Çörək bişirilən sexlərdə nöqsanlar tapıldı

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

Agentlikdən daxil olan məlumaat görə, həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.

Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən Səbail rayonu Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən "Xətai-3" Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən “31 saylı çörəkbişirmə müəssisəsi” MMC-yə məxsus, Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən "Baker Azərbaycan" MMC-yə məxsus və Xətai rayonu S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi, digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.

 

Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərinin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilmiş və aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. Həmçinin həmin müəssisələr barəsində  sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib edilib.

Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından, həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilib.


Onlara yeni mənzillər verildi
Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.

 Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib. Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlanıb. Yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər var. 

 

Rövnəq Abdullayev çıxış edərək bildirib ki, prezident İlham Əliyev neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də neftçilərin növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. 

Daha sonra R. Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib. 

 



 
 
Azərbaycana gələn ərəblərin sayı artıb

2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gələnlərin 31,6 faizi Rusiya Federasiyası, 19,5 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 9,4 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 21,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 

Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini isə qadınlar təşkil edib. 

 

Cari ilin yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 19,0 faiz, Oman vətəndaşlarının sayı 9,5 faiz artıb. 

Amma Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6 faiz, İrandan gələnlərin sayında isə 25,4 faiz azalma müşahidə edilib. Ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

2018-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3089,8 min nəfər olub.

Səfər edənlərin 65,7 faizi kişilər, 34,3 faizi isə qadınlar olub.

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Ardını oxu...

 

Prezident Masallı Sənaye Məhəlləsinin açılışında

Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.

 

Dövlət başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.

Sonra prezident Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

***

Daha sonra dövlət başçısı “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib. 

Müəssisənin direktoru Ağamirzə Kərimov prezidentə burada yaradılan şərait barədə məlumat verib. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

***

Dövlət başçısı Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib.

 






 
89 neftçiyə mənzil verilib

SOCAR 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ını açıqlayıb.

Hesabat şirkətin ötən il əldə etdiyi əsas istehsalat və maliyyə göstəriciləri, şirkət və onun struktur bölmələri ilə yanaşı xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin fəaliyyət nəticələrini özündə əks etdirir.

Hesabatda bildirilir ki, şirkət ötən il büdcəyə 1,5 milyard manat həcmində ödəmələr edib, bu da 2016-cı illə müqayisədə 8 faiz və ya 114,7 milyon manat çoxdur. Hesabat ilində şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 milyon ton neft hasil edib, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil verib. Dövr ərzində 5,9 milyon ton neft emal edilib. 

 

SOCAR ötən il 1886,2 km uzunluğunda yeni qaz kəmərləri çəkib, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 221,1 km qaz kəməri əsaslı təmir olunub. 

Hesabatda deyilir ki, 01.01.2018-ci il tarixində SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən artıq olub. Mənzil növbəsində olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunub. Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 2 677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilib. 

Şahin quşunu ovlamağa çalışan bir qrup ovçu cərimələnib.

Ardını oxu...


Bakı Kitab Mərkəzində şəkil qadağası

Bakı Kitab Mərkəzində şəkil çəkdirməyə məhdudiyyətlər qoyulub.Bununla bağlı məlumatı oxucular sosial şəbəkədə paylaşıb. Qeyd olunub ki, artıq Kitab Mərkəzində şəkil çəkdirməyə bəzi qadağalar tətbiq olunur.

Kitab evindən bildirilib ki, həqiqətən də hazırda şəkillə bağlı bəzi məhdudiyyətlər var. Belə ki, Mərkəz Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərdiyi üçün bundan sonra aparatla şəkil və ya video çəkmək istəyən şəxslər əvvəlcə Fonda müraciət edib icazə almalıdır.

Həmçinin, telefonla çəkilmiş fotoları sadəcə şəxsi hesabda paylaşmaq olar. Reklam xarakterli paylaşımlar üçün isə icazə verilmir.

 

Qısacası, hazırda Mərkəzdə telefonla selfi edə və ya şəkil çəkdirə bilərsiniz. Ancaq kamera ilə hər hansı bir çəkiliş icazəsiz baş tuta bilməz. 


Göy göldə yeni xidmət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Göygöl Milli Parkına motorlu qayıq gətirilib.

 

Bu barədə Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Fuad Quliyev məlumat verib.
 
Bildirilib ki, ilin bütün fəsillərində, xüsusən də yay mövsümündə on minlərlə yerli və xarici turist dağlar qoynuna sığınan, yamyaşıl meşələrlə əhatə olunan Göygölün füsunkar təbiətini seyr etməyə gəlir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygölün ekosistemini qorumaqla yanaşı, milli parka gələnlərin istirahətini daha yadda qalan etmək üçün turistlərin motorlu qayıq vasitəsi ilə müəyyən olunmuş marşrut üzrə istirahət etməsini məqbul sayıb.
 
Fuad Quliyev deyib ki, yaxın vaxtlarda istifadəyə veriləcək motorlu qayıq bir dəfəyə 12 nəfər götürə bilir.


Xəzərdə 1 nəfər batdı
16.09.2018 | 17:49
Oxunma sayı: 930

 

 Xəzər dənizində 1 nəfər batıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Xəbər lenti