Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.

Allah orucunuzu qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!".

29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto

Xəbər lenti