Prezident İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlılığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.

Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdarəetmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.

29 May 2025 İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
29 May 2025 Laçın görüşü kimləri qorxuya saldı? - Elan edildi, yola çıxılır
28 May 2025 Laçında bayram ab-havası... - Video + Fotolar
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Yenilənir
28 May 2025 Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi - Video
28 May 2025 Mehriban Əliyevadan Müstəqillik Günü təbriki - Foto
28 May 2025 Azərbaycanda Müstəqillik Günüdür
27 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar+Video
27 May 2025 Bu da Laçın kanatı - Fotolar+Video
27 May 2025 Laçın aeroportunda qarşılanan ilk ali qonaq o oldu - Fotolar
27 May 2025 İlham Əliyev uşaqlarla bir arada - Fotolar
27 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
27 May 2025 Prezidentə təbriklər gəlməkdə davam edir
27 May 2025 Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub
27 May 2025 Kremlin “Zəngəzur savaşı”: Anlaşma qüvvədən düşür, dəhliz indi Rusiya üçün əlçatmazdır
26 May 2025 İlham Əliyev "Coca-Cola" zavodunun açılışını etdi - FOTOLAR
26 May 2025 İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
26 May 2025 İlham Əliyev İsmayıllıya səfər edib - YENİLƏNİB
26 May 2025 Laçın aeroportuna beynəlxalq status verildi
26 May 2025 Azərbaycan Prezidenti 16 əcnəbini əfv edib

Xəbər lenti