![]() |
|
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicə alan vətəndaş orada müalicənin keyfiyyətli olmaması, xidmətin bərbad olunması ilə bağlı iddialar səsləndirib.
O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
O, Respublika Narkoloji Mərkəzindən narazılığını ifadə edib.
Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Ölkə.az xəbər verir ki, qurumun Respublika Narkoloji Mərkəzindən “oxu.az”a verilən məlumata görə, iddialarla çıxış edən şəxs 10 il narkomaniyadan əziyyət çəkməsinə baxmayaraq, üç dəfə qısa müddətli müalicə alıb:
“O, heç vaxt stasionar müalicə kursunu tamamlamayıb. Təəssüf ki, bu kimi xəstələr müalicə olunanlar arasında böyük əksəriyyəti təşkil edir.
Onlar müəyyən səbəblərdən (yaxınlarının təkidi, maddi imkansızlıq, narkotikin dozasını aşağı salmaq, hüquqi tədbirlərdən uzaq olmaq və digər məqsədlərlə) stasionar müalicəyə qəbul olunurlar.
Müalicəni sona çatdırmadan bəhanələrlə evə yazılmağı tələb edirlər”.
Respublika Narkoloji Mərkəzindən qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin üç faizi (270 min nəfər) narkomaniyadan əziyyət çəkir.
Həmin təşkilatın tədqiqatları göstərir ki, narkotik asılılığı olan şəxslərin yalnız 2-3 faizi bu bəladan qurtula bilir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, müalicə nəticəsində narkotik asılılıqdan azad olanlarla öz səyləri ilə (yəni heç bir müalicə olmadan) normal, narkotiksiz həyata qayıda bilənlərin sayı təxminən eynidir.
Bu, o deməkdir ki, əksər hallarda nəticə müalicə üsullarından deyil, şəxsin fərdi xüsusiyyətindən daha çox asılıdır.
Bu gün dünyada elə bir müalicə üsulu yoxdur ki, şəxsin iradəsindən kənar, onu narkotikin psixi asılılığından azad etsin.
Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında: Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.
“Son zamanlar narkomaniya ilə bağlı məsələ kəskinləşib. Bu da insanların 2 ilə yaxındır xroniki stres durumunda yaşamasından irəli gəlir”.
Yol-xeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində deyib.
“Cavanlarımız xroniki stress durumundadır. Psixi durumu zəif olan, daxilən buna müqavimət göstərə bilməyən insanlar bu zəhərə düçar olurlar. Səhiyyə Nazirliyinin tabeliyindəki bütün narkoloji xəstəxanalar, narkoloji reabilitasiya mərkəzləri tam gücü ilə fəaliyyətdədir. Yeni müalicə üsulları tətbiq olunur. Bilirsiniz ki, bazarda yeni növ narkotik vasitələr peyda olub. İnsanlar çox asanlıqla onlara vərdiş qazanır və sonradan onların fəsadları çox ağır olur. Çox qısa bir müddətdə insan öz şəxsiyyətini və sağlamğlığını itirərək, dünyasını dəyişir.
Üzümü tutub demək istəyirəm ki, hər hansı bir ailədə belə bir insan varsa, əvvəlcə ailə üzvləri ona dəstək olmalı, müalicəsində kömək etməlidir. Bu, sırf tibbi problem deyil, sosial problemdir, ailə problemidir. Bu baxımdan ailə və yaxın çevrə bu cür insanlara dəstək olaraq onu lazımi müalicəyə cəlb etməkdə köməklik göstərməlidirlər. Bizim bütün müəssisələrdə keyfiyyətli müalicə tətbiq olunur, yüzlərlə insan bu bəladan sağalıb və hazırda reabilitasiya dövrünü yaşayır”.
Nazir müavini əlavə edib ki, istənilən halda ailəsi, çevrəsi tərəfindən normal, adekvat dəstək olarsa, narkotik aludəçisi olan insan bu bəladan qurtula bilir.
“Dırnaqarası ekspertlər, ictimai fəallar, xadimlər sosial şəbəkələr, kütləvi informasiya vasitələrində insanları peyvəndləmədən kənarlaşdırmaql məşğuldurlar”.
Yol-xeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində deyib. O, həmin insanlara müraciət edib:
“Bizim söhbət etdiyimiz bu anda reanimasiya şöbələrində dünyasını dəyişən insanların ölümündə həmin insanların məsuliyyəti və əli var. Bu bir cinayətdir”,-deyə o söyləyib.
Azərbaycanda koronavirusun üçüncü dalğası başlayıb.
Yol-xeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində deyib. O bildirib ki, koronavirusla mübarizə üçün ölkədə yetəri sayda çarpayı fondu, dərman vasitələri və mütəxəssislər mövcuddur:
“Səhiyyə sistemimiz COVID-in istər birinci, ikinci, istərsə də, indi yaşadığımız üçüncü dalğasına layiqincə cavab verməyə hazırdır”.
Avqustun 21 və 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 38 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a bildirilib ki, monitorinq 24 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
"Koronavirusun Delta ştammı sürətlə yayılsa da, burada ağırlaşma və ölüm faizi digər ştamlardan aşağıdır. İnsanlara tövsiyə edərdim ki, simptomlar görüləndə test verib, həkim məsləhəti ilə müalicə olunsunlar. İnsanlar özlərini evdə müalicə etməsinlər”.
Yol-xeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində bildirib.
Nazir müavini əlavə edib ki, hazırda koronavirusun müalicəsi üçün ayrılan xəstəxanalarda çarpayı fondunun doluluğu 50 faizə çatmır: "Hazırda ölkədə aktiv koronavirus xəstələrin sayı 30 mindən artıqdır. Onların hamısı heç də stasionar şəraitdə müalicə almırlar. Bir qismi reanimasiya şöbəsində, digər qismi adi şəraitdə, digər qismi isə evdə müalicə alır".
Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq.
Yol-xeber.az Trend-ə istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə
Elşad Hacıyev bildirib ki, təhsil müəssisələrində əyani tədrisin başlaması üçün monitorinq qruplarına Təhsil Nazirliyi nümayəndələri, rayon nümayəndələri dəvət olunacaq: "İri ticarət mərkəzlərində beynəlxalq təcrübə səas götürülməklə obyektlərin qarşısına polis nümayəndələrinin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin passportları yoxlanacaqdır. Lakin qəfil şəkildə həmin mərkəzlərdə polis yoxlanışı keçiriləcəkdir. Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq. Obyektlər, təhsil müəssisələrinə daxil olacaq şəxslər xidməti formada olmayacaq. Buna görə də 18 yaşdan yuxarı şəxslərin COVID passportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq".
"Bunu qaynarinfo-ya açıqlamasında professor Mübariz Əliyev deyib.
Onun sözlərinə görə, virusun hər dəfə yeni ştammı yaranacaq:
"Əsas odur ki, ağır xəstələrin sayı azalır. Yoluxma sayı qalxır, enir, proqnoz vermək olmur, koronavirusla yaşamağı bacarmalıyıq. Bu sezon xəstəliyidir. Birdəfəlik hamı peyvənd olunmalıdır. Peyvənd olunmaq o demək deyil ki, insanlar bu virusa yoluxmayacaq. Peyvənd olunmaq o deməkdir ki, yoluxacaqsan, amma xəstəliyi yüngül keçirəcən. Sadəcə panikaya düşmək lazım deyil".
Mübariz Əliyev tövsiyyə edib ki, insanlar virusu yaddan çıxartsın:
"İnsanlar həyatını yaşasın, koronavirusu yaddan çıxartsın".