eyni zamanda, erməni terrorçu bildirib ki, bu, yalnız başlanğıcdır. Əgər, bir həftə ərzində Laçın yolunda “sərbəst hərəkət” bərpa olunmazsa, onda erməni terrorçu daha sərt və radikal addımların atıla biləcəyi ilə təhdid edib.
Təbii ki, Araik Arutyunyan da, Rusiyanın pozucu davranışları da Azərbaycan üçün elə bir ciddi problem deyil. İndiki situasiyada Azərbaycan ordusu ilə istənilən toqquşma qarşı tərəfə böyük sarsıntı vəd edir. Ancaq rəsmi Bakının erməni terrorçu tərəfindən “vur” çağırışı ilə “qırmızı cizgilər”in keçilməsinə göstərilən cəhd mütləq nəzərə alacağı da qətiyyən şübhə doğurmur. Yəqin ki, ona da, terrorçu dəstəsinə də tezliklə Azərbaycan ordusu tərəfindən “yat” komandası veriləcək.(musavat.com)
Xəbər verildiyi kimi, iyulun 14-də Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycana qarşı permanent qanunsuz aksiyaya başlayıblar. Separatçılar Xankəndinin mərkəzindən Xocalı aeroportuna - rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər.
Aeroport önündən yayılan aksiya kadrlarında isə orada asılan “bayraqlar” xüsusi diqqət çəkib. Ərazidə Rusiya bayrağı ilə yanaşı, Ermənistanın bayrağı və Qarabağdakı separatçıların əski parçasının da asıldığı aydın görünür. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman bu nə hoqqabazlıq və həyasızlıqdır?
Rusiya bayrağının qaldırılmasını haradasa anlamaq olar. Bununla müvəqqəti yerləşdikləri ərazidə dislokasiyanı göstərmək istəyirlər - hərçənd Azərbaycan bayrağı da yanaşı asılmalıdır. Bəs Ermənistan bayrağının, oyuncaq rejiminin əski parçasının Xocalıya, Qarabağa nə dəxli? Komandanlıq heç olmasa, Putinin imzası duran 22 fevral 2022-ci il Moskva bəyannaməsini oxumayıbmı?
Beləliklə, Rusiya “sülhməramlı” kontingentinin gerçək mahiyyəti bir daha ortaya çıxır. Bəlli olur ki, onlar bölgəyə heç də iki xalqın barışığı üçün yox, yeni fitnə-fəsadlar törətmək, aranı daha da qızışdırmaq üçün göndərilib.
Bu harasıdır, bir gün sonra - iyulun 15-də - liderlərin Brüssel görüşü günü Rusiya XİN Azərbaycanla bağlı növbəti ultimativ mövqe sərgiləyib, ərazi bütövlüyümüz ikibaşlı cümlələrlə şübhə altına alınıb. Açıqlamada “blokada” nəticəsində guya Qarabağda humanitar fəlakətə yaxın situasiyanın yarandığı iddia olunur və erməni “ağzı ilə”, Bakı “təcili şəkildə Laçın dəhlizini açmağa” çağırılır. Sanki Laçın yolu bağlı imiş.
Sitat: “Bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsi narahatlıq doğurur. Bölgədə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri - bölgənin sadə sakinləri üçün ən dramatik nəticələrə səbəb ola bilər. Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bu dəhlizlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin bərpası, eləcə də rayonun enerji təchizatı üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.
Rəsmi Bakı artıq bu iddiaları cavablandırıb.
Xatırladaq ki, Bakı həm erməni icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının qarşılanması üçün öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankənd-Ağdam yolunu təklif edib. Məsələ Brüssel görüşündə də müzakirə olunub və təqdirlə qarşılanıb! Yəqin ki, Moskvanın təlaşı həm də bununla bağlıdır.
Rusiya XİN-in bəyanatından həmçinin aydın olur ki, Moskva suverenliyimizə hörmətsiz yanaşmağa və vəziyyəti qəsdən qəlizləşdirməyə davam edir. Halbuki 10 noyabr sənədi Azərbaycan Konstitusiyasından və beynəlxalq hüquqdan üstün ola bilməz. Bundan əlavə, Rusiya həmin sənədin 4-cü bəndini bu günədək yerinə yetirməyib, qanunsuz erməni silahlı dəstələrini ərazidən çıxarmayıb.
Rusiyanın bu kimi demarşlarına bəyanatdan savayı cavabımız nə olacaq? Xocalıdan Ermənistanın və oyuncaq rejimin “bayrağı”nın yığışdırılması tələb ediləcəkmi?
DİA.AZ-ın məlumatına görə, politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, məsələyə təkcə əsgi parçalarının Xocalı aeroportunda ucaldılması prizmasından yox, daha geniş prizmadan yanaşmaq daha məqsədəuyğundur. Ən çox diqqət edilməli olan başqa amillər də var: “Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra başlanan danışıqlar prosesinə ilk olaraq Rusiya qoşuldu. Sonra isə Avropa İttifaqı və ABŞ da qoşuldular. Hazırda mövcud iki danışıq platforması var. Biri Rusiyanın vasitəçilik etdiyi platformadır, digəri Rusiyaya əks mövqedə olan Qərb platformasıdır. Bu iki platforma arasında ciddi ziddiyyətli məqamlar var. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uzanması, sülh sazişinin imzalanmasının hələ də mümkün olmaması və hazırda mövcud olan durum bu iki platforma arasında ziddiyyətlərdən, fikir ayrılıqlarından, mübarizədən qaynaqlanır. Rusiya sülh müqaviləsinin imzalanmasında Qarabağla bağlı məsələləri dondurmaq və gələcək nəsillərə saxlamaq mövqeyindən çıxış edir. Qərb isə birmənalı olaraq Qarabağı Azərbaycan ərazisi olaraq tanımaqla orada yaşayan erməni əhaliyə müəyyən təhlükəsizlik təminatları verməklə bu problemin birdəfəlik həll edilməsini istəyir. Bu baxımdan bizə Qərb platforması çox əlverişlidir və onların mövqeyi bizim elan etdiyimiz məqsədlərlə uyğun gəlir. Rusiya platfomasında danışıqlar prosesi isə Rusiyanın mövqeyi üzündən ləngiyir, heç bir müsbət irəliləyiş yoxdur. Əksinə, Rusiya prosesi geriyə itələməklə məşğuldur. Rusiya XİN-in verdiyi məlum bəyanat da buna xidmət edir. Rusiya 10 noyabr üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəliklərin bəzilərini hələ də yerinə yetirməməklə ədalətli orbitr olmadığını bir daha ortaya qoyur. O cümlədən Azərbaycan ərazisində qondarma erməni separatçı rejiminin "bayrağı"nın hələ də saxlanmasına, bu azmış kimi, Rusiya dövlətinin bayrağı ilə yan-yana asılmasına, həmçinin Ermənistan bayrağının da orada ucaldılmasına şərait yaratması Rusiyanın sülh yaratma missiyasını deyil, sülhə qarşı olduğu siyasətini açıq ortaya qoyur. Azərbaycan dəfələrlə 10 noyabr üçtərəfli bəyanatının tələblərinin icrasını Rusiya tərəfinin qarçısında qaldırsa da, Rusiya verilən bəyanatları, çağırışları nəzərə almır və ya əhəmiyyət vermir. Bu vəziyyət isə separatçıları və Ermənistanı arxayınlaşdırır. Böyük ehtimalla Azərbaycan Xocalıdan Ermənistanın və oyuncaq rejiminin “bayrağı”nın yığışdırılmasını Rusiyadan tələb etsə belə, yenə də müsbət reaksiya olmayacaq.
Qərb platforması isə dediyimiz kimi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün prosesi müəyyən mərhələyə qədər çatdıra bilib. Eləcə də Qarabağ ermənilərinin məsələsinin Azərbaycanın qanunları çərçivəsində həllinin tərəfdarı olduğunu nümayiş etdirib".
Politoloq qeyd etdi ki, Rusiya tərəfi Qərb platformasında aparılan prosesin real nəticəyə yaxınlaşmaqda olduğunu hiss edir. Ona görə də ən müxtəlif təxribatlar təşkil edir və edəcək: “Məqsəd odur ki, real nəticə verməkdə olan prosesin qarşısını alsın. Bu prosesin qarşısını almaq üçün də Rusiya bir tərəfdən XİN vasitəsilə Azərbaycanın xeyrinə olmayan bəyanat verir, digər tərəfdən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçı ermənilərin, Vardanyan kimi emissarlarının əli ilə müxtəlif təxribatlar, o cümlədən bayraq təxribatı kimi təxribatlar təşkil edilir və yəqin ki, bundan sonra da ediləcək. Separatçıların əski parçalarının Rusiya bayrağı ilə yanaşı asılmasından tutmuş hər cür təxribata hazır olmalıyıq. Azərbaycanın diplomatik çərçivədə XİN vasitəsilə bəyanatla Rusiyaya etirazını, narazılığını bildirməsi hazırkı məqamda düzgün yoldur. Biz sülh danışıqlarını dayandırmamalı və prosesin sülh sazişinin imzalanmasına gətirib çıxarmasına çalışmalıyıq. 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxmasının qarşısını almaq üçün yaradılan müxtəlif təxribatlardan da yayınmalıyıq. Şübhəsiz ki, silahlı qüvvələrimizə və əhalimizə hər hansı təhlükə yaranarsa, buna ən sərt cavab verilməlidir, təhlükə mənbələri məhv olunmalıdır. Həmin təhlükə mənbələri rus sülhməramlı adlanan qüvvələri çətiri altında olsa belə, məhv edilməlidir. Bizim cavabımız bu şəkildə olmalıdır. Rusiya düşünməməlidir ki, erməniləri hər cür təxribata sövq edəcək və Azərbaycan buna susacaq, yaxud da ancaq bəyanatla cavab verəcək. Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələrinin və quldur dəstələrinin məhv edilməsi üçün Azərbaycan Ordusunun bircə dənə korpusunun güc tətbiq etməsi kifayətdir”.
“Daşkəsən rayonunda heç kim 1-2 ildən artıq işləməyib. Amma mən 13 ildir ki, burada icra başçısıyam”.
Bunu Azvision.az-a açıqlamasında Daşkəsən rayonunun keçmiş icra başçısı Əhəd Abıyev deyib.
O, öz ərizəsi ilə işdən çıxmaq barədə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib:
"Daşkəsən dağlıq rayondur. Son vaxtlar burada sel, təbii fəlakətlər çox olur, səhhətimə pis təsir edir. Amma Aran rayonlarında işləyə bilərəm, hələ gümraham. İndi Prezidentin göstərişini gözləyirəm. Allah ona cansağlığı versin, o, özü bilən məsləhətdir. Nə desə, o da olacaq. Biz Prezidentin əsgərləriyik. Mən də zabit kimi bu dövlətçiliyə, iqtidara sədaqətli olmuşam, sadiqlik nümayiş etdirmişəm"”.
Prezidentin etimadını hər an, hər zaman doğrultduğunu deyən Əhəd Abıyev bildirib ki, bu gün Daşkəsən rayonu şikayətlərin az olmasına görə birinci yerdədir:
“Rayonda sabitlik, əmin-amanlıqdır və heç bir söz söhbət yoxdur. Hazırda İcra hakimiyyətində, öz otağımdayam. Kollektivlə söhbət edib vidalaşıram. Sonra bir qonaqlıq olacaq, onunla da buradan ayrılacam”.
Qeyd edək ki, dünən Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.
44 günlük müharibənin nəticələrindən narazı qalan ölkələrdən biri də Fransadır. Rəsmi Paris hələ də 2-ci Qarabağ savaşında ölkəmizin halal qələbəsini həzm edə bilmir və hətta Qərbin, fransız Şarl Mişelin patronajlığı ilə aparılan sülh prosesini belə baltalayır. Bundan ötrü erməni lobbisinin diktəsi ilə İrəvana reallaşması mümkün olmayan vədlər verir, separatçı-revanşistləri şirnikləndirir.
Son zamanlar isə Fransa - onun prezidenti E.Makron, parlamenti kapitulyant ölkəni silahlandırmaqla təhlükəli fəaliyyətlərdə bulunmadadır. Belə ki, iki gün öncə Fransa Senatının sədri Jerar Larşe Parisdə erməni həmkarı Alen Simonyanla görüşdən sonra Makron hökumətini “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Fransa silahlarının tədarükünü sürətləndirməyə” çağırıb. Bu barədə o, Twitter-də yazıb.
Xatırladaq ki, bir qədər öncə Fransa Ermənistana 50 zirehli transportyor göndərib. Müdafiə naziri Suren Papikyanın ən çox səfər etdiyi ölkə isə məhz Fransadır.
Bəs söhbət hansı silahlardan gedir və Fransa onları Ermənistana hansı qiymətə satacaq? Yoxsa bağışlayacaq?
Əlavə edək ki, Azərbaycan və Ermənistan arasında ədalətli sülhə ən çox maneə yaradan məhz Fransa və Rusiyadır. Bəzən bu iki dövlət hətta özləri də bilmədən sinxron hərəkət edir.
Ermənistan ordusunun Fransa silahları hesabına təzədən qurulması mümkünmü?
Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov bunu tam mümkünsüz sayır: “44 günlük savaşda biz qalib gəldik. Çox dövlətlər var ki, Azərbaycanın haqlı qələbəsini həzm edə bilmədilər. O ölkələrdən biri də Fransadır. Hamıya bəllidir ki, qələbəmiz dövründə min cür hoqqadan çıxdılar. Senatorları, alt və üst palatalarının üzvləri əleyhimizə çoxlu sayda qərarlar çıxardılar. Bəziləri hətta Qarabağın müstəqilliyini tanımaq kimi xülyalara da qapıldılar. Fransa həddindən çox diasporlarına sahib ölkədir. Prezidentdə təsir qüvvələri həddindən artıq çoxdur. Minsk Qrupunun illərlə həmsədri kimi Ermənistana tərəfkeşlik də etdi. Minsk Qrupu öz mövqeyini tamamilə itirdikdən sonra da açıq şəkildə Azərbaycanın üzərinə gəlməyə başladı. Belə hücumlar, gördüyümüz kimi, bu gün də davam edir. Azərbaycan öz siyasətini aparır. Brüsseldə Şarl Mişelin iştirakı ilə iki dövlət başçısının keçirdiyi görüş müsbət nəticələr verə bilər. Amma buna mane olan dövlətlər var. Bunlardan biri Fransa, əsasən də Rusiyadır. İstəmirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq olsun. Əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin məlum bəyanatı verməsi, ardınca Azərbaycan XİN-ə cavab verməsi, sonra Fransa Senatının açıqlaması onu göstərir ki, bəzi dövlətlər Cənubi Qafqazı sona qədər maraq dairəsində saxlamağa cəhd edir. Buna Fransa həm də Ermənistanın vasitəsilə nail olmağa çalışır. Regionda Türkiyə, Rusiya, İran faktoru da var. Amma Fransanın burada işi çox çətindir. Çünki Cənubi Qafqazdan çox uzaqdadır. Papikyanın son zamanlar tez-tez Fransaya səfər etməsi, oradan silah tədarükünün edilməsi, logistikanın müəyyənləşdirilməsi bir çox mətləblərdən xəbər verir. Fransa kapitalist ölkədir. Heç zaman pulsuz silah satmayacaq. Ermənistanın isə o səviyyədə maliyyəsi yoxdur ki, Fransadan bahalı silahlar alsın. Əlbəttə, hansısa silahları təmənnasız verə bilər. Amma vacib - müasir silahlarla Ermənistanı təmin etməsi mümkünsüz görünür. Ermənistan Silahlı Qüvvələrinin başqa modelə keçməsi, təzədən ordu formalaşdırması çox çətindir. Bu, uzun müddət tələb edir. II Qarabağ savaşında Ermənistan ordusunun 70 faiz silahı ordumuz tərəfindən məhv edildi. Sıradan çıxarılan bu ordunun bərpası, ştata uyğun komplekləşməsi üçün çoxlu sayda maliyyə dəstəyi lazımdır. Bu imkan isə Ermənistanda yoxdur. Son zamanlar Rusiya ilə gərgin münasibətləri də ona imkan vermir ki, bunlar ordunu rus silahları ilə təmin etsinlər. Paşinyan hakimiyyəti ilə Kreml arasında gərginlik yaşanır. Güman edirəm ki, bu çox davam edə bilməz.
Fransadan son zamanlar Ermənistana verilən dəstək bəyanatları, açıqlamalar heç nəyi dəyişmir. Çünki regionda başqa qüvvələr var. O qüvvələrdən biri də qardaş Türkiyə dövlətidir. Bu ölkə də çox güclü orduya sahibdir. Həm də regiona Türkiyə çox yaxın bir dövlətdir. Heç zaman da Fransanın bu regiona soxulmasına razı olmaz. Son anda Rusiya hətta Ermənistanı işğal edər, nəinki Fransanın bu regionda erməni tərəfinin iştirakı ilə iştirakına göz yumar. Bunu da Fransa və Ermənistanda yaxşı bilirlər. Azərbaycan müharibədən sonra çox güclənib. Sərbəst siyasətimizi davam etdiririk. Cənubi Qafqazdakı digər ölkələrdən bizim siyasət fərqlidir. Hər şey göz qabağındadır. Bir sözlə erməni ordusunun Fransa silahları hesabına yenidən qurulması mümkünsüzdür. Bunu hava yolu ilə bəlkə mümkün etmək olar ki, bu da çox baha başa gələ bilər. Həm də bunun üçün ordu NATO sisteminə, yəni Fransanın ordu sisteminə keçməlidir. Necə ki, Azərbaycan Türkiyə modelini seçdi və bunu da uğurla həyata keçirir. Amma hələ ki tam şəkildə uğurla da həyata keçirməmişik. İndi necə ola bilər ki, Ermənistan bu sistemə hələ keçidin başlanğıcını etməmiş Fransa ordu sisteminə keçsin? Bu tam şəkildə mümkünsüz görünür. Fransa modelinə keçmədən həmin silahlarla təchiz olunmaq mümkün deyil. Hesab edirəm ki, yaxın 5-10 ildə bu mümkün olmayan bir məsəlidir”. //“Yeni Müsavat”//