İrəvanla Xankəndi arasında əlaqənin olmaması ilə barədə sualı bir ay əvvəl aldırdıq və bu faktı təsdiqlədilər.

“Bunu Xankəndidəki irredentist qüvvələrin nümayəndəsi Metakse Akopyan deyib.

Onun sözlərinə görə, bu baxımdan İrəvanla Xankəndi arasında 3 ilə yaxındır münasibətlərin olmaması barədə yayılan məlumatlar xəbər deyil.

Onun bildirdiyinə görə, işğalçı strukturun “parlamenti” ilə Ermənistan arasında uzun müddətdir ki, heç bir münasibət olmayıb.

“Bu son 200 gündə, ümumiyyətlə, mövcud olmayıb. Alen Simonyan heç olmasa, bir dəfə zəng edib işlərin necə getdiyini soruşmağı lazım bilməyib. Yəni digər dövlət qurumlarında Xankəndiyə münasibət necədirsə, parlamentdə də eyni qaydadır. Ermənistan XİN də zənglərə cavab vermir. Ermənistan XİN-in e-poçtuna yazılı müraciət cavabsız qalıb”, - o qeyd edib.

Ermənistanın Arazdəyən təxribatı - Xarici mütəxəssislər xəbardarlıq edirErmənistan Azərbaycana qarşı ekoloji terrorunu davam etdirir. Azad olunmuş ərazilərdə fəsadlarının aradan qaldırılması qeyri-mümkün olan ekoloji cinayətlər törədilib. Bu gün isə Ermənistan digər bir üsulu əl ataraq bu siyasətini Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək istəyir. Arazdəyən kəndində inşa olunan metallurgiya zavodu da bu məqsədə xidmət edir. Zavodun illik istehsal gücü 180 min tondan yuxarıdır ki, bu da kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir.

Ermənistanın bu ərazidə iri metallurgiya zavodu tikməsi, onun növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozulması deməkdir.

Ermənistanın geniş miqyaslı ekolji hücumuna beynəlxalq təşkilatlar, xarici ölkələrin vətəndaş cəmiyyətləri də biganə qalmamalıdır.

"Network of TB Champions" (Kenya) təşkilatının nümayəndəsi Stiven Anquva Şikoli Trend-ə açıqlamasında bildirib ki, dünya birliyi Ermənistanla Azərbaycanın Naxçıvan sərhədində yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun tikintisinin qarşısını almaq üçün tədbirlər görməlidir.

"Mən bu zavodun tikintisinin qəti əleyhinəyəm, çünki bu obyektdə istehsal prosesi zamanı buraxılacaq kimyəvi maddələr təkcə onun ətrafını deyil, daha geniş regionu da çirkləndirəcək. Nəfəs aldığımız hava, iqlimimiz hamısı bir-birinə bağlıdır. Beləliklə, bu fəlakətli tikinti hətta Afrikada da havanı çirkləndirəcək", - deyə o bildirib.

Ekspertin fikrincə, bu, məsələn, Keniyada vəhşi təbiətə böyük təsir göstərəcək:

"Biz artıq dünyada belə zavodların təbiəti necə öldürdüyünü görmüşük. Bu polad zavodunun tikintisinə xərclənən bütün bu pullar yeni xəstəxanaların və ya məktəblərin tikintisinə sərf oluna bilərdi. Ona görə də mən qlobal vətəndaş cəmiyyətini bu zavodun tikintisinə qarşı çıxmağa çağırıram".

Hindistandan olan hüquq müdafiəçisi, İnsan Hüquqları Komissiyasının İsveçrədəki qərargahında rəsmi könüllü Mohmad Hüseyn isə Trend-ə bildirib ki, Ermənistanla Naxçıvanın sərhəddində yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun tikintisi rayon əhalisinin sağlamlığına ciddi ziyan vura bilər.

"Belə zavodun tikintisi insan sağlamlığı, ətraf mühit və davamlı inkişaf üçün təhlükə yaradır. Polad zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri əhəmiyyətli dərəcədədir. Bu ekoloji təsir insan sağlamlığına və təhlükəsizliyinə, floraya, faunaya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcəkdir", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, bu tullantıların Araz çayına atılmasının narahatlıq doğuran ehtimalı çayda yaşayan canlılar və Araz suyundan suvarma üçün istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır:

"İçməli su təchizatının zədələnməsi insanların sağlamlığına və su təhlükəsizliyinə ziyandır və bu, sərhədyanı kəndlərdə yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Biz insanlara, faunaya, floraya, torpağa, şirin su təchizatına dərindən təsir edə biləcək bu cür ətraf mühitin çirklənməsinə və böhranına qarşıyıq və onun ekoloji kampaniyasında Azərbaycanı dəstəkləyirik".

Ekspert qeyd edib ki, BMT, ÜTT kimi müvafiq beynəlxalq təşkilatlar bu vəziyyətə reaksiya verməyə və Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağa çağırılmalıdır:

"Biz Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarını, xüsusən də ictimai səhiyyə sahəsində fəal olanları dərhal tədbir görməyə və bu zavodun yaradılmasına etiraz etməyə çağırırıq. Onun tikintisi, şübhəsiz ki, Ermənistanın özündə ekoloji vəziyyətə ciddi mənfi təsir göstərəcək. Mən zavodun tikintisi ilə bağlı bu qərarın qəti əleyhinəyəm, ümid edirəm ki, ləğv olunacaq".

Zavodun zəhərli kimyəvi tullantıları bölgəyə, xüsusilə Araz çayına ekoloji fəlakət vəd edir, o zaman bu məsələnin həllinin iki yolu var: Ya beynəlxalq aidiyyatı qurumlar məsələyə dərhal reaksiya verib, problemin aradan qaldırılmasına səy göstərməlidir, ya da Azərbaycan özü bu fəlakətin qarşısını almaq məqsədi ilə lazımı addımlar atmalıdır. Təəssüflər olsun ki, birinci variant hələ də aktiv deyil və beynəlxalq təşkilatlar yenidən bu erməni özbaşınalığını kənardan seyr etməklə, İrəvanın növbəti eko-terror əməlini sükutla qarşılamaqda davam edir.
 //TREND//

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Ceyhun Bayramov bu barədə öz “Facebook” səhifəsində paylaşım edib

“Mən ABŞ tərəfinə və dövlət katibi Antoni Blinkenə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsinə görə minnətdarlığımı bildirirəm.

Bizim dövlət katibi ilə həmçinin ikitərəfli və üçtərəfli görüşlərimiz oldu”, - deyə Ceyhun Bayramov paylaşımda qeyd edib.

Azərbaycan və Ermənistan danışıqlarında ən çətin məsələlər axıra qalır.

Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün nəticələrinə dair mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”, dövlət katibi qeyd edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Paylaşımda deyilir:

"Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Allah bütün qurbanları qəbul etsin!".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımı təqdim edirik:

  

Azərbaycan Prezidenti İlham Əliyev tviter hesabında Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

"Paylaşımı təqdim edir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Artıq Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad edilib.

bu-herbciler-teltif-edildi

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Azərbaycan Bayrağı” ordeni ilə

Hüseynov Münasib Asif oğlu – baş leytenant

Qocayev Aqil Bərşad oğlu – baş leytenant

Vəliyev Fərid Azər oğlu – baş leytenant

Usublu İslam Ələddin oğlu – baş gizir

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Məmmədov Vüqar Zahid oğlu – mayor

Rzayev Orxan Ənvər oğlu – baş leytenant

Hüseynəliyev Elvin Fazil oğlu – leytenant

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Babaşov Nəsimi Məhərrəm oğlu – polkovnik

İsmayılov Füzuli Qəzənfər oğlu – polkovnik

Fərmanov Eldar Akif oğlu – mayor

Əhmədov Gülağa Əli oğlu – kapitan

Səlimov Fərhad Mehman oğlu – kapitan

Səmədli Səməd Bəxtiyar oğlu – leytenant

Süleymanov Cavid Fəhrad oğlu – gizir

Mollayev Elçin Zaur oğlu – kiçik çavuş

Doşanov Nurlan Arif oğlu – əsgər

“Vətən uğrunda” medalı ilə

Əliyev Elçin Nəriman oğlu – ədliyyə polkovniki

Əmirov Mahmud Səməd oğlu – polkovnik

Abdullayev Azər Üzeir oğlu – polkovnik-leytenant

Ayvazov Sahib Sabir oğlu – polkovnik-leytenant

Babayev Saqi Elxan oğlu – polkovnik-leytenant

Hüseynov Bayram Habil oğlu – mayor

Abdullayev Ramazan Səfəralı oğlu – kapitan

Ağayev Gülməmməd Elşən oğlu – kapitan

Cavadlı Kamal Xaləddin oğlu – baş leytenant

Əkbərov Ceyhun İman oğlu – baş leytenant

Əlibəyli Şəhriyar Ramiz oğlu – baş leytenant (ölümündən sonra)

Əzimli Calal Səlim oğlu – baş leytenant

Hüseyinov Elvin Laçın oğlu – baş leytenant

Hüseynov Kamran Namiz oğlu – baş leytenant (ölümündən sonra)

Novruzov Musa Cəmşid oğlu – baş leytenant

Əliyev Babək Əsgər oğlu – leytenant (ölümündən sonra)

Məmmədov Əyyub Vəliəddin oğlu – leytenant

Vəlizadə İbrahim Səməd oğlu – leytenant (ölümündən sonra)

Cahangirov Tural Qələmhüseyn oğlu – kiçik leytenant

Həsənov Elşad Qabil oğlu – gizir (ölümündən sonra)

Məhərrəmov Vasif Üzeyir oğlu – gizir (ölümündən sonra)

Zalov Vidadi Nizami oğlu – gizir (ölümündən sonra)

Tağıyev Səbuhi Gündüz oğlu – çavuş (ölümündən sonra)

Cabbarov Marlen Zeynulla oğlu – kiçik çavuş

İsmayılov Nicat Bəhruz oğlu – kiçik çavuş

Ramazanov Elxan Elmaroviç – kiçik çavuş

Bayramov İlkin Bayram oğlu – əsgər (ölümündən sonra)

Cavadov Rəşad Fərzəli oğlu – əsgər (ölümündən sonra)

Həmzəyev Əfqan Bəhman oğlu – əsgər (ölümündən sonra)

Hüseynov Eşqin Cəmil oğlu – əsgər (ölümündən sonra)

Qədirli Elnur Rəcəb oğlu – əsgər (ölümündən sonra)

Mehdiyev Asim Yaqub oğlu – əsgər (ölümündən sonra)

Nəzərov Ayaz Azər oğlu – əsgər (ölümündən sonra)

Salamov Qorxmaz Bayram oğlu – əsgər (ölümündən sonra)

“İgidliyə görə” medalı ilə

Cavadov Fəxrəddin Nizam oğlu – polkovnik

Hacıbalayev Rahib Süleyman oğlu – mayor

Həsənov Hüseyn Həsən oğlu – kapitan

İsgəndərov Səxavət Qazıbəy oğlu – kapitan

Allahverdiyev Əhliman Kamran oğlu – baş leytenant

Məmmədov Araz Şəmsəddin oğlu – baş leytenant

Məmmədzadə Taleh Səxavət oğlu – baş leytenant

Muradov Əbubəkir Məhərrəm oğlu – baş leytenant

Mirzəyev Davud Mehti oğlu – leytenant

Bəkirov Rafiq Səlim oğlu – kiçik leytenant

Ağayev Fərid Səid oğlu – baş gizir

Mustafayev Taryel Vəli oğlu – baş gizir

Abdullayev Elfaq Vəzir oğlu – gizir

Abıyev Hacağa Əli oğlu – gizir

Axundov Əbülfəz Nüsrət oğlu – gizir
Ətraflı

Ədilov Əhsən Ağasimayıl oğlu – gizir

Novruzlu Mustafa Namiq oğlu – gizir

Əhmədov Xəzri Vaqif oğlu – kiçik çavuş

Hüseynov Rahib Rabil oğlu – kiçik çavuş

Abakarov Murad Rəşid oğlu – əsgər

Abdullayev Rövşən Fariz oğlu – əsgər

Hüseynov Xəyal Həsənağa oğlu – əsgər

“Cəsur döyüşçü” medalı ilə

Əkbərov Aqil Fayəddin oğlu – mayor

Bünyatov İsmayıl Qəhraman oğlu – leytenant

Ağayev Elvin Bəylər oğlu – gizir

Bəşirli Sənan Nazim oğlu – gizir

Əhmədli Cavid Bağış oğlu – gizir

Əliyev Ceyhun Fazil oğlu – gizir

Gülmalıyev Loğman Bəxtiyar oğlu – gizir

Qəhrəmanov Rəşad Yaşar oğlu – gizir

Fərhadov İmran Həbib oğlu – çavuş

Həsənov Tural Qabil oğlu – çavuş

Alıyev Vüsal Yusif oğlu – kiçik çavuş

Əliyev Səbuhi Vahid oğlu – kiçik çavuş

Əlizadə Əli Rahib oğlu – kiçik çavuş

Nuri Nemət Şahbaz oğlu – kiçik çavuş

Rzayev Oruc Ənvər oğlu – kiçik çavuş

Zəkəryəyev Səyyad Ülfət oğlu – kiçik çavuş

Baloğlanov Orxan Mehman oğlu – əsgər

Həbibov Kamran Mütəllim oğlu – əsgər

İsayev Murad Mövlüd oğlu – əsgər

Yusifov Yusif Sübhi oğlu – əsgər

“Döyüşdə fərqlənməyə görə” medalı ilə

Ağayev Babək Bəybala oğlu – mayor

Şükürov Vüqar Fikrət oğlu – mayor

Baxşalıyev Samir Vahid oğlu – kapitan

Qafarov Hilal Malik oğlu – kapitan

Bədəlov Aqşin Şahin oğlu – baş leytenant

Zöhrabov Namiq Əskər oğlu – baş leytenant

Kərimov Fazil Baxış oğlu – baş gizir

Məmmədov Səxavət Tərlan oğlu – baş gizir

Hüseynov Nəriman Məzahir oğlu – gizir

Nagıyev Elsevər Şahvələd oğlu – gizir

Zamanov Ərşad Müslüm oğlu – gizir

Əmənov Cəmşid Cəbrayıl oğlu – kiçik çavuş

Babayev Fəzail Atamoğlan oğlu – əsgər

Əhmədov Qismət Baləhməd oğlu – əsgər

Qasımov Afyəddin Hidayət oğlu – əsgər

Vəliyev Tuqay Nurəddin oğlu – əsgər

Zeynalov Eşqin Ehtibar oğlu – əsgər

“Suqovuşanın azad olunmasına görə” medalı ilə

Salamov Qorxmaz Bayram oğlu – əsgər (ölümündən sonra)

“Xocavəndin azad olunmasına görə” medalı ilə

Qədirli Elnur Rəcəb oğlu – əsgər (ölümündən sonra)

Mehdiyev Asim Yaqub oğlu – əsgər (ölümündən sonra)

“Kəlbəcərin azad olunmasına görə” medalı ilə

Vəlizadə İbrahim Səməd oğlu – leytenant (ölümündən sonra)

“Hərbi xidmətlərə görə” medalı ilə

Əhmədov Bahadır Allahverdi oğlu – tibb xidməti polkovniki

Həziyev Samir Mətləb oğlu – polkovnik

İsmayılov Arif Aslan oğlu – tibb xidməti polkovnik-leytenantı

Nəsibov İlqar Kamil oğlu – polkovnik-leytenant

Şükürlü Mətin Əliisa oğlu – polkovnik-leytenant

Rəhimov Hüseyn Ağasən oğlu – mayor

Hacıyev Hacı Firidun oğlu – baş leytenant

Müseyibov Rafiq Əzim oğlu – leytenant

Süleymanov Ülvi İldırım oğlu – leytenant

Süleymanov Nurlan Sabir oğlu – gizir

Şahverdiyev Seymur Cəmil oğlu – gizir

Yariyev Məhəddin Abdulla oğlu – gizir

Abdullayev İlyas Seyran oğlu – kiçik çavuş

Dibirov Ramazan Ramiloviç – kiçik çavuş

Səlimov Ramiz Mübariz oğlu – kiçik çavuş

Mustafayev Ramiz Bağman oğlu – əsgər (ölümündən sonra)

Ramazanov Ramazan Ramazan oğlu – əsgər

Şərifli Şərif Seymur oğlu – əsgər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 21-də keçirdiyi brifinqdə Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Şuşada baş konsulluğunun açılması ilə bağlı son bəyanatına toxunub.

Bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında bildirilir.

“Bu bəyanat və gələcəkdə konsulluğun açılması Rusiya sülhməramlı kontingentinə, eləcə də Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına təhlükə yaradırmı?”, - deyə “Ura.ru” xəbər agentliyinin rusiyalı jurnalisti sual verib.

Mariya Zaxarovanın suala cavabının giriş hissəsi diplomatik cəhətdən qüsursuz olub. “İstənilən yerdə, xüsusən Şuşada konsulluq idarələrinin açılması məsələsi ikitərəfli münasibətlərin mövzusu olaraq qalır. İndiki halda bu, Bakı ilə Ankara arasında olan məsələdir”, - deyə o bildirib.
Hər şey sanki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsindədir. Lakin bu, cavabın yalnız birinci hissəsidir. Bunun ardınca Zaxarova başqa açıqlamalar verib.

“Eyni zamanda biz məsələnin İrəvan üçün həssas yönünü başa düşürük. Biz təmaslarımızda bir-birimizin maraqlarını nəzərə almağın vacibliyini və Azərbaycan-Ermənistan kimi, Türkiyə- Ermənistan münasibətlərinin də normallaşması prosesinin vacibliyini vurğulayırıq”, - deyə o əlavə edib.

Daha ətraflı videosüjetdə:

Xəbər lenti