![]() |
|
“Ötən il ölkə ərazisində olan avtomobil yollarında yol-qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 618 qəza hadisəsi baş verib”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında bildirib.
O qeyd edib ki, bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118 pm beton bardür, 129,4 m2 tamet bəzək daşı103 m2 asfalt-beton örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı və s. yararsız hala düşüb: “Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəyib. Bundan 524,8 min manatı (72,3 %) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə müraciət olunub. 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 69 yol-nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.
“Bəzi hallar olub ki, biz bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik”.
Report xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
“Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya xarakterli məlumatlar olmamalıdır”, - o vurğulayıb.
"Yol-xeber.az"un xəbərinə görə, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 14 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, cəmiyyətin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, bunun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.
Fevral ayının 15-dən sonra elektron sistemdə bütün dozalar üzrə məlumatlar öz əksini tapıb.
“Peyvənd sertifikatı”nın “Etibarlılıq müddəti” bölməsində isə sertifikatın müddəti qeyd edilib.
Belə ki, 2 doza aşı olanlar üzrə 6 ay müddət qeyd edilir, buster doza və ya 4-cü dozanı qəbul edənlər üzrə isə müddətsiz kimi əks olunur. Birinci və ikinci vaksini almış, buster dozası olmayan şəxslərdə isə müvafiq müddət (ikinci dozadan 6 ay sonra) qeyd edilib.
Hazırda prosesə Daxili İşlər Nazirliyi Nəzarət edir. Polis tərəfindən nəzarət profilaktik tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Maraqlıdır, ticarət mərkəzlərində və ictimai iaşə obyektlərində üçüncü doza vaksin vurdurmayan şəxslər aşkarlandıqda hansı tədbirlər görülür?
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, hazırkı qanunvericlikdə nəzərdə tutulur ki, yoxlama nəzarət tədbirləri sahibkarların üzərinə düşür: "Bu səbəbdən də, hansısa obyektdə və ticarət mərkəzində “buster” doza qəbul etməyən vətəndaş aşkarlandıqda həmin obyekt sahibkarı barədə qanunvericilikdə nəzərdə tutulmuş şəkildə tədbirlər görülür".
“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb.
Layihənin “Youtube” hesabında yerləşdirilən “Rüsvayçılıq və şərəfsizlik: “Caliber”in azad edilmiş Hadrut qəsəbəsindəki tapıntısı” adlı materialda eksklüziv görüntülər yer alıb.
Belə ki, qəsəbədə yerləşən “158 nömrəli” evdə ermənilərin hərbi əməliyyatlar zamanı gizlənmək üçün istifadə etdikləri dəliklər tapılıb.
Ermənilərin Azərbaycan ordusu qarşısındakı qorxusu onları Füzuli istiqamətindəki döyüş mövqələrində olduğu kimi yaşayış evlərində belə özlərinə gizlənmək üçün dəliklər qazmağa vadar edib.
Ətraflı videoda:
Bakının “Tarqovı” kimi tanınan məşhur Nizami küçəsində parkinq xidməti üçün qanunsuz olaraq 5 manat tələb edilir.
Yol-xeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, vətəndaşlardan biri sürücülərdən 5 manat tələb edən "parkovşik"ə etiraz etsə də, o cavabında burada özbaşına dayanmadığını bildirib.
Görüntüləri olduğu kimi təqdim edirik:
Daxili İşlər Nazirliyi dünən Bakıda ana və iki azyaşlı övladının qətlindən öncə polisə məlumat verilməsi, lakin hadisə yerinə əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirib.
“Yol-xeber.az"ın məlumatına görə, bununla bağlı yayılan məlumatda qeyd edilib ki, qətldən öncə evdən səs-küy gəldiyi üçün qonşular öncə qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər və polisə məlumat veriblər. İddiaya görə, hadisə yerinə gələn polis əməkdaşları səsləri eşitsələr də, “ailə münaqişəsidir, içəri girməyə ixtiyarımız yoxdur. Siz də dağılışın burada qalmayın” deyərək çıxıb gediblər.
Məsələ ilə bağlı “Qafqazinfo” Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov sorğuuza cavab olaraq bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb: “Törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır. Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır.
Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.
Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”.
Ötən il avqust ayında məşhur “İnfiniti” və “Extra” gecə klublarında karantin qaydalarının pozulmasına görə işdən çıxarılan Nərimanov RPİ-nin rəisi vəzifəni icra edən polis polkovnik-leytenantı Farid Vəliyevə yeni vəzifə verilib.
“Yol-xeber.az”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Farid Valiyev Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, karantində gecə klublarından çəkilən və sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra DİN obyektlərdə əməliyyat keçirmişdi. Bu zaman müştərilərə qəlyan verildiyi, klubun gecə saat 12-dən sonra da işlədiyi məlum olub. Buna görə “İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
Həmin hadisəyə görə Farid Vəliyevlə birlikdə Nərimanov RPİ 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli də vəzifəsindən azad edilmişdi. Məlumata görə, həmin vəzifəli polislər gecə klublarında karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.
Fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev qardaşının rəhbəri olduğu daşıma şirkəti “Van der Вal Intl. Transport Bakı”ya daha çox daşıma icazəsi verilməsi ilə bağlı suallara aydınlıq gətirib.
A. Rzayev vaxtilə rəhbəri olduğu şirkətlə hazırda hazırda heç bir əlaqəsi olmadığını deyib:
“1196-2013-cü illərdə “Van der Вal” şirkətinin rəhbəri olmuşam. Daha sonra şirkətdən ayrılaraq akademik fəaliyyətlə məşğul olmuşam. Hazırda qardaşım həmin şirkətin rəhbəridir. İstər akademik fəaliyyətim dövründə, istərsə də indi mənim şirkətlə hər hansı əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Mən şirkətdən ayrılarkən 60-a yaxın avtomobili var idi, hazırda isə 15 avtomobildən ibarətdir”.
Qurum rəhbərinin sözlərinə görə, daşımalar üçün verilən BNF icazələrin defisit olan və olmayan hissələri var. Defisit olmayanlar Rusiyaya keçidə icazə verməyən icazələrdir: “Yəni siz onunla Rusiyaya gedə bilməzsiniz. Buna Rusiyaya bağlı icazələr deyilir. Bu icazələrlə yalnız Almaniya, Fransa, Niderland və bu kimi ölkələrə gedə bilirsiniz. Sözügedən şirkət bu icazələrdən əldə etmək üçün müraciət edib. Ötən il həmin icazələrdən DANX-da 400-500 ədəd qalmışdı. Çünki onlar bol olan icazələrdəndir. Hazırda da həmin icazələrdən 100-ə yaxın var. Çünki şirkətləri əsasən Rusiyaya keçid icazələri daha çox maraqlandırır”.
Pay bölgüsündə qardaşının rəhbər olduğu şirkətə daha çox pay verilmədiyini deyən A. Rzayev bildirib ki, hər şirkətə paylanıldığı qədər - hər 2 Avro-6 avtomobilə 1 BNF icazəsi verilib.