Azərbaycanda Qurban bayramı ilə bağlı qılınacaq bayram namazının vaxtı açıqlanıb.

"Yol-xeber.az"ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi tövsiyədə bildirilir.

Qeyd olunub ki, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Tövsiyələrdə o da vurğulanıb ki, şəriətə uyğun olaraq qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər.

“Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir”.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatda qeyd olunub. Məlumatda sertifikatların Azərbaycanda tanınıb-tanınmayacağı barədə məlumat verilməyib.

Qurban bayramında heyvanların satışı və kəsimi bu yerlərdə təşkil olunacaq

İyulun 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

“Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.

Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və  ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla  bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək.

Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz. 

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ümumirespublika televiziya kanalının açılması üçün 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

MTRŞ-dan verilən məlumata görə, müsabiqəyə 6 iddiaçı sənəd təqdim edib.

Bunlar "APA Mark" MMC, "Təhsil TV" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İstipress" MMC, "Medical Media" MMC-dir.

Ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər.

ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı Modern.az-a təsdiqləyib.

S.Həsənova müsabiqənin obyektiv keçəcəyi təqdirdə qalib gələcəklərinə inandıqlarını deyib:

"Bu müsabiqədə bizim "İstipress" MMC, "İNS ÇM" MMC və "Balans Studiyası" MMC də iştirak edir. Bütün lazımi sənədləri təqdim etmişik. Artıq bildiyiniz kimi, bu şirkətlərin adları MTRŞ-nın səhifəsində də yayımlanıb. Əminik ki, müsabiqə obyektiv keçəcək və belə olan təqdirdə biz qalib gələcəyik!".

Qeyd edək ki, MTRŞ-nin müsabiqəsinə qatılan "İstipress" MMC, "İNS ÇM" MMC və "Balans Studiyası" MMC-yə  ANS Şirkətlər Qrupunun sahibləri Vahid və Seyfulla Mustafayev qardaşları rəhbərlik edirlər.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.


Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatda qeyd olunub.

"Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər".

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatda qeyd olunub.

"Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər" - məlumatda bildirilib.

“2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər”
“Bu barədə peyvənd olunmuş şəxsin hansı müddətdən sonra digər istehsalçının vaksinini vurdura biləcəyi ilə bağlı suala cavab olaraq Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatda qeyd olunub. 

 “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq”-məlumatda bildirilib.

Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının birinci ildönümüdür.

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.

Qeyd edək ki, Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 1976-cı ilin iyul ayında 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub. O, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən biri Polad Həmişovun adını daşıyır. Bundan əlavə, Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

İlqar Anzor oğlu Mirzəyev 1973-cü ilin mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub. O,Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Polad Həşimov və İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda yanaşı dəfn olunub.

Azərbaycanda yalançı radarlar quraşdırıla bilər – Sürət həddinə görə qəzalar azalacaq

Respublika ərazisində bu ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarət alıb. 

Yol-xeber.az xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı bu rəqəmlər ötən illərlə müqayisədə azalmağa doğru getsə də, cəmiyyətimiz yenə də narahatdır. Bəs görəsən, bu qəzalar nədən baş verir? Yollarımızda nə kimi problem var?

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yay aylarında qəzaların sayı artır. Burada isə əsas səbəb sürücülərin qeyri-peşəkarlığı və yol hərəkəti qaydalarına riayət etməməsidir. "Eyni zamanda, yol təsərrüfatı və iqlim şəraiti də burada rol oynayır. Məsələn, kondisioneri olan avtomobillə kondisionersiz maşın arasında idarəetmə zamanı xeyli fərq yaranır. Əgər birinci halda sürücü özünü daha rahat və komfortlu hiss edirsə, ikincidə bunun tam əksidir. Bu isə yola diqqəti azaldır ki, nəticədə qəzalar baş verir. Mütəxəssislər tövsiyə edir ki, kondisioneri olmayan maşınlardan günün qızmar vaxtlarında istifadə etməsinlər. Yaxud da qısa məsafələrə gedə bilərlər. Çünki isti havada sürücü sükan arxasında tüz süstləşir, ətrafda baş verən hadisələri reaksiya müddəti azalır".

Ekspert bildirib ki, Azərbaycanda adətən taksi sürücüləri bu qaydalara əməl etmir. "Onlar qənaət etmək məqsədilə kondisionerdən istifadə etmir. Bu həm də sürücülərdə aqressiya yaradır. Çünki istər-istəməz mənzil başına tez çatmaq istəyir ki, bu zaman qayda pozur, digər sürücülərlə mübahisə edir".

Elməddin Muradlı hesab edir ki, sürücülərin davranışından çox şey asılıdır. "Adətən yol hərəkəti qaydalarını bilən, qaydaları pozmayan, özünə və digərlərinə hörmətlə yanaşan sürücülər qəza törətmir. Yaxud da həmin qəzalar cüzi zərərlə nəticələnir".

Ekspert yol qəzalarının artmasında sürət həddinin aşılması məsələsinin əsas səbəblərdən olduğunu qeyd edib. "Çox təəssüf olsun ki, sürücülər kamera, radar və ya yol polisi olmayan yerdə qayda pozur, sürət həddini aşır, kəmər taxmır. Nəticədə qəzalar olur. Yol polisi müəyyən təşəbbüslər irəli sürdü. Hətta polis maşınlarının maketləri yollara qoyuldu. Bu da effektiv olmadı. İndi bir çarə qalır ki, ya yolları radarlarla bəzəməli, ya da radarların yerlərini tez-tez dəyişməliyik. Çünki əksər sürücülər kameraların yerini əzbər bilir. Burada isə ancaq qazanc güdürlər. Düşünürəm ki, mobil radarlar, aldadıcı radarlar olmalıdır. Bunlar olarsa bəlkə müəyyən nəticələr əldə etmək olar".

Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar da qardaş Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır. 

"Yol-xeber.az"ın məlumatına görə, avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə Respublikasının “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb. 

Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək. 

Görüşdə birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Bakı şəhərində avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki,  onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq gələcəkdə BMC markalı avtobusların ehtiyyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb. 

Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirildi. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verildi. 

Məlumata əsasən, 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcəkdir. Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır. Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.

Xəbər lenti