![]() |
|
Azərbaycanda artıq üçüncü doza vaksinasiya prosesi başlayıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Uroloq-androloq, Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl paylaşım edib.
“Üçüncü doz korona peyvəndini də aldıq. Çox götür-qoy etdim və üçüncü doz kimi “Pfizer”i seçdim. Bundan əvvəl yanvar və fevral aylarında "Sinovac" peyvəndi olunmuşdum”, - o deyib.
Həkim həmçinin qeyd edib ki, qonşu Gürcüstan Azərbaycandakı kimi peyvəndlənmə imkanı olmadığı üçün bu gün koronavirusdan insan ölümü üzrə dünyada ön sıralardadır.
Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.
Yol-xeber.az xəbər evrir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat yayıb.
Bildirilib ki, dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.
Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, avqustun 25-i saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.
Şimşək və göy gurultusu: Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda qeydə alınmışdır.
Yağış: Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində 2 saat ərzində 35.0 mm (aylıq normanın 61%-i) olub ki, nəticədə məntəqədən gecə saatlarında sel keçib, Kişçayda (Şəki) 14.0 mm, Xınalıqda 13.0 mm, Qrızda 8.0 mm, Sarıbaş (Qax), Gəncədə 7.0 mm, Qusarda 6.0 mm, Quba, Şəkidə 5.0 mm, Şinçay Şin, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Nabran, Gədəbəydə 3.0 mm, Qəbələ, Xaçmaz, Şəmkirdə 2.0 mm, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.
Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.
Yol-xeber.az Trend-ə istinadən xəbər verir ki, bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.
Məktəb ləvazimatlarının qiyməti belədir:
Çantalar: 18-45 manat
Dəftər: 12 qəpik - 1 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Sadə karandaşlar: 10-30 qəpik
Rəngli karandaşlar: 90 qəpik - 8 manat
Pozan: 10-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 10-40 qəpik
Plastilin: 1-3 manat
Pərgar dəsti: 1 - 3,6 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Məktəbli forması: 40 və 46 manat
Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.
Azərbaycanda dünya təcrübəsi əsasında üçüncü dozanın tədbiqinə başlanılıb. Məqsəd ilk dozadan əldə olunmuş immunitetin daha uzun müddətliliyini təmin etməkdir.
Yol-xeber.az-ın məlumatına görə, Baş infeksionist Təyyar Eyvazov İctimai TV-yə bildirib ki, üçüncü dozanın vurulması hələlik müəyyən risk qrupu üçün düşünülüb.
2021-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 942,3 manat təşkil edib.
Yol-xeber.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqında 1,8% azalma müşahidə olunub.
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Yağış:Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək olub.
Külək:Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.
Havanın temperaturu: avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.