İlham Əliyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub.

"Yol-xeber.az" xəbər verir ki, dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Xankəndidəki aksiyada Qərbin məqsədi… NƏDİR?

Qarabağdakı etirazlar separatçıların və sadə ermənilərin öz istəyi ilə baş verməyib. Axı onlar Qərbdən və erməni diasporundan daha çox asılıdılar. Onların əsas vəzifəsi Rusiyaya zərər vermək üçün Cənubi Qafqazda daha bir qeyri-sabitlik nöqtəsi yaratmaqdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Razuvayev deyib.

“Moskva Ermənistan-Azərbaycan münaqişəsini bitirmək istəyir. Hər şey ona doğru gedir ki, İrəvan rəsmən, kağız üzərində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısın. Qarabağın erməni əhalisinin iki seçimi var - ya reinteqrasiya, Azərbaycanın tərkibində firavan yaşamaq, ya da Qarabağı tərk etmək. Qarabağda ermənilərin “soyqırımı” yoxdur. Hər şey uydurmaq olar. Belə saxta xəbərlərin tarixi uzundur”, - o bildirib.

Razuvayev qeyd edib ki, separatçılar Rusiya sülhməramlılarını sadə Qarabağ erməniləri ilə qarşı-qarşıya qoymağa çalışırlar:

“Paşinyanın qərbyönlü olduğunu görürük. Amma separatçılar daim onu tənqid edirlər. İndi belə separatçı etirazların “alovlanması” ilə Qərb Paşinyana göstərmək istəyir ki, hər şey o qədər də sadə deyil, daha itaətkar davranın ki, sizə qarşı mövcud olan təhdidlər yalnız təhdid olaraq qalsın. Bu, müxalifət qrupunu yaradan Qərb üçün standart nümunədir. Qərbin vəzifəsi dəyişməz olaraq qalır - Rusiyanın diqqətini yayındırmaq, onu zəiflətmək, gərginlik ocağı yaratmaq. Qarabağ isə Rusiyanın zəiflətməyə çalışa biləcəyi strateji nöqtələrdən biridir”.

O qeyd edib ki, sadə Ermənistan əhalisi güc balansından xəbərdardır və daha yaxşı həyat haqqında düşünür:

“Buna misal olaraq Qarabağın erməni əhalisinin Laçın sərhəd-keçid məntəqəsindən keçərkən Azərbaycan sərhədçiləri ilə təmaslarını göstərmək olar. Hətta nəyinsə, yəni xırda bir şeyin belə səhv olduğuna dair heç bir “sızma” yoxdur. Hamı sakitcə bir-biri ilə ünsiyyət qurur, erməni əhalisi hətta Azərbaycan sərhədçilərinə təşəkkür edir. Bu, şəffaf, yaxşı nümunədir. Bu, onun göstəricisidir ki, sadə əhaliyə müdaxilə edilməsə, qorxudulmasa, çoxdan hər şey yoluna düşərdi”.

Rusiya Qarabağda aranı qarışdırır: Separatçılara yeni "nəfəs"? - NƏ ETMƏLİ?Rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə, xüsusilə Xankəndi və Əsgəranda erməni separatçıların təşkilatçılığı ilə keçirilən nümayişlər və küçə yürüşləri davam edir.

Son günlər Xankəndinin mərkəzi meydanında çadırla quran separatçıları bu dəfə Ağdam yolunda aksiya keçiriblər.

“Hraparak” nəşrinin yaydığı məlumata görə, erməni separatçıları Ağdam-Əsgəran yolunu beton bloklarla bağlayıblar.

Hərəkatın təsisçisi Arşak Abramyan qeyd edib ki, onlar bölgənin Azərbaycana inteqrasiya olmasına qarşıdırlar.

“Yer təsadüfən seçilməyib, biz humanitar yüklər adı altında Azərbaycanın bölgədəki inteqrasiyasının başlamasına imkan verməyəcəyik. Növbəti addım ticarət olacaq”, - deyə Abramyan bildirib.

Xankəndində son vəziyyəti şərh edən bəzi ekspertlər hesab edirlər ki, bölgədə hazırda baş verən siyasi proseslərin arxasında Rusiya dayanır. Onlar iddia edirlər ki, Moskvanın göstərişi ilə rus sülhməramlıların rəhbərliyi bir sıra təlatümlərin baş verməsinə sövq etməklə bölgədə yaşayan ermənilərin reinteqrasiya prosesinə mane olmağa çalışır.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əlimusa İbrahimov bildirib ki, Rusiya Azərbaycan ilə erməni xalqları arasında əbədi sülhün bərqərar olunmasında maraqlı deyil:

“Rusiya XİN rəhbərliyinin son bəyanatı Rusiyanın iç üzünü göstərdi. Məlum bəyanatda səsləndirilən ifadələrə diqqət yetirsək, Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, o cümlədən Qarabağda sülh və sabitliyin bərqərar olunmasının əlehinə olduğunu görərik.

Moskva Qarabağ məsələsinin Azərbaycanın tərkibində həll olunmasını istəmir. Hətta Moskvada Paşinyanın Azərbacanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı qəbuledilməz hesab edilir. Rusiyanın regionda əsas məqsədi odur ki, Azərbaycanla Ermənistan arasında nə sülh müqaviləsi imzalansın, nə diplomatik münasibətlər bərpa olunsun, nə də Qarabağdakı ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunsun.

Çünki Kremldə hesab edirlər ki, bu kimi proseslər Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyini təhlükə altına qoyur. Tarix boyu Rusiya Azərbaycanla Ermənistan arasında münaqişə yaratmaqla və ya bu mexanizmi davam etdirməklə hər iki dövləti öz əlində saxlamağa çalışıb. Hazırda da Moskva bu mexanizmi tətbiq edir. Məhz Rusiya müxtəlif vasitələrlə sülh prosesinə əngəl törətməyə cəhd edir”.

Belə bir şəraitdə Azərbaycanın hansı addımlar atacağı ilə bağlı suala cavab verən ekspert vurğulayıb ki, Azərbaycanın dövlət rəhbəri zəruri tədbirlərin nə zaman görmək lazım olduğunu çox yaxşı bilir:

“Bildiyimiz kimi, hazırda Azərbaycan kifayət qədər siyasi, iqtisadi və hərbi resurslara malikdir. Azərbaycan bu resurslar, eləcə də digər hərbi imkanları ilə ərazisində nəinki qeyri-qanuni erməni silahlı birləşmələrini zərərsizləşdirmək, hətta rus sülhməramlıların özbaşnalıqlarının qarşısını almaq iqtidarındadır. Hesab edirəm ki, Azərbaycan təkbaşına bu istiqamətdə zəruri və lazımi addımlar atacaq”.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Baş Komandanının müavini ordu generalı Ali Çardakçının başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Əvvəlcə cənab Ali Çardakçı və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

İyulun 20-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Baş Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Baş Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Ali Çardakçı Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "Bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub.

General-leytenant Şahin Məmmədov Türkiyə Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Qoşunların Vətən müharibəsindəki döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrlə tanış olublar.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilib.

"Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilir:

- Aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilir:

“1.5-1. Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.”.

- 9.11-ci bənd aşağıdakı redaksiyada verilir:

“9.11. Verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistan Respublikasındakı yer adları yazılarkən bu Qaydanın 1.5-1-ci bəndinin tələbləri tətbiq edilir.”.

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşü Laçın dəhlizinin açılması məsələsində nəticə verməyib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Təəssüf ki bu görüş dəhlizin açılması məsələsində heç bir konkret nəticə vermədi”, - o qeyd edib.

Xatırladaq ki, üçtərəfli görüş iyulun 15-də keçirilmişdi.

Aİ xarici işlər nazirləri Ermənistan-Azərbaycan məsələsini müzakirə edəcəklər

Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çinlə münasibətlər, eləcə də Ermənistan-Azərbaycan nizamlanması məsələlərini müzakirə edəcəklər.

Bu barədə RİA Novosti yüksək səviyyəli Avropa mənbəsinə istinadən məlumat yayıb.

Ukraynadakı münaqişə, təhlükəsizlik zəmanətləri və Kiyevə hərbi yardım, həmçinin Aİ-nin Türkiyə və Çinlə münasibətləri Aİ xarici işlər nazirlərinin cümə axşamı Brüsseldə keçiriləcək görüşünün əsas mövzuları olacaq.

Görüşün sonunda nazirlər cari məsələləri, o cümlədən Çini, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş sammitin nəticələrini, Ermənistan və Azərbaycan, eləcə də Tunis arasında normallaşmanı müzakirə etməyi planlaşdırırlar.

Aİ xarici işlər nazirlərinin toplantısı Brüsseldə yerli vaxtı ilə saat 10.00-da başlayacaq, Avropa diplomatiyası Cozef Borrellin yekun mətbuat konfransı gözlənilir.

Azərbaycan Ordusu cəmi 44 günə - hazırda deyəsən, inanılmaz görünür –Ermənistanın təxminən 30 illik bir uzunmüddətli dövrdə qurduğu mühəndis-istehkam sistemini, tank əleyhinə səddi və kilometrlərlə mina ərazisini – “Ohanyan səddi” deyilən bir neçə qatlı müdafiəni aşa bildi. Həm də ərazinin relyefinə uyğun olaraq, aşağıdan yuxarı istiqamətdə hücum etməklə. Fenomenal uğurlu nəticədir – nəzərə alaq ki, 2020-ci ilin sentyabrına qədər Ermənistan ordusu yaxşı təchiz edilmiş, təlim keçmiş və motivasiyalı hərbi qüvvə idi.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ukrayna müharibəsi fonunda qeyd edib.

O bildirib ki, erməni apoloqetlərin iddialarından fərqli olaraq, İkinci Qarabağ müharibəsində heç bir islamçı-muzdlu yox idi:

“Fakt budur ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti və xüsusi təyinatlılarının qarşısında duruş gətirə bilmədi, darmadağın oldu.

Vacib bir qeydi edək: Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının Mərkəzi Komanda Mərkəzi bütün döyüş bölgəsindəki vəziyyət barədə real vaxt rejimində məlumat alıb, taborun ayrı-ayrı taktiki qruplarına qədər onun birlik və bölmələrinin gedişatını izləyirdi.

Bu arada, məlum hadisələrin başlanmasından təxminən üç il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsi hadisələri ilə bağlı bir dənə də olsun açıq fundamental araşdırma dərc olunmayıb”.

Korotçenko vurğulayıb ki, bu uğurlu hərbi təcrübə mütləq öyrənilməlidir.

“Bu gün dünyada davranış qaydaları tamamilə pozulduğundan beynəlxalq hüquqa əməl edilmir. Beynəlxalq birlik bu gün ancaq güc faktoru ilə hesablaşır. Öz hüququnu qorumaq üçünsə güclü olmalısan. Güclüsənsə, hüququnu qoruya biləcəksən. Ona görə də Azərbaycan öz hüquqlarını qorumaq üçün güclü və qüdrətli olmağı qarşısına hədəf qoyub. Məhz bu gücün və qüdrətin nəticəsidir ki, Azərbaycan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib və işğaldan azad olunan ərazilərin sürətlə bərpasını həyata keçirməklə Böyük Qayıdışı təmin etmək istəyir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Məşhur Məmmədov deyib

Onun sözlərinə görə, cənab Prezidentin cari ilin 6 ayının yekunu ilə bağlı müşavirədə bəyan etdiyi kimi, bu gün ilk növbədə beynəlxalq hüquq məhz  beynəlxalq hüququn təminatçısı rolunu üzərinə götürən ölkələr tərəfindən pozulur. 

“Hansı ki Azərbaycan uzun illər bu ədalətsizliyin şahidi olub. Azərbaycan nə vaxt ki güclü və qüdrətli dövlətə çevrildi beynəlxalq birlik onunla hesablaşmalı oldu. Azərbaycan özü təkbaşına ona qarşı olan ədalətsizliyi və kobud beynəlxalq hüququn pozuntularını aradan qaldırıb haqq-ədaləti bərpa etdi. Dünyada güc amili öndə olduğundan və gücdən çəkinildiyindən cənab Prezident Azərbaycanın daha da güclü və qüdrətli olmasına çalışır. Ona görə də Azərbaycan diqqətini Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpa edib hərbi qüdrətini artırmağa çox böyük diqqət yetirir. Bu məqsədlə büdcədən lazımi vəsait ayrılır. 2023-cü ilin büdcəsinin dürüstləşməsi zamanı da ayrılan 3 milyard manatın 1,8 mlrd. manatı Qarabağın, Şərqi Zəngəzurun bərpasına, 1,1 mlrd. manatı hərbi qüdrətimizin artırılmasına yönəldidi. Bununla təkcə ən qısa zamanda Qarabağı, Şərqi Zəngəzuru bərpa etməklə Böyük Qaydışı təmin edib, ordumuzu dünyanın güclü ordusuna çevrimək yox, bu həm də Azərbaycanın gücünün dünyaya nümayişidir. Çünki Azərbaycan heç bir beynəlxalq maliyyə institutu və dövlətdən maliyyə dəstəyi almadan bütün bu işləri yerinə yetirir. Beynəlxalq birlik də bunu görür və Azərbaycanla hesablaşmalı olur”, - o qeyd edib.

Deputat əlavə edib ki, məhz gücün nəticəsi olaraq Azərbaycan təkcə bölgədə yeni geosiyasi reallıq yaratmayıb, eyni zamanda Avrasiya coğrafiyasında ciddi aktora və bölgənin gündəliyini müəyyən edən güc mərkəzinə çevrilib: “Bu da Azərbaycana qarşında duran hədəflərə nail olmağa imkan verir. Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının gündəliyinin Bakı tərəfindən müəyyən edilməsi bunun nəticəsidir. Nəinki İrəvan, beynəlxalq birlik də Cənubi Qafqazda dayanıqlı sülhün ancaq Azərbaycanın təklif etdiyi şərtlər daxilində olacağını yaxşı bilir. Bakının təklif etdiyi bölgədə sıx əməkdaşlığa və təhlükəsizliyə xidmət edə bilər. Ona görə də Bakının şərtləri qəbul edilir və bu gün də Qərb tərəfindən bu sülh təklifi geniş formada təşviq edilməkdədir. Vaşiqnton, Brüssel görüşləri bunun göstəricisidir. 
Düzdür, buna qarşı çıxan müəyyən qüvvələr var. Həmin qüvvələr Ermənistan və ermənilərdən bu məqsədləri üçün istifadə edirlər. Amma Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində bu maneələr də ən qısa zamanda öz həllini tapacaq. Sadəcə, Ermənistan və ermənilər də anlamalıdırlar ki, destruktiv mövqe sərgiləyib başqalarının maraqlarının təmin olunması istiqamətində alət rolunda çıxış etmək, bütövlükdə erməni xalqının və dövlətçiliyinin maraqlarına ziyan vurur. Onlar bunu nə qədər tez anlayıb konstruktiv mövqe sərgiləsələr, daha yaxşı olar. Çünki son günlərdə Xankəndidə baş verən proseslər də bunu sübut edir. Sülh prosesini pozmağa yönəlik bütün bu addımlar, sadəcə, vaxt itkisinə və ermənilərin daha çətin duruma, böhrana sürüklənməsinə xidmət edir. Belə təxribatçı taktikaların sonu iflasdır və bunun acı nəticəsini ancaq və ancaq ermənilər özləri çəkməli olacaq. Anlamalıdırlar ki, beynəlxalq birlik artıq onları dəstəkləmir. Bir daha qeyd edirəm ki, sadəcə, bəzi qüvvələr onlardan öz maraqları naminə bölgədə gərginliyin davam etməsi üçün istifadə edir”.

Xankəndini kim və niyə qarışdırır? - AKTUALQərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları Qarabağda vəziyyətin gərginləşməsi ilə müşahidə olunur.

Azərbaycanın diplomatik müstəvidə mövqelərinin möhkəmlənməsinə mane olmağa çalışan Xankəndidəki terrorçu rejim prosesi pozmaq üçün müxtəlif hərbi və siyasi təxribatlara əl atır. Son günlər həm Azərbaycanın Qarabağdakı hərbi mövqeləri tez-tez atəşə tutulur, həm də Xankəndi şəhərində guya erməni əhalinin blokada şəraitində “humanitar fəlakət”lə üzləşdiyinə dair etiraz mitinqləri keçirilir.

Əslində, bölgədə sabitliyin pozulmasında katalizator rolunu ilk növbədə, xarici dairələr oynayır. Çünki Vaşinqton platformasında və Brüssel formatı çərçivəsində Qərbin Azərbaycanın maraqlarından çıxış etməsi regionda geosiyasi konyukturun dəyişməsini qaçılmaz edir.

Paralel olaraq, ABŞ-ın və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində sülh sazişini imzalamaq üçün Ermənistan hökumətinə təzyiq etməsi prosesdən kənarlaşdırılan Rusiya, Fransa kimi dövlətləri qane etmir. Ona görə də erməni separatçılarının Qarabağda törətdiyi təxribatların arxasında Kremlin və rəsmi Parisin dayandığı şübhə doğurmur.

Eyni zamanda, Qərbin Azərbaycanın ərazi bütövlüyünü və qondarma rejimin ləğvi ilə bağlı təklifi dəstəkləməsi separatçı dəstəni qorxuya salıb.

Bu səbəbdən, Xankəndidə keçirilən mitinqlər və iyulun 18-dən etibarən oturaq aksiyalara başlanılması əslində mövcudluğuna son verilən separatçılığın özünümüdafiə instinktidir. Şüursuz şəkildə baş verən müqavimət siyasi çaşqınlıq yaratdığı üçün rejimin daxilindəki kriminal və terrorçu qruplar bir-birinə hücum edir. Hər kəs beynəlxalq ictimaiyyət tərəfindən lazımsız əşya kimi zibil yeşiyinə atıldığına görə bir-birini ittiham edir.

Separatçıların əsas fəallarından biri Vitali Balasanyanın döyülərək həbs edilməsi, sonra sərbəst buraxılması, uydurma rejimin rəhbəri Araik Arutyunyanın qorxuya düşərək ermənilərə müraciət etməsi, Rusiyanın emissarı Ruben Vardanyanın fəallaşması həm də qruplararası qarşıdurmanın nəticəsidir. Qarabağda yaranmış gərginlik isə Ermənistan hakimiyyətinə sülh sazişindən yayınmaq üçün manevr imkanı yaradır.

DİA.AZ-ın məlumatına görə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Qarabağda baş verən təxribatlar sülh prosesinin reallaşmasına mane olur. Ona görə də Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi istisna edilmir:

“Qarabağda həm separatçılar arasında ziddiyyət var, həm də bu hadisələr Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarla təmasları ilə bağlıdır.

Yəni qondarma rejimin rəhbərliyində olan bir qrup Azərbaycanla təmasların əleyhinə çıxır. Başqa ölkələrdəki erməni diasporu da Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyanın əleyhinədir. Bundan əvvəl Ruben Vardanyan Qarabağa Rusiyanın emissarı kimi gəlmişdi. İndi Samvel Babayan Xankəndidədir və Azərbaycanla dialoq təklif edir. Ancaq o da separatçı qurumun keçmiş rəhbərlərindən biri kimi bildirir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bəzi qruplar Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin və hüquqlarının təminatı üçün beynəlxalq mexanizmlərin tətbiqini, həmçinin danışıqlar yolu ilə Laçın-Xankəndi yolunun açılmasını təklif edirlər.

Amma onların arasında küçə müxalifəti də var ki, onların heç bir siyasi çəkisi olmasa da yürüş və mitinqlər təşkil edirlər. Onlar “Qarabağı müdafiə komitəsi” adlı separatçı qurum da yaradıblar. Hətta bu qurumun Qarabağda yaşayan erməniləri gələcəkdə silahlandırıb Azərbaycana qarşı müqavimət təşkil edəcəyi irəli sürlür. Ona görə də terrorçu rejimin rəhbərliyində fikir ayrılıqları var. Araik Arutyunyan Azərbaycanla razılaşmalarda iştirak etmiş Vitali Balasanyanı özünün “hakimiyyəti” üçün təhlükə hesab edir. Bu səbəbdən onu həbs etmişdilər”.

Ekspert bildirib ki, hazırda Xankəndidə vəziyyət gərgindir:

“Qarabağdakı ermənilər Ermənistanın birbaşa yardımından məhrum olduğundan, rəsmi İrəvan da vəziyyətə müdaxilə edə bilmir. Ona görə də Paşinyan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə Araik Arutyunyanın məktubunu Şarl Mişelə təqdim etdi. Ermənilər reinteqrasiya prosesi zamanı Azərbaycanın erməni silahlı birləşmələrini Qarabağdan çıxaracağından narahatdır.

Bu tədbirlərin təməli artıq Brüsseldə atılıb. Çünki Brüssel danışıqlarında əsas mövzulardan biri silahlı birləşmələrin Qarabağdan çıxarılması olub. Yəqin ki, Azərbaycan bununla bağlı Ermənistana vaxt verəcək. Əgər bu müddətdə qarşı tərəf tələbi yerinə yetirməsə, Azərbaycan antiterror əməliyyatı keçirə bilər. Bununla bağlı Qarabağdakı ermənilər arasında gərginlik var. Dünyada gedən proseslər də bizi bu addımı atmağa vadar edir.

Yəni həm Ukraynadakı vəziyyət, həm Türkiyənin Rusiya ilə münasibətlərindəki son korrektələr Azərbaycanın Qarabağda lazım olan tədbirləri həyata keçirməsini zəruri edir. Qarabağdakı gərginlik və qarşıdurmalar Azərbaycanın öz ərazisində belə təxribatların qarşısını almaq üçün suveren hüquqlarından istifadə edərək tədbirlər görməsi üçün əsas yaradır”.

Qafar Çaxmaqlının sözlərinə görə, Qarabağda baş verən gərginlik fonunda sülh prosesini irəli aparmaq çətin olacaq:

“Çünki ermənilər öz hüquqları və təhlükəsizliyinin təmin olunmasının vacibliyi məsələsini qaldırırlar. Azərbaycan da rəsmən bəyan edib ki, öz vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin edəcək. Lakin bu olaylar göstərir ki, Ermənistanın özü də sülhə yaxın deyil. Yəni sülh prosesinə zərbə vurmaq üçün cəhdlər olacaq. Onlar hay-küy qaldırmağa çalışacaq ki, guya Qarabağda humanitar faciə yaşanır.

Halbuki, Azərbaycan təklif edib ki, ermənilər lazım olan ərzağı və digər məhsulları Ağdam-Xankəndi marşrutundan istifadə etməklə ala bilərlər. Amma vəziyyəti gərginləşdirmək üçün ermənilər buna razı olmayacaqlar. Bu təxribat da sülh danışıqlarına zərbə vuracaq. Ona görə də müzakirələr hələ uzun sürəcək. Tərəflər sülh sazişinə hazır olmalıdır. Ermənistan isə bu prosesə problem yaratmağa çalışır. Xankəndinin mərkəzində aklsiyalar keçirməklə hadisələri 1988-1989-cu illərdəki vəziyyətə gətirmək istəyirlər. Ona görə də gərginlik davam edə bilər”.

Xəbər lenti