Paşinyan bir imza ilə 4 ölkəni özünə düşmənə çevirəcək - ŞƏRHMəlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsselə səfər edəcək.

O, səfər çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-nin dövlət katibi Entoni Blinkenlə görüşəcək. Görüşdə Ermənistanın inkişafına fayda verən üçtərəfli əməkdaşlıq yollarının müzakirə ediləcəyi açıqlanıb. Lakin buna baxmayaraq, tərəflər arasında hərbi paktın imzalana biləcəyi ehtimalları səsləndirilir.

Maraqlıdır, 5 apreldə belə bir pakt imzalana bilərmi? Əgər imzalanarsa, bölgədə nə dəyişəcək?

AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, belə bir hərbi pakt imzalana bilər:

“Bu, Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqliyə cavab olaraq imzalana bilər. Amma Azərbaycan Rusiya ilə müttəfiq olsa da, yenə də Ukraynaya yardım edir. Hətta Ukrayna lideri Volodimir Zelenski buna görə dəfələrlə Prezident İlham Əliyevə təşəkkür edib. Çünki balanslı siyasət aparırıq. Lakin Ermənistanın balanslı siyasət aparmaq imkanı yoxdur.

Əslində, hərbi pakt da iki cür ola bilir. Məsələn, Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə müttəfiqliyi var. Rusiyadan silah alırıq, münasibətlərimizi normal saxlayırıq, amma öz maraqlaramız var. Türkiyə ilə Azərbaycanın müttəfiqliyinin isə dünyada analoqu yoxdur”.

Ekspertin sözlərinə görə, Ermənistanın Qərblə pakt imzalasa da, Kreml İrəvana hədə-qorxu ritorikasından o tərəfə keçməyəcək:

“Amma Ermənistandan o paktda götürəcəyi öhdəliyə uyğun olaraq Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması tələb oluna bilər. O zaman Rusiya hansısa addımlar atmağa məcbur qalacaq, çünki Ermənistan regiondakı yeganə forpostudur. Əks təqdirdə, Rusiya Cənubi Qafqazı itirəcək. Ümumiyyətlə, ehtimal olunan bu pakt Rusiyaya, Azərbaycana, hətta müəyyən mənada Türkiyə və İrana qarşı olacaq. Bu, o deməkdir, Ermənistan regionun bütün ölkələrini qarşısına alacaq”.

Politoloq hesab edir ki, Ermənistanın Rusiyaya qarşı çıxması ağılsızlıqdır:

“Allah kimisə cəzalandırmaq istəyəndə əvvəlcə ağlını alır. Fikrimcə, Allah ermənilərin ağlını alıb. Çünki Ermənistan indiyə kimi ona hamilik edən Rusiyaya qarşı çıxır. Deməli, erməni xalqı da, hakimiyyəti də ağlını itirib. Nə gözəl! Bizə sərf edir, bundan istifadə edə bilərik”.
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

Xəbər lenti