![]() |
|
Qarabağda məskunlaşan quldur hökumətin başçısı Arayik Arutyunyan yenidən təxribatçı bəyanatla çıxış edib.
O, irredentist komandası ilə görüşdə bildirib ki, bir şərtlə Bakı ilə dialoqa hazırdır.
Bu ondan ibarətdir ki, Rusiya vasitəçi rolunu öz üzərinə götürsün.
O hələ də başa düşməyib ki, Azərbaycan üçüncü dövlətlərin vasitəçiliyi ilə etnik azlıqlarla danışıqlara getməyəcək. Belə bir beynəlxalq mexanizmlər yoxdur.
Son vaxtlar Arutyunyan Rusiyanı məsələyə qatmaq üçün dəridən-qabıqdan çıxır və gərginliyi artırmaqla nəysə əldə etməyə çalışır. Lakin qeyd etmək yerinə düşər ki, dünən Rusiyan XİN nümayəndəsi Mariya Zaxarova Qarabağdakı vəziyyətlə əlaqədar onun Kremlə ünvanladığı yalvarış məktubundan xəbərsiz olduğunu bildirdi. Bununla bağlı erməni jurnalistin sualını cavabsız qoydu.
Erməni-Rusiya mənbələri iyunun 15-də Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının quraşdırılması zamanı baş verən insidentin daha dolğun görüntülərini yayıblar.
Bununla atəşin erməni tərəfi tərəfindən açıldığını bir daha təsdiqlənir, bayrağın quraşdırılmasına çəkinərək mane olmağa çalışan sülhməramlı nümayəndələri də Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıblar.
Bundan sonra nə baş verdi, bilirsiniz: snayperlərin sıradan çıxarılması, BQXK-dan başqa hamının yolunun bağlanması, ümumi gərginliyin artması və nəticədə Qarabağda “Qisas-2” əməliyyatı.
Rus hərbi kontongentinə Bərdə və Ağdam üzərindən Xankəndiyə getmək də təklif edilib.
Laçın yolu yalnız BQXK-nın üzünə açıqdır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.
Süjetdə Qərbi azərbaycanlıların vətəndaşlıqla bağlı hüquqlarının rəsmi İrəvan tərəfindən pozulduğu, Ermənistan hakimiyyətinin bununla da beynəlxalq hüquq normalarını tapdaladığı vurğulanır.
“Qərbdəki havadarlarının, Rusiya və keçmiş SSRİ-nin dəstəyi ilə qərbi azərbaycanlılar tarixi, dədə-baba yurdlarından qovulub. Beynəlxalq ictimaiyyət, o cümlədən Qərb dünyası Ermənistanın öz vətəndaşlarını ölkəyə buraxmamasına məhəl qoymur. Amma Qərbi Azərbaycan İcmasının başlıca hədəfi vətənə, yurda, Ermənistana qayıdışdır və qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazırdır. Qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqların təmin olunması müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməlidir”.
Diqqətə çatdırılır ki, 35 il əvvəl dünyanın gözü qarşısında qərbi azərbaycanlılar Ermənistandan silah və zorakılıq yolu ilə çıxarıldılar:
“Ermənistanın etnik təmizləməsi nəticəsində bu ölkənin vətəndaşı olan azərbaycanlılar öz ata-baba yurdlarından məcburi qovuldular. Məhz bunun nəticəsində Ermənistan mono-etnik ölkəyə çevrildi. Bu, Ermənistanda dövlət səviyyəsində aparılan faşist, şovinist siyasətin nəticəsidir. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız oldu”.
Süjetdə problemlərin həllinin danışıq və müzakirədən keçdiyi, Ermənistan hələ də barışıq çağırışlarına cavab vermədiyi, günahkar olduğu üçün daim müzakirələrdən qaçdığı ön plana çəkilir.
Bildirilir ki, Qərbi Azərbaycanda türklərə məxsus qəbiristanlıqlar, mədəni və dini abidələr Ermənistan və ermənilər tərəfindən sistemli şəkildə dağıdılıb, yer adları dəyişdirilib, saxtalaşdırılıb:
“Son dəfə Ermənistandan qovulan 250 mindən çox insan öz əzizlərinin qəbrini ziyarət etməkdən məhrum olub. Ona görə də öz yurdlarına dinc yolla qayıtmaq, dinc məqsədlərə, doğma torpaqlara qayıdışa dialoq yolu ilə nail olmaq ən optimal yoldur. Beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsi vacibdir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
Azərbaycan Ordusunun “Qisas-3” əməliyyatına başlaya biləcəyi haqda məlumatlar Ermənistan cəmiyyətində ciddi panikaya səbəb olub.
Yenisabah.az xəbər verir ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ordumuzun vaxtaşırı atəşə tutulması, “müdafiə” işləri görməsi və s. Bakının səbrini daşırır və bunu ermənilər də bilir. Ona görə də “Qisas-3” əməliyyatını hər an gözləyirlər.
Erməni mediasına açıqlama verən hərbi ekspert David Karapetyan bildirib ki, 10 noyabr 2020-ci il bəyanatında Qarabağda erməni hərbi birləşmələrinin olmaması barədə maddə var: “Söhbət Ermənistan vətəndaşı olan və Ermənistanda qeydiyyatda olan, Qarabağın “hərbi hissələri”ndə xidmət edən vətəndaşlardan gedir. Ancaq orda Qarabağın “müdafiə ordusu” haqda heç nə yoxdur”.
Karapetyan bildirib ki, hazırda İlham Əliyev Qarabağdakı erməni silahlıların (Karapetyan onu “müdafiə ordusu” adlandırır – red.) tərk-silah olunmasını, “hökumət sisteminin” bütün strukturlarının buraxılmasını tələb edir.
Karapetyan xatırladıb ki, Azərbaycanın növbəti tələbi Qarabağdakı erməni icmasının Ağdamdan ticarətə başlamasıdır:
“Əliyev bu yaxınlarda növbəti hücum ehtimalının olduğunu açıqladı və hətta sorğu da keçirildi ki, Azərbaycan əhalisinin 80 faizi “Qisas 3” adlı əməliyyatın tərəfdarıdır. Bu barədə Azərbaycan dövlət telekanalı məlumat yayıb. Onlar açıq elan edirlər ki, “Qisas-3” əməliyyatına hazırlaşırlar. Təbii ki, bu, təzyiq mexanizmidir. Düşünürəm ki, kollektiv Qərb Azərbaycana hələ ki, genişmiqyaslı hərbi əməliyyatlara başlamağa icazə verməyib”.
O bildirib ki, Azərbaycan sülhməramlıların Qarabağda silah daşıdığını, Ermənistanın üçtərəfli bəyannamənin bəndlərini pozduğunu, hələ də Zəngəzur dəhlizinin açılmadığını qeyd edirsə, bu, Azərbaycan rəhbərliyinin hücum planı ilə hərəkət edəcəyinin mesajıdır - Bakı buna görə cavab gözləyir:
“Ona görə də Araik Arutyunyan deyib ki, biz bütün ssenarilərə hazır olmalıyıq. Çünki Azərbaycan tələb edir ki, təkcə ordu deyil, ümumiyyətlə, hakimiyyət sistemi ləğv olunsun. İndi problem ondadır ki, sülh müqaviləsi ilə bağlı müxtəlif geosiyasi mərkəzlər tərəfindən aparılan bu müzakirələrin regionumuzda gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Təhlükəli ssenarilərin qarşısını almaq üçün burada intensiv iş aparılmalıdır”.
O, Rusiyanın hazırkı zəif vaxtından Azərbaycanın istifadə edib-etməyəcəyi sualına da cavab verib:
“Rusiya nə qədər zəifləmiş olsa da, Azərbaycan razılıq və konsensus olmadan orada ruslardan ayrı hərbi əməliyyatlar apara biləcək gücdə deyil. Azərbaycan uzaqgörən siyasət yeridir, sülhməramlıların Qarabağı tərk etmələrini tələb etmək üçün onların müddətinin bitməsini gözləyir. İndi onların problemlər yaratması üçün o qədər də yaxşı vaxt deyil.
Amma bu bir faktdır ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanla həmsərhəd Naxçıvanda hava hücumundan müdafiə sistemi, artilleriya sistemləri, raket sistemləri, helikopterlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə komanda qərargah təlimləri keçirir. “Yaşıl işıq” yandırılıb-yandırılmayacağından asılı olmayaraq, onlar nəyəsə hazırlaşır və hazırdırlar. “Yaşıl işığ”ın yanması siyasi və diplomatik pərdəarxası razılaşmaların nəticəsi olacaq. Və ikinci: ABŞ-ın Ermənistandakı səfiri çox diqqətəlayiq bir açıqlama verdi. O əmindir ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycanın tərkibində qoruna bilər. Bu artıq müəyyən mənada yaşıl işıqdır, bilmirəm bu söhbətin daha hansı kulis təzahürləri var, amma bu, çox təhlükəli bəyanatdır.
Problem ondadır ki, indi bütün fövqəlgüclərin rəhbərləri yekdilliklə Qarabağ xalqının (Qarabağdakı erməni icması nəzərdə tutulur – red.) hüquqlarının və təhlükəsizliyinin Azərbaycanın tərkibində qorunub saxlanıla biləcəyini bəyan edir.
Erməni tərəfi isə bütün bu ssenarilərdən asılı olmayaraq, Marqaranın infrastrukturunu qaydaya salmaq üçün işləri tezliklə başa çatdıracağını bəyan edir, Türkiyə tərəfinin də razılaşmaya sadiq qalacağına böyük ümidlər bəsləyir və yayda bunu həyata keçirəcəklər. Paşinyan hətta Ərdoğanla telefon danışığı da edib, diplomatik pasportlara malik üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair razılaşma məsələsini müzakirə edib. Yəni bütün bunların fonunda kontekstin iki yerə bölünməsi təəssüratı yaranır”./Axar.az
Cənubi Qafqazda dünya nəhənglərinin savaşı Ermənistanı çıxılmaz vəziyyətə salıb. Belə ki, rəsmi İrəvan regionda geopolitik maraqları olan dünya nəhəngləri arasında “xaotik manevrlər” etməklə, Ermənistanı düşdüyü şərtlərin diktə olunduğu zəif ölkə durumundan çıxartmağa çalışırdı. Ona görə də, rəsmi İrəvan əvvəlcə Ermənistanı öz forpostu kimi himayə edən Rusiyaya arxa çevirmişdi.
Ancaq Ermənistanın Rusiyaya xəyanəti rəsmi İrəvanın Qərbin himayəsinə sığınmaq ümidlərini doğrultmadı. Düzdür, Fransa Ermənistana dəstək vermək üçün bütün imkanlarından istifadə edir. Ancaq rəsmi Parisin Cənubi Qafqaza, xüsusilə də, Azərbaycana təsir mexanizmləri olmadığından Fransanın dəstəyi Ermənistana hətta əlavə problemlər belə, yaratmağa başlayıb.
ABŞ-ın mövqeyi isə Ermənistanın siyasi dairələrində ciddi məyusluq yaradıb. Belə ki, Ağ Ev Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında təşəbbüsü Rusiyanın əlindən almağa nail olub. Buna baxmayaraq, ABŞ-ın rəsmi dairələri Rusiyadan fərqli olaraq, sülh danışıqlarında beynəlxalq hüquq normalarına istinad etməyə üstünlük verir. Bu isə hazırda Ermənistanın deyil, məhz Azərbaycanın maraqlarına tam şəkildə cavab verir.
Ona görə də, ABŞ və Qərbdən narazı qalan Paşinyan hakimiyyəti Ermənistanı yenidən Rusiyanın himayəsi altına qaytarmağın yollarını axtarır. Bu baxımdan, baş nazir Nikol Paşinyanın növbəti dəfə Rusiya prezidentinə telefonla zəng edərək, ənənəvi “xahiş və şikayət potensialı”nı işə salması qətiyyən təəccüblü deyil.
Ancaq Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın Qarabağ iqtisadi rayonu, eləcə də, Laçın yolu ilə bağlı hər hansı məsələni müzakirə etməsi olduqca absurddur. Çünki nə rəsmi İrəvan, nə də Kreml bu mövzular üzrə hər hansı qərar vermək hüququna malik deyillər. Bu məsələlər Azərbaycanın daxili işidir və bu barədə yalnız rəsmi Bakı qərar verir.
Ona görə də, erməni baş nazir və Kreml sahibi özlərinə heç bir aidiyyatı olmayan belə mövzuları müzakirə etməklə, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi göstərmiş olurlar. Əslində, bu iki siyasətçinin davranışları daha çox panik durumdan qaynaqlanır. Çünki Rusiya Cənubi Qafqazdakı mövqelərini artıq itirmək üzrədir. Rusiyanın bu regionu həmişəlik tərk etmək məcburiyyətində qalacağı vaxt o qədər də uzaqda deyil. Və indi Kreml bütün vasitələrlə geopolitik proseslərin istiqamətlərini dəyişmək şansları axtarır.
Ermənistana gəldikdəsə, rəsmi İrəvan da Cənubi Qafqazda erməni separatizminin və terrorizminin sıradan çıxarılmaq üzrə olduğunu anlayır. Yəni, region "erməni faktoru"nun təsirindən xilas edilir. Rəsmi İrəvan anlayır ki, bundan sonra Ermənistan Azərbaycandan asılı vəziyyətə düşəcək. Yəni, Ermənistanın gələcək taleyi məhz birbaşa rəsmi Bakıdan asılı olacaq.
Üstəlik, rəsmi İrəvanın Rusiyaya xəyanət edib, üz tutduğu ABŞ və Qərbə olan ümidləri də artıq boşa çıxmaqdadır. Son məlumatlara görə, ABŞ Ermənistandan israrla beynəlxalq hüquq normaları, yəni, Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanmasını tələb edir. Bununla Ağ Ev Cənubi Qafqazdan Rusiyanın çıxarılması prosesini sürətləndirmək istəyir.
ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəyinə inandıqlarını bəyan etməsi isə Ermənistana sarsıdıcı zərbədir. Bu, rəsmi Bakının geopolitik tezislərinin ABŞ tərəfindən dəstəkləndiyini təsdiqləyir. Və eyni zamanda, Ermənistanın sülh danışıqları prosesində əngəlləyici iddialarla manevrlər etmək şanslarını bloklayır.
Nəhayət, bəzi diplomatik mənbələrdən sızan məlumatlara görə, Ağ Ev qeyri-rəsmi kanallarla Ermənistana qarşı rəsmi Bakının daha bir önəmli tələbinin yerinə yetirilməsi tələbi ilə təzyiq göstərir. Belə ki, ABŞ rəsmi İrəvandan Azərbaycanın Qarabağ iqtisadi rayonunda qalan Ermənistan ordusunun tör-töküntülərinin dərhal bölgədən çıxarılmasını tələb edir. Və Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında bu məsələnin həllini vacib hesab edən ABŞ-ın Ermənistana təzyiqlərinin maksimum həddə çatdığı da bildirilir.
Ona görə də, rəsmi İrəvan indi yenidən ABŞ və Qərbdən üz çevirib, vaxtilə xəyanət etdiyi Rusiyanın himayəsi altına qayıtmağa çalışır. Baş nazir Nikol Paşinyanın prezident Vladimir Putinə telefon zəngi də böyük ehtimalla Rusiyanın Ermənistana verə biləcəyi himayə qarantiyasının əhatə dairəsini müəyyən etmək məqsədi daşıyır. Ancaq bu iki məğlub ölkənin – Rusiya və Ermənistanın Azərbaycana qarşı hansısa ortaq plan qurmaq şansı indiki beynəlxalq situasiyada qətiyyən inandırıcı görünmür.
Buna baxmayaraq, Kremlin hələ ümidlərini tam itirmədiyi də inkaredilməz reallıqdır. Böyük ehtimalla prezident V.Putin yenə də erməni baş nazirə yenə də müəyyən vədlər verməkdən özünün saxlaya bilməyib. Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın son açıqlamaları Kremlin bölgədə mövqelərini möhkəmləndirmək cəhdlərindən xəbər verir.
Məsələ ondadır ki, Rusiya XİN-in təmsilçisi Kremlin Azərbaycanın Qarabağ bölgəsində atəşkəs rejiminin pozulması hallarının artmasından və Laçın yolunun blokadasının davam etməsindən son dərəcə narahat olduğunu bildirib. Onun fikrincə, bu, üçtərəfli anlaşmalara ziddir: “Biz Bakı və İrəvanı bütün məsələləri siyasi və diplomatik yollarla həll etməyə çağırırıq. Biz Azərbaycan tərəfini Laçın “dəhliz”inin blokadasını açmağa, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin mülki məqsədlər üçün maneəsiz hərəkətini təmin etməyə çağırırıq”.
Göründüyü kimi, Kreml eynilə ona xəyanət etmiş Ermənistanın iddialarını təkrarlayır. Ancaq Rusiyanın arqumentləri tamamilə absurd və mənasızdır. Çünki Kremlin bundan sonra üçtərəfli anlaşmalara istinad etmək hüququ yoxdur. Kreml həmin anlaşmaları özü pozaraq, qüvvədən salıb.
Məsələ ondadır ki, üçtərəfli anlaşmaların tələblərinə baxmayaraq, Kreml və rəsmi İrəvan Ermənistan ordusunun tör-töküntülərini hələ də Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxartmayıb. Nəticədə silahlı erməni terror dəstələri bölgədə atəşkəsi pozmaqla, təxribat törədirlər. Laçın yolunda isə Azərbaycan məhz Rusiya və Ermənistanın həmin erməni terror dəstələrinə silah-sursat daşıdıqları üçün nəzarət-buraxılış məntəqəsi qurmaq məcburiyyətində qalıb.
Göründüyü kimi, Kremlin bütün arqumentləri artıq əlindən çıxıb. Rusiyanın “narahatlığı” və ya absurd “çağırışları” indi heç bir əhəmiyyət daşımır. Əksinə, Kreml indi öz missiyasından başqa hər şeylə məğşul olan Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən həmişəlik çıxartmağa hazırlaşmalıdır. Çünki rəsmi Bakının Kremldən bunu tələb edəcəyi vaxt sürətlə yaxınlaşır.
Rusiya lideri Putin “FSB”, Rusiya Xarici İşlər və Müdafiə Nazirliklərinə Qarabağdakı ermənilərin durumu ilə bağlı məsələ ilə ciddi məşğul olmağı tapşırıb.
Moderator.az xəbər verir ki, News.am-ın, eləcə də, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bunu baş separatçı Arayik Arutyunyanın iqamətgahı yaxınlığında “xalq hərəkatı qərargahı”nın təşkilatçılığıyla keçirilən etiraz aksiyasının iştirakçıları ilə görüşdə qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya tərəfinin A.Arutyunyanın V.Putinə vəziyyətlə bağlı məktubuna reaksiyasına istinad edərək söyləyib.
O, Ermənistan baş naziri Nikol Paşinyanla Vladimir Putin arasında telefon söhbətinin bəzi təfərrüatlarını da təqdim edib. T.Petrosyanın sözlərinə görə, Paşinyan Rusiya diktatoru ilə söhbətdə hazırda Qarabağda vəziyyətin məktubun yazıldığı vaxtdan daha pis olduğunu, yəni anbaan pisləşdiyini də vurğulayıb,
“Bu həftənin sonuna qədər, təxminən 4-5 gün gözləməliyik. Sülhməramlı qoşunların komandanlığına da yazılı şəkildə məlumat verilib ki, Artsaxda ərzaq çatışmazlığı var. Tələbimiz qısa müddət ərzində yolun açılmasıdır. Biz gözləyirik və əgər Rusiya həmin müddətdə aktiv addımlar atmasa, onun bizə münasibəti aydın olacaq. Onu da əlavə edim ki, bizim müxtəlif təkliflərimiz var, lakin hələlik bu barədə danışmaq düzgün deyil, çünki biz Rusiyanın addımlarını gözləyirik”, - deyə T. Petrosyan əlavə edib.
Petrosyan bildirib ki, o, guya “FSB” rəhbəri ilə də telefon danışığı aparıb və onu Artsaxdakı humanitar vəziyyətlə də tanış edib
Onun sözlərinə görə, Rusiya tərəfi fəal addımlar atmasa, separatçı “hökumət” “öz təkliflərini müsbət və mənfi tərəfləri ilə xalqa təqdim edəcək”.
“Son qərarın referendumla qəbul edilməsi çox mümkündür, çünki belə qərarlar başqa cür qəbul edilə bilməz”, - deyə T. Petrosyan vurğulayıb...
1988-ci ilə qədər Azərbaycanın himayəsi altında Qarabağda ermənilər çox yaxşı şəraitdə yaşayıblar. O dövr üçün Bakı, Gəncə və Sumqayıtdan sonra Xankəndi Azərbaycanın ən abad, inkişaf etmiş gözəl şəhərlərindən biri idi. Həmin vaxtlarda Azərbaycanın əksər rayonlarında kanalizasiya xətti olmasa da, Xankəndidə bu sistem qurulmuşdu. Erməni, rus dilində məktəblər fəaliyyət göstərirdi. Texnikumlar və peşə məktəbləri var idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, o dövr Xankəndidə Azərbaycan, rus erməni dilində pedaqoji inistitutun filialı fəaliyyət göstərirdi:
“Eyni zamanda bir sıra zəruri istehsal sahələri mövcud idi. Qarabağ ipək kombinatı da burada fəaliyyət göstərirdi. Həmin vaxtlarda Xankəndidə yaşayan azərbaycanlılar da təsdiqləyər ki, orada təminat yüksək səviyyədə olub. Xankəndi ətrafında ən böyük kəndlərdə 70-ci illərin ortalarına qədər orta məktəb yox idi. Eyni zamanda o zamanlar Bakıdan İrəvana gedən magistral qaz xətti Xocalının yanından keçməsinə baxmayaraq bura təbii qaz verilmirdi. Amma ən ucqar ermənilər yaşayan dağ kəndlərinə təbii qaz xətti çəkilmişdi. Onların orada ermənicə radioları, qəzetləri belə var idi”.
Millət vəkili hesab edir ki, elə o dövrdə orada hüququ pozulanlar azərbaycanlılar olub:
“Çünki ermənilər orada ən yüksək şəraitdə yaşayırdılar. O dövrün yaşlı erməniləri səmimi olsalar bu faktları dilə gətirib danışarlar. İndiki ağır şəraitləri ilə o dövrdəki yaşayışlarını müqayisə edib nəticə çıxararlar”.
Elman Məmmədova görə ermənilərin hüquqları Azərbaycanda heç vaxt pozulmayıb:
“Əksinə olaraq azərbaycanlıların Xankəndi və ətraflarda hüquqları pozulurdu. Hətta Bakıda ali təhsil almağa gələn tələbələr o vaxt ermənilərin evlərində kirayədə qalırdılar. Maraqlısı isə odur ki, Bakıda ermənilərin hüquqları necə pozulurmuş ki, onlar burada mal-mülk sahibi idilər... Ona görə də, ermənilərin Bakıda və Azərbaycanda hüquqları heç vaxt pozulmayıb. İndi də Azərbaycan Prezidenti tərəfindən Qarabağda yaşayan ermənilərə dinc şəraitdə yaşayacaqları şəiaitdə digər ölkə vətəndaşları ilə bərabər hüquqlar təklif edilir”.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın xahişi ilə zəng edib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı Arutyunyanın özü iyulun 5-də keçirilən müşavirədə verib.
Separatçıların bu müşavirədə Paşinyan və Putin arasında telefon söhbətini müzakirə etdikləri xəbər verilir.
Ermənistan baş nazirinin ofisi bildirib ki, Putin və Paşinyan telefon söhbəti zamanı “Laçın dəhlizinin qanunsuz bağlanmasına” görə Qarabağda yaranmış “humanitar böhranı” və onun aradan qaldırılması yollarını müzakirə ediblər.
DİA.AZ xatırladır ki, Arayik Arutyunyan bundan əvvəl Rusiya prezidentinə məktub göndərmişdi.
Məktubda deyilirdi ki, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasına görə Qarabağda təhlükəsizlik vəziyyəti və humanitar durum gündən-günə ağırlaşır.
Bu da qeyd olunurdu ki, Rusiya sülhməramlıları öz öhdəliklərinə əməl etmək üçün zəruri və təxirəsalınmaz addımlar atmalıdırlar.
Arayik Arutyunyan yazmışdı ki, separatçılar bütün problemləri dinc dialoq yolu ilə həll etməyə hazırdırlar.
Kremlin saytında dərc olunmuş məlumatda deyilir ki, iyulun 5-də prezident Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında erməni tərəfinin təşəbbüsü ilə telefon söhbəti olub.
Məlumatda deyilir ki, söhbət zamanı Laçın dəhlizi ilə adamların və yüklərin maneəsiz keçidi də daxil Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.
Telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli bəyanatlarında nəzərdə tutulan bütün razılaşmalara kompleks şəkildə əməl olunmasının zəruriliyi vurğulanıb.
Məlumatda deyilir ki, Rusiya prezidenti Rusiya tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin işlənməsinə kömək etməyə hazır olduğunu bildirib.
İki lider təmasları müxtəlif səviyyələrdə davam etdirmək barədə razılığa gəliblər.
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.
"Yol-xeber.az"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.