|
Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.
Yol-xeber.az Trend-ə istinadən xəbər verir ki, bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.
Məktəb ləvazimatlarının qiyməti belədir:
Çantalar: 18-45 manat
Dəftər: 12 qəpik - 1 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Sadə karandaşlar: 10-30 qəpik
Rəngli karandaşlar: 90 qəpik - 8 manat
Pozan: 10-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 10-40 qəpik
Plastilin: 1-3 manat
Pərgar dəsti: 1 - 3,6 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Məktəbli forması: 40 və 46 manat
Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.
Azərbaycanda dünya təcrübəsi əsasında üçüncü dozanın tədbiqinə başlanılıb. Məqsəd ilk dozadan əldə olunmuş immunitetin daha uzun müddətliliyini təmin etməkdir.
Yol-xeber.az-ın məlumatına görə, Baş infeksionist Təyyar Eyvazov İctimai TV-yə bildirib ki, üçüncü dozanın vurulması hələlik müəyyən risk qrupu üçün düşünülüb.
2021-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 942,3 manat təşkil edib.
Yol-xeber.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqında 1,8% azalma müşahidə olunub.
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Yağış:Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək olub.
Külək:Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.
Havanın temperaturu: avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicə alan vətəndaş orada müalicənin keyfiyyətli olmaması, xidmətin bərbad olunması ilə bağlı iddialar səsləndirib.
O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
O, Respublika Narkoloji Mərkəzindən narazılığını ifadə edib.
Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Ölkə.az xəbər verir ki, qurumun Respublika Narkoloji Mərkəzindən “oxu.az”a verilən məlumata görə, iddialarla çıxış edən şəxs 10 il narkomaniyadan əziyyət çəkməsinə baxmayaraq, üç dəfə qısa müddətli müalicə alıb:
“O, heç vaxt stasionar müalicə kursunu tamamlamayıb. Təəssüf ki, bu kimi xəstələr müalicə olunanlar arasında böyük əksəriyyəti təşkil edir.
Onlar müəyyən səbəblərdən (yaxınlarının təkidi, maddi imkansızlıq, narkotikin dozasını aşağı salmaq, hüquqi tədbirlərdən uzaq olmaq və digər məqsədlərlə) stasionar müalicəyə qəbul olunurlar.
Müalicəni sona çatdırmadan bəhanələrlə evə yazılmağı tələb edirlər”.
Respublika Narkoloji Mərkəzindən qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin üç faizi (270 min nəfər) narkomaniyadan əziyyət çəkir.
Həmin təşkilatın tədqiqatları göstərir ki, narkotik asılılığı olan şəxslərin yalnız 2-3 faizi bu bəladan qurtula bilir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, müalicə nəticəsində narkotik asılılıqdan azad olanlarla öz səyləri ilə (yəni heç bir müalicə olmadan) normal, narkotiksiz həyata qayıda bilənlərin sayı təxminən eynidir.
Bu, o deməkdir ki, əksər hallarda nəticə müalicə üsullarından deyil, şəxsin fərdi xüsusiyyətindən daha çox asılıdır.
Bu gün dünyada elə bir müalicə üsulu yoxdur ki, şəxsin iradəsindən kənar, onu narkotikin psixi asılılığından azad etsin.
Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında: Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.
“Son zamanlar narkomaniya ilə bağlı məsələ kəskinləşib. Bu da insanların 2 ilə yaxındır xroniki stres durumunda yaşamasından irəli gəlir”.
Yol-xeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində deyib.
“Cavanlarımız xroniki stress durumundadır. Psixi durumu zəif olan, daxilən buna müqavimət göstərə bilməyən insanlar bu zəhərə düçar olurlar. Səhiyyə Nazirliyinin tabeliyindəki bütün narkoloji xəstəxanalar, narkoloji reabilitasiya mərkəzləri tam gücü ilə fəaliyyətdədir. Yeni müalicə üsulları tətbiq olunur. Bilirsiniz ki, bazarda yeni növ narkotik vasitələr peyda olub. İnsanlar çox asanlıqla onlara vərdiş qazanır və sonradan onların fəsadları çox ağır olur. Çox qısa bir müddətdə insan öz şəxsiyyətini və sağlamğlığını itirərək, dünyasını dəyişir.
Üzümü tutub demək istəyirəm ki, hər hansı bir ailədə belə bir insan varsa, əvvəlcə ailə üzvləri ona dəstək olmalı, müalicəsində kömək etməlidir. Bu, sırf tibbi problem deyil, sosial problemdir, ailə problemidir. Bu baxımdan ailə və yaxın çevrə bu cür insanlara dəstək olaraq onu lazımi müalicəyə cəlb etməkdə köməklik göstərməlidirlər. Bizim bütün müəssisələrdə keyfiyyətli müalicə tətbiq olunur, yüzlərlə insan bu bəladan sağalıb və hazırda reabilitasiya dövrünü yaşayır”.
Nazir müavini əlavə edib ki, istənilən halda ailəsi, çevrəsi tərəfindən normal, adekvat dəstək olarsa, narkotik aludəçisi olan insan bu bəladan qurtula bilir.
“Dırnaqarası ekspertlər, ictimai fəallar, xadimlər sosial şəbəkələr, kütləvi informasiya vasitələrində insanları peyvəndləmədən kənarlaşdırmaql məşğuldurlar”.
Yol-xeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində deyib. O, həmin insanlara müraciət edib:
“Bizim söhbət etdiyimiz bu anda reanimasiya şöbələrində dünyasını dəyişən insanların ölümündə həmin insanların məsuliyyəti və əli var. Bu bir cinayətdir”,-deyə o söyləyib.