Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.

Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-nin hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk.
Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-nin səylərini yüksək qiymətləndiririk.

Hörmətli cənab Prezident, bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-lə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm”.

ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını mümkün hesab edir.

Diplomat bu barədə Ermənistan İctimai Televiziyasının efirində bildirib.

“Biz bunun mümkün olduğuna inanırıq və ümid edirik ki, bütün tərəflər bunu reallığa çevirmək üçün birlikdə çalışmalıdır. ABŞ hesab edir ki, bu düzgün yanaşmadır. Biz bütün tərəfləri müəyyən edilmiş hüquqların və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylər göstərməyə çağırırıq. Onu da qeyd etməliyəm ki, tərəflər Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməli olduğuna dair öhdəliklərinə sadiq olduqlarını təsdiqləyiblər və indi tərəflər bunu təmin etmək üçün bir yol tapmalıdırlar”, - deyə Kristina Kuin bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev Bakıda baş verən zəlzələ ilə bağlı müzakirələrə səbəb olacaq paylaşım edib.

Nazir “Neftçi”nin qadınlardan ibarət basketbol komandasının İsraildə qalib gəlməsi ilə Bakının silkələnməsini qarşılaşdırıb.

"Neftçi" İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu... Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm!” – nazir bildirib.

Qeyd edək ki, bu gün saat 00:01-də Xəzər dənizinin şimal hissəsində, Azərbaycan sahilində 5,7 ballıq zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, ölkəmizin şimal hissəsinin sahil ərazilərində hiss edilib.

 

 

 

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli sərəncamında dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Müşahidə Şurasına üzv təyin olunub.
Bununla yanaşı, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyev isə Müşahidə Şurasına üzvlükdən çıxarılıb.

Bakı bir tərəfdən Qarabağda böhranın pik nöqtəsini gözləyir, digər tərəfdən isə öz hərəkətlərinin mümkün beynəlxalq nəticələrini real qiymətləndirmək istəyir. Hər iki halda Azərbaycan bir-biri ilə bağlı böyük addımlar atacaq.

“Bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan öz facebook səhifəsində yazıb:

O, xüsusilə qeyd edib:

“Azərbaycandan olan eyhamlar müəyyən məhdud hərəkətlərin həyata keçirilməsini, hərbi obyektlərə zərbələrin endirilməsini, bəzi strateji yüksəkliklərin nəzarətə götürülməsinə cəhdi nəzərdə tutur.

Birincisi, əsas beynəlxalq aktorların gizli razılığını alarsa, ikincisi, eyni aktorların mümkün reaksiyasını nəzərə almadan bunu etmək”.

AZTV Laçın sərhəd zastavasının işi, Rusiya sülhməramlıları haqqında süjet hazırlayıb.

Telekanalın sədri Rövşən Məmmədovun təqdimatında efirə gedən verilişdə Qarabağdakı rus sülhməramlılarının sülh istəmədiyi və buna xidmət etmədiyi vurğulanır.

Ətraflı videoda:

Problemlərin öz həllini tapması üçün həm dünyada, həm də regionda fərqli vəziyyət yaranmalıdır ki, tərəflər həqiqətən də sülhə razı olsunlar.

Bunu politoloq Argişti Kiviryan “news.am”a müsahibəsində Vaşinqton danışıqlarının yekunlarını şərh edərkən deyib.

“Bu gün biz bunu görmürük. Hazırda bölgədə Qərblə Rusiya arasında region uğrunda mübarizə gedir”, - o qeyd edib.

Politoloq əlavə edib ki, ən çətin vəziyyətlə üzləşən Ermənistandır. Onun fikrincə, Qərbdə hansısa razılığa gələndə, o zaman Moskva bütün aspektlərdə qısqanclıqla yanaşacaq və ona görə də toqquşmalar baş verir: “Burada digər sual ondan ibarətdir ki, Azərbaycan bu platformalardan çox peşəkar şəkildə istifadə etməyi bacarır. Məhz Qərbin köməyi ilə o, Qarabağ məsələsini gündəmdən çıxarır və Rusiya vasitəsilə dəhliz məsələsini həll edir. Hazırda Ermənistan tərəfinin gündəmi belə yoxdur”.

Ekspert onu da bildirib ki, Azərbaycan hərtərəfli təzyiq mexanizmlərindən istifadə edərək hər dəfəsində Ermənistanı yeni güzəştlərə məcbur edir, İrəvanın isə buna qarşı dirəniş gücü yoxdur: “Azərbaycan isə həm güc, həm də diplomatiyadan səmərəli istifadə etməklə istəyinə nail olur”.

Kiviryan qeyd edib ki, hər güzəştdən sonra erməni tərəfi yalnız buna bəraət qazandırmağa çalışır, günahı “keçmiş”in üzərinə yıxır.

“Bakı ilə Xankəndi arasında birbaşa dialoq başlanmalıdır və etimad yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışılmalıdır ki, insanlar dinc və normal yaşasınlar”.

Bunu Qarabağdakı irredentist qruplaşmanın keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayanı “Hrayr Tamrazyanla bazar günü analitikası” verilişində bildirib.

“Bundan sonra biz ikinci mərhələyə keçəcəyik: qalan problemlərin müzakirəsi. Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik. Mən ikinci “siyasi qüvvə” olaraq təcili danışıqların əleyhinə deyiləm, amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün dialoq aparacağımız məqamlarla bağlı sənəd formalaşdırmalıyıq, sonra başqa məsələlərlə bağlı hərəkətə keçməliyik”, - Babayan bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi və Sizin şəxsinizdə dost Belarusun bütün xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bizim ölkələrimizi ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına və artırılmasına, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq.

Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan və Belarus arasında ənənəvi dostluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət və uğurlar, Belarus Respublikasına isə firavanlıq və tərəqqi arzulayıram".

Xəbər lenti