Köhnə dostların Zəngəzurda toqquşan MARAQLARI - İran-Rusiya ANLAŞMAZLIĞIİranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı davam edir. Moskva hələ də dəhlizin açılmasını dəstəklədiyi bəyanatın üstündə dayanır. İran rəsmiləri isə bu fonda Rusiyaya qarşı söz savaşını davam etdirir.

Bu istiqamətdə diplomatik gedişlər də edilir. Ən azından Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana qəfil səfərində əsas müzakirə məsələlərindən birinin məhz Zəngəzur dəhlizilə bağlı iki ölkə arasında olan ziddiyyətlərlə əlaqədar olduğu iddia edilir.

Görəsən, İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı diplomatik gedişlər nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İran rəsmilərinin bu yöndə səsləndirdikləri bəyanatlar öz-özlüyündə ziddiyyətlidir:

Əslində Ermənistanın Zəngəzur dəhlizinin də yerləşdiyi İranla sərhədi 1992-ci ildən Rusiyanın nəzarəti altındadır. Həmin sərhədi Rusiya sərhədçiləri qoruyur. Bu Tehrana da, digərlərinə də bəllidir. Belə olan halda, ərazidən keçən dəmir yoluna rus sərhədçilərinin nəzarət etməsilə İran üçün heç nə dəyişmir. Buna qədər İranın həmin məsələ ilə bağlı heç bir iradı olmayıb. İranla Rusiya arasında gündəmdə olan bir çox məsələlər var”.

Zəngəzur mövzusu bu mənada həmsöhbətimizə görə, sadəcə olaraq, alver üçün istifdə olunan mövzulardandır:

“Bir məsələni də qeyd edək ki, Moskva ilə Tehranın gündəmində problem yaradan bir çox digər mövzular var. Ola bilsin, Rusiya İrana hansısa texnologiya vəd edib. Əvəzinə guya İrandan orta mənzilli taktiki raket və PUA-lar götürmək niyyətində idi.

Lakin indi görünür ki, Moskva texnoloji silahları İrana vermək fikrindən vaz keçib. Uzun müddət Rusiya İrana S-300 vermək istəmirdi, sonra isə verdi. İndi də ona bənzər bir vəziyyət yaranıb. Belə görünür, Rusiya öz marağına görə, İrana bu məsələdə təzyiq etmək istəyir. Bu alverdə də Zəngəzur dəhlizi heç də birinci dərəcəli mövzu deyil”.
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü

Xəbər lenti