![]() |
|
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi başlayıb. Brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov, TƏBİB- in departament müdiri Yaqut Qarayeva, ASAN xidmətin sədri Ülvi Mehdiyev və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev iştirak edir.
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla əlaqədar növbəti brifinqi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, brifinq saat 11:00-a təyin edilib.
***
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi başlayıb. Brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov, TƏBİB- in departament müdiri Yaqut Qarayeva, ASAN xidmətin sədri Ülvi Mehdiyev və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev iştirak edir.
Rusiya KİV xəbər verir ki, funksiyanı 2.21.17.16 yeniləməsi ilə əldə etmək olar.
Lakin bu funksiya yalnız “Android” əməliyyat sistemli smartfonların istifadəçiləri üçün əlçatan olacaq. Bir gün və yeddi gündən sonra mətnlərin avtomatik olaraq silinməsi imkanı da saxlanacaq.
Xatırladaq ki, “WhatsApp” rəhbərliyi 2021-ci ildə məxfiliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün messencerə bir sıra funksiyalar əlavə edib. Belə yeniliklərdən biri ötürülən məlumatların məxfiliyini təmin edən fotoşəkil və ya videoya cəmi bir dəfə baxmaq funksiyasıdır.
Bundan əlavə, çatdakı söhbətlərin ötürülməsi funksiyası tətbiq olunub. Bununla da yeni smartfona keçid halında vacib mesajları, sənədləri və yazışmaları tam şəkildə saxlamaq olacaq.
“Risk qrupunda olan şəxslər əvvəlcədən vaksinasiya üçün müraciət etməlidirlər”.
Bunu AZTV-də çıxışında TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
“Ürək-damar xəstəlikləri, o cümlədən, hipertoniyası olanlar, şəkərli diabet, böyrək xəstəlikləri, xroniki ağciyər xəstəliyi olanlar vaksinasiya üçün birinci müraciət etməlidirlər. Çünki koronavirusa yoluxsa, ağır keçirə bilər, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Kiminsə şəkəri varsa, “mənə vaksin vurmaq olmaz” deyirsə, bu, tamamilə səhv fikirdir. Elə birinci şəkər xəstəliyi olanlara vaksin vurulmalıdır”, - A.Qurbanov vurğulayıb.
Alim vaksinlərin əks-görsətişləri ilə bağlı mülahizələrə də aydınlıq gətirib: “Bizdə geniş istifadə olunan “Sinovac” vaksinidir. Onun iki əks-göstərişi var və o da kağızın üzərində qeyd olunub. Bunlardan biri əvvəlki vaksinlərə qarşı həyati təhlükə daşıyan allergik reaksiya, ikincisi isə digər xəstəliklərin kəskinləşmə fazasıdır. Qalan heç bir halda əks-göstəriş yoxdur”.
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinin keçiriləcəyi bildirilir.
Brifinqin saat 11:00-da başlayacağı gözlənilir.
Qurumdan isə bununla bağlı rəsmi açıqlama verilməyib.
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşılanma mərasimdə İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.
Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır. Dönmə siqnalları isə ilk növbədə digər hərəkət iştirakçılarına istiqamətini müəyyən etməyə kömək edir və yol qəzalarının baş verməsi ehtimalını azaldır.
Davam etdirilən tədbirlər nəticəsində 27 sürücü barəsində protokol tərtib edilib.
Azərbaycanda koronavirusa yoluxanların statistikası açıqlanıb.
Yol-xeber.az "Koronavirusinfo.az"a istinadən xəbər verir ki, yoluxanların ölkə üzrə statsitikasına görə, 54,8 % Bakı, 13 % Abşeron, 11,7 % Aran, 6,9 % Gəncə-Qazax, 3,1 % Quba-Xaçmaz, 3,9 % Şəki-Zaqatala, 2,5 % Lənkəran, 2,3 % Dağlıq Şirvan, 1,3 % Yuxarı Qarabağ, 0,5 % ölkə xarici, 0,08 % isə Naxçıvan üzrə qeydə alınıb.
Bakı şəhərində yoluxanlar şəxslərin 14,6 %-i Binəqədi, 13,5 %-i Xətai, 12,1 %-i Yasamal, 11,3 %-i Sabunçu rayonlarında qeydə alınıb.
Yoxulanların yaş qruplarına görə bölgüsünə əsasən, 22 % 30-39, 18 % 50-59, 15 % 20-29, 40-49, 60-69, 6 % 10-19, 4 % 70-79, 3 % 0-3, 2 % isə 80+ yaş qruplarından olan şəxslərdə qeydə alınıb.
Ümumilikdə yoluxanların 53 %-ni qadınlar, 47 %-ni isə kişilər təşkil edir.
“Avqustun 20-də İkinci Şəhidlər xiyabanında naməlum şəhidlərin məzarları açılacaq”.
Bu barədə orxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən məlumat verilib.
Bildirilib ki, sabah doqquz naməlum məzarın açılması planlaşdırılır. Proses iki-üç gün davam edəcək.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.