![]() |
|
İnsanlar ənənəvi olaraq bazar ertəsini həftənin ən çətin günü hesab edirlər, lakin cümə günü bu ad uğrunda onunla rəqabət edə bilər.
Yol-xeber.az xəbər verir ki, Moskva Dövlət Universitetinin Psixologiya Fakültəsi Əmək Psixologiyası Laboratoriyasının baş elmi işçisi İrina Blinnikova belə deyib.
Onun sözlərinə görə, iş həftəsinin sonunda yorğunluq və bitməmiş işlər yığılıb qalır ki, bu da emosional stressə səbəb ola bilər:
"Hər şeyi sonraya təxirə salan insanlar, elə düşünürlər ki, bütün işləri çatdırmağa imkan tapacaqlar. Bəzən hətta müvəffəq də olurlar. Ancaq bunun üçün həddindən artıq enerji sərf edirlər, nəticədə onlarda yüksək emosional gərginlik yaranır".
Mütəxəssisin sözlərinə görə, bu gərginlik həm fiziki, həm də psixi sağlamlığın pozulmasına gətirir.
Buna baxmayaraq, psixoloq qeyd edir ki, qarşıda istirahətin başlandığını görən insan daha az səhv buraxır.
Blinnikova bazar ertəsində isə insanın daha tez-tez səhv buraxdığını və qəzalara səbəb olduğunu bildirərək, bunu insanın istirahətdən iş rejiminə keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məhz bu səbəbdən həftənin birinci günü insanlarda ən çətin gün asossiasiyası yaradıb. /medicina.az/
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə Şuşada çörək kəsib.
Yol-xeber.az xəbər verir ki, bu barədə Baku TV süjet təqdim edib.
Şuşaya səfər edən diplomatlar Şuşa çörəyinin əvəzsiz, özünəməxsus dadı olduğunu deyib.
Səfir Cahit Bağçının sözlərinə görə, çörəkdən Qafqaz qoxusu gəlir:
“Qarabağın buğdası, suyu bir başqadır. Şükür ki, Azərbaycan xalqı bu günü gördük. Türklərdə çörək kəsmək ənənəsi var. Bu gün Hikmət Hacıyevlə birlikdə bu ənənəni Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada gerçəkləşdirdik. Şuşa çörəyi varsa, ətə gərək yoxdur”.
DİN-in Mətbuat xidmətindən "Yol-xeber.az"a daxil olan xəbərdarlıqda deyilir:
"Əziz Həmvətənlər!
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur.
Daxili İşlər Nazirliyi övladına toy etməyi planlaşdıran vətəndaşlarımızı öncədən təbrik edir, eyni zamanda onlardan təşkil edəcəkləri toy və digər şənlik mərasimləri zamanı koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların COVID-19 pasportuna malik olmaları tələbinə ciddi nəzarət və riayət etməyi xahiş edir.
Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti orqanlar qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar".
Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Dağ Maşanlı kəndindən görüntülər yayımlayıb.
"Yol-xeber.az" həmin görüntüləri təqdim edir:
“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir”.
"Yol-xeber.az"ın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsinin açılışında deyib.
O, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olduğunu vurğulayıb.
DSX rəisi bildirib ki, Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlaması xüsusi əhəmiyyət kəsb edir.
General-polkovnik Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Yol-xeber.az"a bildirilib ki, iyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.
Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Çıxışdaölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraqbu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilmişdir.
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmiş, Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanmışdır.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunmuşdur.
Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunmuş, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbarlara, döyüş texnikasına, silah və texniki vasitələrə baxış keçirilmişdir.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş, xatirə fotoşəkilləri çəkilmiş, Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olunmuşdur.
Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir.
Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış keçirilmişdir.
"Diplomatik xidmətin yaradılmasından 102 il ötür.
Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.
1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırılıb. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edilib.
Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaradıb. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud olub.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanınıb.
1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə həyata keçirilən milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə edib. Ulu öndər Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını cızıb.
Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə Azərbaycanın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.
Ulu öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir. Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Regionun lider dövləti olan Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilib. Qazanılmış uğurlar vahid strategiya çərçivəsində ölkə rəhbərliyinin müəyyən etdiyi prioritet vəzifələrə uyğun olaraq Azərbaycan tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.
2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə diplomatiyanın da böyük rolu olub. Çünki dünya hərb tarixinə qızıl hərflərlə yazılmış bu zəfər həm döyüş meydanında, həm də masa arxasında qazanılıb. Başqa sözlə, döyüş meydanında qələbə qazanan Azərbaycan diplomatiya sahəsində də düşməni acı məğlubiyyətə uğradıb.
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Şeylanlı kəndindən videogörüntülər yayıb.
"Həmin görüntüləri təqdim edirik.
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə ekspertiza rəyi məlum olub.
Bu barədə “Ölkə.Az”a vəkil Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Bu iş üzrə növbəti məhkəmə iclası iyulun 15-nə təyin edilib.
Tətər rayonun İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova ağır itki üz verib.
Onun atası Səyyad Məmmədov vəfat edib.