“Təəssüfləndiyim məqam ondan ibarətdir ki, şəhid ailəsinin üzvləri, şəhidlərin həyat yoldaşları, anaları gözlədiyimiz qədər müraciət etməyib”.

“Yol-xeber.az”ın məlumatına görə, bunu Türkiyədən Azərbaycana gəlmiş psixokoq Səlcuq Demirbaş deyib.

“Məlumdur ki, bizim adətələrimizdə yas tutmaq uzun çəkir. Bununla əlaqədar ola bilər. Hələ də burada psixoloqlarımız fəaliyyətinə davam edir. Təxminən 10-a yaxın psixoloqumuz buradadır. Qapımız açıqdır. Hər zaman pulsuz şəkildə bizə müraciət edə bilərlər. Xüsusilə şəhid yaxınlarını, nişanlılarını, bacı-qardaşlarını gözləyirik. “Getsəm, nolacaq?” deyə düşünməyin. Çox faydası olacaq. Psixologiya gözardı ediləcək bir məsələ deyil”. 

“Vətən müharibvəsi dövründə çağırışımızla uşağını, evini qoyub, işdən icazə alan könüllü psixoloqlardan ibarət 25 nəfərlik qrup Azərbaycana gəldi”.

“Yol-xeber.az”ın məlumatına görə, bunu Türkiyədən Azərbaycana gəlmiş psixokoq Səlcuq Demirbaşı deyib. 

“Gəldiyimizdə mənzərə çox ağır idi. İlk gəldiyimizdə hər gün 100-ə yaxın qazi bizə müraciət edirdi. Əvvəllər müharibədən sonra formalaşan xəstəlik olan postdramatik stres dediyimiz şikayətlər -  adətən travmatik olan, şiddətli baş ağrıları, yuxusuzluq,  bütün bədənin stres altında olması, gələcəkdən ümidini kəsmək kimi ciddi simptomları olan şəxslər müraciət edirdi. İlk 2 ay çox çətin keçdi”,-deyə o qeyd edib.

Sosial şəbəkələrdə “Pantural” ləqəbi ilə tanınan bloger açıq-saçıq geyinən qadınlarla bağlı işlətdiyi ifadələr ciddi müzakirələrə səbəb olub.

Yol-xeber.az xəbər verir ki, o, videoda belə görkəmdə olan qadınlara qarşı ağır ifadələr işlədib. Həmçinin rəydə yazdığı sözlərlə bağlı məsələ böyüyüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətin bildirib ki, artıq həmin blogerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

"Yol-xeber.az"ın unikal.org-a istinadən məlumatına görə, hazırda intihar edən rəisin vəzifələrini polis mayoru Emin Məmmədov icra edir.

1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Report"a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.

Taksikoloji-kimyəvi müayinələr aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihazın hələ daha bir müddət işləməyəcək.

1 saylı Kliniki Tibbi Mərkəzdən "Report"a bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır. Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib: "Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"a bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.

Səhiyyə Nazirliyindən məsələyə hələ ki, münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərov təyin olunub.

“Yanvarın 22-dən müharibədən zərər görmüş şəxslərin qəbuluna başlanılıb”.

“Yol-xeber.az”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında FHN-nin Tibbi və Psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidmət mayoru Xanım Sofiyeva deyib. O, müharibədən sonra  psixoloji dəstək göstərilmiş şəxslərin sayını açıqlayıb.

“Müharibədən sonra Gəncə şəhərində 225, Bərdə şəhərində 245 nəfər, Lənkəranda 144, Qəbələdə 125 nfər şəxsə psixoloji yardım göstərilib.

Bakı ə bölgələrdə ümumilikdə 1800-ə qədər qazi, şəhid ailəsi üzvləri və terrordan zərər çəkmiş şəxslərlə 4000-dən çox psixoterapevtik seans keçirilib”.

X.Sofiyevanın sözlərinə görə, sabahdan Bakı ilə yanaşı Sumqayıtda da vətəndaşların qəbulu həyata keçiriləcək:

“Qəbul Sumqayıt şəhərində Zülfü Hacıyev küçəsində, Yeni Azərbaycan Partiyasının binasında keçiriləcək”.

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu ilə vida mərasimi keçirilir.

"Yol-xeber.az" xəbər verir ki, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş şəhidimizin nəşi Xətai rayonundakı evinə gətirilib.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Şəhidimiz ailəli olub. İki övladı vətənə yadigar qalıb.

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

"Yol-xeber.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.

Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Bundan başqa, davam etdirilən tədbirlərlə piyadalara yol verməyən sürücələr də aşkarlanıb ki, onlarla da profilaktiki söhbətlər aparılıb.

Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən yeddi nəfər barəsində müvafiq tədbir görülüb.

Tovuz döyüşlərindən bir il ötür

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan və iyulun 23-dək davam edən, 44 günlük Vətən Müharibəsinin başlanğıcı hesab edilən döyüşlərdən bir il ötür.

“Ötən ilin iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.

12 iyulda Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə edib. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu kimi göstərilir.

Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.

Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu şəhid olub, beş nəfər yaralanıb. Həmçinin, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib.

Azərbaycan Ordusunun yaralı əsgərlərindən biri daha sonra aldığı yaralardan dünyasını dəyişib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Azərbaycan tərəfinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

İyulun 13-də Tovuz istiqamətində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmağa başlayıb.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin, hücumun qarşısını alarkən beş hərbi qulluqçu da şəhid olub.

Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olub.

İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatların döyüşlər bərpa olunub.

16 iyul tarixində Ermənistan tərəfi döyüş bölgəsinə əlavə qüvvələr göndərməyə başlayıb.

Gecə saat 04:00 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başlayıblar. Daha intensiv atəş Ağdam kəndi istiqamətində olub.

Dondar Quşçu kəndinin ərazisinə isə 20-dək top mərmisi düşüb. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə digər həyətyanı sahəyə düşərək köməkçi tikilini dağıdıb.

Davam edən döyüşlərdə Ermənistanın 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi Azərbaycan Ordusunun atəşi ilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən bir hərbi qulluqçusu həlak olub.

Tovuz döyüşləri şəhidlərimiz:

General-mayor Polad İsrayıl oğlu Həşimov

Polkovnik İlqar Anzor oğlu Mirzəyev

Mayor Anar Gülverdi oğlu Novruzov

Mayor Namiq Hajan oğlu Əhmədov

Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov

Çavuş Vüqar Lətif oğlu Sadıqov

Gizir  İlqar Ayaz oğlu Zeynallı

Gizir  Yaşar Vasif oğlu Babayev

Baş əsgər Elşad Dönməz oğlu Məmmədov

Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov

Əsgər Elçin Arif oğlu Mustafazadə

Əsgər Nazim Əfqan oğlu İsmalıyov

Daxili İşlər Nazirliyi antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət edib.

"Yol-xeber.az" xəbər verir ki, müraciətdə deyilir:

"Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır.

Problemlə bağlı mediada tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Bu, normal haldır və biz hər kəsin mövqeyinə, eləcə də ictimai rəyə hörmətlə yanaşırıq.

Lakin təkcə tənqidlə, yaxud iradlarla iş bitmir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər. Doğrudur, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal mövqe tutan vətəndaşlarımız var və məhz onların məlumatları əsasında effektiv nəticələri olan bir çox əməliyyat tədbirləri keçirilib. Həmin vətəndaşların hər birinə təşəkkür edir, prinsipial mövqelərini alqışlayırıq.

Bu işdə daha bir vacib məsələ antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır.

Yeniyetmələr, gənclər arasında aparılan izahat işlərinə, müvafiq tədbirlərə gəlincə, bu iş konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olur, çəkindirici rol oynayır. Bütün hallarda əsas diqqət ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməlidir.

COVID-19 pandemiyasından əvvəl demək olar ki, respublikanın bütün təhsil müəssisələrində davamlı antinarkotik tədbirləri keçirmişik. Bu işdə gənclər təşkilatları da fəallıq göstərirdilər. Ancaq hazırda xüsusi karantin rejimi ilə əlaqədar kütləvi tədbirlər keçirmək mümkün olmadığından vətəndaşların köməyinə həmişəkindən daha çox ehtiyac duyulur. Biz bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvənirik, eyni zamanda mediadan, sosial şəbəkə istifadəçilərindən, blogerlərdən və jurnalistlərdən də gözləntilərimiz çoxdur.

Ümid edirik ki, “narkotiklərə yox” devizi hamılıqla dəstəklənəcək, hər kəs XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini verəcək".

Xəbər lenti