Ermənistan geriyə yol qoymadı: "Rusiyanın gücü ilə üzləşəcək" - Ekspert danışır...Paşinyanın KTMT ilə bağlı son bəyanatı siyasi xarakter daşıyır. Çünki KTMT-nin nizamnaməsində bir ölkənin iştirak hüququnu dondurmasi məsələsi yoxdur. Ya özü çıxmaq niyyətində olmalıdır, ya da ki, onları bu təşkilatdan çıxartmalıdırlar.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Paşinyan çox sadə bir variant tapıb və bunu bəyan edir:

“Amma eyni zamanda KTMT-nin katibi də bəyan etdi ki, bizə Ermənistandan heç bir sənəd gəlməyib. Əgər Paşinyan hansısa tədbirlərdə iştirak etmirsə, bunu dondurma hesab edirsə, bu, artıq Ermənistanın öz işidir. Amma Ermənistan KTMT-dən çıxmayıb. Eyni zamanda da Ermənistan Rusiya ilə hərbi texniki əməkdaşlığın inkişafı ilə bağlı bir sıra addımlarda atıb. Görünən odur ki, bu reallıqları Ermənistanın rəsmiləri ya nəzərə almır, ya da hesab edirlər ki, belə bəyanatlarla kimlərisə guya aldatmış olurlar".

Politoloq bildirib ki, Rusiya hələ ki gözləmə vəziyyətindədir:

“Paşinyan bir çox bəyanatlarla çıxış edir. Hesab edir ki, Rusiya Ermənistana müharibə zamanı kənarda qaldı, köməklik etmədi. Digər tərəfdən də həqiqət odur ki, müharibə Ermənistan ərazisində getməyib. Ermənistan ikibaşlı siyasi addımlar atır. Onlar deyirlər ki, KTMT-nin tədbirlərində iştirak etmiyəcəklər. Digər tərəfdən də Rusiya ilə hərbi əməkdaşlığı davam etdirirlər. Əgər Paşinyan buna bir son qoyarsa, Rusiyanın gücü ilə üzləşəcək.

Rusiya tərəfi dəfələrlə bildirib ki, burada başqa dövlətlərin izi olmamalı və heç kəs bura müdaxilə edə bilməz. Paşinyanın məqsədi odur ki, sülh sazişini hələlik imzalamasın. Çünki Paşinyana həm xaricdən, həm də daxildən müəyyən təzyiqlər edilir. Belə halda sülh sazişini imzalasa, çox çətin və mürəkkəb vəziyyətə düşə bilər”.
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır

Xəbər lenti