"Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimov vəfat edib.

"Yol-xeber.az" xəbər verir ki, o, bu gün 94 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qax rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib.

 

 

1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olub.

Allah rəhmət eləsin!

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

"Yol-xeber.az" xəbər verir ki, 70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Əhali arasında virus əleyhinə vaksinasiya tədbirlərinin səviyyəsinin monitorinqi və vəziyyətin yerində öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə reydlərə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində nümayəndələr sakinlərlə görüşür və mənzillərdə fərdi söhbətlər aparırlar.

Reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

İlkin nəticələr onu göstərib ki, bəzi insanlar arxayınlaşaraq vaksinasiya məsələlərinə laqeyd yanaşır və heç də hər yerdə maarifləndirmə işləri lazımı səviyyədə deyil. Bununla əlaqədar işlərin zəif olduğu rayonlara kömək məqsədi ilə məsul əməkdaşlar təyin edilib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra paytaxt rayonları başçılarına iradlar bildirilib, onlara vətəndaşlarla maarifləndirmə və fərdi söhbətlərin aparılması işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir.

Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 25-28° isti, gündüz 37-40° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

Avqustun 14-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Bakı Nəqliyyat Agentliyi çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksini şəhərin mərkəzi ilə əlaqələndirən 10 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edib.

Yol-xeber.az xəbər verir ki, Agentlik məlumat yayıb.

Məlumata görə, sabahdan marşrut üzrə avtobusların hərəkət sxemi Kompleksin ərazisindən keçməklə yeni inşa edilən massivdə ("Kristal Abşeron") yaşayan 1 500-dən artıq sakinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin edəcək.

DYP  Kürdəmirdə reyd keçirdi - FOTO

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi və atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı yol polisi inspektorları tərəfindən saxlanılan avtomobillərdən ixrac olan zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.
Tədbirlər zamanı standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

 
 
Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır

Onu Vətən müharibəsinin qəhrəman əsgəri kimi tanımışdıq. Özünü qumbaranın üstünə ataraq döyüş yoldaşlarının həyatını xilas etmişdi. Elə o vaxtdan da “Qumbara Tərlan” ləqəbi ilə tanınır. 

Söhbət İkinci Qarabağ müharibəsinin iştirakçısı Tərlan Həsənovdan gedir. Vətənə borcunu yerinə yetirən qazimiz hazırda xidmətini yeni açılan 6 saylı “ASAN xidmət” mərkəzində davam etdirir. O, mərkəzdə fəaliyyətə başlayan Vətən müharibəsi qazilərindən biridir. Belə ki, bir neçə gündür fəaliyyətə başlayan mərkəzin işçilərinin əksəriyyətini Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər təşkil edir. 

“Qafqazinfo” 6 saylı “ASAN xidmət” mərkəzində olub, orada işlə təmin olunan qazi və şəhid ailələrinin üzvləri ilə söhbətləşib.

İlk həmsöhbətimiz Tərlan Həsənov ali təhsil aldığı müddətdə könüllü kimi çalışdığı qurumda hazırda İnformasiya Texnologiyaları üzrə mütəxəssisidir. Deyir ki, iş yeni olsa da, ürəyincədir. Bizə döyüş yolundan, döyüşdə verdiyi ani və onu bütün ölkədə tanıdan qərarından həvəslə bəhs edir:

“Oktyabrın 1-də Talışkənd uğrunda döyüşlərdə düşmənlə yaxın məsafədə vuruşurduq. Düşmənin atdığı əl qumbarası yanımıza düşdü. Yanımda komandir heyəti və əsgər yoldaşlarım var idi. Bir neçə saniyə içərisində həyatımın ən vacib və dəyərli qərarını verməli oldum: Həmin əl qumbarasının üstünə uzandım. Çünki icazə verə bilməzdim ki, qumbara döyüş yoldaşlarıma xəsarət yetirsin və döyüş tapşırığımız yarımçıq qalsın. Qumbara partladı, üzərimdə zirehli gödəkçə və rabitə aparatı olduğundan çoxlu bədən xəsarətləri alsam da, sağ qaldım. Ən əsası isə, qumbara məndən başqa heç kəsə bədən xəsarəti yetirməmişdi....”

Həmin hadisədən sonra “Qumbara Tərlan” müharibədə göstərdiyi şücaətə görə “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Mərkəzdə çalışan 10-dan qazidən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Famil Məlikovdur. O, həm də Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralandığından ordu sıralarından tərxis olunub. Hazırda mərkəzdə Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi kimi çalışır:

“XTQ dedikdə başqa heç nə düşünülümürdü, ağla Vətən eşqi ilə yanan qəlb gəlirdi. Olub ki, əsgərimiz yaralanıb, qoluna qəlpə girsə də bunu heç kimə bildirməyib. Ona görə edib ki, birdən onu müalicə üçün geri qaytararıq. Biz bundan güc alırdıq. 30 il azərbaycanlı ayağı dəyməyən torpaqlara ayaq basırdıq, bu, bizim üçün hər şey idi... Bu günə qədər Vətənimizi canımız bahasına qorumuşuq, bundan sonra  yaralanıb ordu sıralarından tərxis olunmağımıza baxmayaraq, vətəndaşlarımızın qulluğundayıq. Müalicə xərclərimizi nəzərə alaraq yüksək əmək haqqı ilə təmin olunmuşuq”. 

Qazi F. Məlikov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Azərbaycan bayrağı “ ordeni, “Kəlbəcərin azad olunmasına görə, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Mərkəzdə ASAN könüllüləri ilə işləyən iki əməkdaş da şəhidlərimizin bizə əmanətidir. Şəhid Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə isə “ASAN xidmət” mərkəzində könüllülər üzrə məsul şəxs kimi çalışır. 

Mərkəzdə eyni zamanda şəhid polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva ilə də qarşılaşırıq. Mərkəzin mühasibatlıq şöbəsində işlə təmin olunan Gülnarə müsahibə vermək istəməsə də, işindən razı olduğunu bildirib. 

Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun övladı Anar İbrahimov da burada çalışır. O, ilk iş yeri olan “ASAN xidmət” mərkəzində könüllülərin rəhbəri kimi fəaliyyətə başlayıb.

Mərkəzin məlumat köşkünün əməkdaşı Nərmin Əhmədli isə şəhid Niyamin Niftalızadənin bacısıdır. O, şəhid qardaşının yolunu şərəflə davam etdirdiyini bildirir: “Bu, qarşıma qoyduğum əsas məqsədimdir. Buna görə də bu mərkəzdə vətəndaşlara xidmət mənim üçün qürurverici və məsuliyyətlidir. Biz şəhid ailələrinin ən pis günündə “dəmir yumruq” altında birləşərək bizə mənəvi dəstək göstərən Azərbaycan xalqı üçün peşəkar xidmətə hazırıq”. 

Qeyd edək ki, paytaxtın Xətai rayonunda yerləşən 6 saylı “ASAN xidmət” mərkəzində dövlət orqanları da daxil olmaqla, ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışır. Müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmətlər göstərən qurumlar tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir. 

Gülnar Əliyeva

Foto-Video: Nuran Məmmədov

 

 

 
Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi barədə məlumatların rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən Agentliyə elektron formada təqdim edilməsi məqsədilə yeni e-xidməti istifadəyə verib.

"Qafqazinfo" xəbər verir ki, bu xidmət vasitəsilə həmin vətəndaşların mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşıb.

Rayon (şəhər) İcra Hakimiyyətlərinin əməkdaşları qeyd olunan vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları  və sənədləri yerindəcə həmin e-xidmət üzərindən sistemə daxil edərək doğruluğunu təsdiq edəcəklər. Bununla elektron qaydada növbvətə alınma prosesi bitməklə həmin məlumatlar əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təminat prosesinin həyata keçirilməsi üçün müvafiq işlər aparılacaq. Mənzil növbəsinə qeydiyyatın elektronlaşdırılması bu sahədə müasir və şəffaf iş prinsiplərinin, operativliyin təminatına xidmət edəcək.

Həmin e-xidmət üzərindən növbəti mərhələdə mənzillə təmin edilən imtiyazlı şəxslər barədə də məlumatlar daxil ediləcək. 

Yeni e-xidmət, ondan istifadə prosedurları barədə Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən rayon və şəhər İH-lərinin müvafiq əməkdaşları üçün təlimlər də keçirilir.

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı”.

Yol-xeber.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili torpaqlarımızın işğaldan azad olunmasından sonra minatəmizləyənlərin üzərinə daha çox görəv düşdüyünə diqqət çəkib:

“İlkin qiymətləndirmələrə görə, azad olunan ərazilərimizdə işğal müddətində erməni silahlı qüvvələri tərəfindən yüz minlərlə mina basdırılıb. Yalnız Füzuli və Zəngilan rayonlarına 92 mindən çox mina basdırılıb ki, bu da mina təmizləyənlərin işinin miqyasının necə geniş olduğunu təsəvvür etməyə imkan verir. İkinci Dünya Müharibəsi daxil olmaqla fərqli savaşların nümunələri göstərir ki, ərazilərin minalardan təmizlənməsi uzun müddət tələb edir.

V. Bayramov bildirib ki, minatəmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı:

“Əvəlla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqəsədəuyğundur. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı fazili kreditlər ilə ev almasına imkan yarada bilər.  

İkincisi, Əmək pensiyaları haqqında Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olardı.

Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb.

Dördüncüsü, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artımların davam etdirilməsi vacibdir. Bu minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir”.

“Bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyəti daha genişlənəcək. İşğaldan azad olunan torpaqlarımızın daha tez məskunlaşılmasında da minatəmizləyənlərin xüsusi töhvəsi olacaq”, - deyə deputat əlavə edib.

Səhiyyə Nazirliyinin Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasının Kürdlər kənindəki həkim məntəqəsi baxımsız vəziyyətdədir.

Bu barədə Ölkə.Az-a kən sakinləri məlumat verib. Onlar tibb məntəqəsinin baxımsız vəziyyətdə olmasından gileyləniblər.

Narahatlıq doğuran digər məqam isə bu cür uçuk-sökük binada sakinlərin koronavirus əleyhinə vaksinasiya olunmasıdır. 

“Belə şəraitdə adam xəstəlik tutmaqdan qorxur, hələ qaldı ki, hansısa xəstəliyə qarşı vaksinasiya olunasan” – sakinlər söyləyib.

Səhiyyə Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, digər bütün xəstəxanalar kimi kəndlərdəki tibbi məntəqələr də 2020-ci ilin yanvarın 1-dən Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir.

Məsələ ilə əlaqədar TƏBİB-ə də sorğu ünvanlanıb.

 

 

 

 
 
 

Xəbər lenti