|
Pademiya şəraitində vətəndaşlarımız tibbi maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara riayət etməlidir.
DİN Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev mülki geyimdə xidmətə cəlb olunan polis əməkdaşlarının fəaliyyəti ilə bağlı Ölkə.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd vətəndaşların sağlamlığının effektiv mühafizəsidir.
Onun sözlərinə görə, müşahidələr göstərir ki, pandemiya şəraitində virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda bəzi vətəndaşlar sağlamlıqlarına laqeyd və biganə yanaşaraq, polis gördükdə “qaydalara əməl edirəm” görüntüsü yaradaraq tez maskasını taxır:
"Halbuki belə şəxslər bu qaydalara laqeyd və biganə yanaşmaqla sağlamlığını qorumaq əvəzinə cərimədən, inzibati tənbeh tədbirlərindən yayınmağa çalışırlar. Və bu neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları mülki geyimdə də xidmətə cəlb olunub.
Bu tədbirlər, mülki geyimdə xidmətə cəlb olunan naryad qrupları virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda fəaliyyətlə məhdudlaşmır.
Eləcə də elektron vasitələrin imkanlarında da geniş istifadə olunmaqla, vətəndaşların qaydalara necə əməl etməsinin onlayn rejimdə videomüşahidələri aparılır".
N.Əliyev qeyd edib ki, bütün bunlar tək polisin işi yox, həm də özünü və yaxınlarını virus riskindən qorumaqda məsuliyyətini anlayan vətəndaşların da gündəlik həyat tərzi olmalıdır:
"Bir sözlə, bu, ictimai qınaq formasında qəbul edilməli – bilənlər bilməyənləri, qaydalara əməl edənlər etməyənləri infeksiya şəraitində qorumaq üçün birgə səy göstərməli, müəyyən olunan normalara əməl olunmasına çağırmalıdır. Polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyyəti yoxdur.
Yalnız qaydalara əməl etməyən vətəndaşları qanun gücü, təsiretmə imkanları ilə çəkindirmək əsas vəzifə kimi polis əməkdaşlarının qarşısına qoyulub.
Nə qədər ki ölkəmizdə pandemiya şəraitində virus riski var, polis tərəfindən müvafiq tədbirlər daha da qətiyyətlə davam etdiriləcək".
Azərbaycanda bir neçə xəstəxana qoşulma yolu ilə yenidən təşkil olunur.
"K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutu PHŞ "Uşaq Nevroloji Xəstəxanası" PHŞ-in ona qoşulması yolu ilə yenidən təşkil edilir.
Eləcə də, "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ "21 nömrəli Birleşmiş Şəhər Xəstəxanası" PHŞ, "31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" PHŞ, Müharibə Veteranları Respublika Xəstəxanası, Yazıçılar poliklinikası, 1 nömrəli Vərəm Əleyhinə Dispanser ve 4 nömrəli Vərəm Əleyhinə Dispanser hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilir.
“Pfizer-BioNTech” koronavirus peyvəndinin üçüncü dozası ilə bağlı araşdırma aparılıb.
Xarici KİV xəbər verir ki, bu barədə “Pfizer” şirkəti yazılı açıqlama yayıb. Qeyd olunub ki, 306 nəfər üzərində aparılan sınaqlar zamanı ikinci dozadan 5 və ya 8 ay sonra vurulan 3-cü dozanın bədəndə antitelləri 3.3 qat artırdığı üzə çıxıb.
Hələlik bütün detalları yayımlanmayan açıqlamada 3-cü dozanın əks təsirlərinin 2-ci dozadan fərqli olmadığı bildirilib.
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva anası, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə bağlı video paylaşıb.
O, görüntüləri “Instagram” hesabında paylaşıb.
Görüntülərdə Mehriban Əliyevanın uşaqlıq, gənclik illərini, eləcə də ictimai-siyasi fəaliyyətini özündə əks etdirən fotolar yer alıb.
Həmin videonu təqdim edirik:
Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26° isti, gündüz 34-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacaq.
Bildiyiniz kimi, “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Yol-xeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Bunun üçün vətəndaşlar //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Qeyd edək ki, “Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.
Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.
Azərbaycanda artıq üçüncü doza vaksinasiya prosesi başlayıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Uroloq-androloq, Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl paylaşım edib.
“Üçüncü doz korona peyvəndini də aldıq. Çox götür-qoy etdim və üçüncü doz kimi “Pfizer”i seçdim. Bundan əvvəl yanvar və fevral aylarında "Sinovac" peyvəndi olunmuşdum”, - o deyib.
Həkim həmçinin qeyd edib ki, qonşu Gürcüstan Azərbaycandakı kimi peyvəndlənmə imkanı olmadığı üçün bu gün koronavirusdan insan ölümü üzrə dünyada ön sıralardadır.
Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.
Yol-xeber.az xəbər evrir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat yayıb.
Bildirilib ki, dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.
Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, avqustun 25-i saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.
Şimşək və göy gurultusu: Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda qeydə alınmışdır.
Yağış: Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində 2 saat ərzində 35.0 mm (aylıq normanın 61%-i) olub ki, nəticədə məntəqədən gecə saatlarında sel keçib, Kişçayda (Şəki) 14.0 mm, Xınalıqda 13.0 mm, Qrızda 8.0 mm, Sarıbaş (Qax), Gəncədə 7.0 mm, Qusarda 6.0 mm, Quba, Şəkidə 5.0 mm, Şinçay Şin, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Nabran, Gədəbəydə 3.0 mm, Qəbələ, Xaçmaz, Şəmkirdə 2.0 mm, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.